Donmuş çay
Mən buzam, şaxtalar saxlayır məni,
Sevdirir özünü
tufan, qar mənə.
İsti
göz yaşları əridə bilməz,
Sazaqlar olubdur indi yar mənə.
Bir vaxt sərin sulu duru
çay idim,
Sağım da, solum da
içirdi məni.
Hər gəlib-gedənə, dövran
beləcə,
İçirdə-içirdə kiçiltdi məni.
Məni
çox ürəyi soyuqlar içdi,
Dondum qarşısında
buz baxışların.
Qoynuma şaxtalar, sazaqlar düşdü,
Saldılar qəlbimə buz naxışların.
İçib yad sulardan bir vaxt şən
oldum,
Məni soyudanın biri sən oldun.
Niyə qayıtmısan indi üstümə? -
Doydura bilmərəm
səni, incimə.
Mən indi o dəli çay deyiləm, yox,
Artıq dondurubdur soyuqlar məni.
Gəz sinəm üstündə
belədən-belə,
Sındırma, sındırsan batırram
səni.
Novruzgülü
Novruzgülü, nədir səni
solduran,
Bahar həsrətimi,
yaz həsrətimi?
Bilirəm, dözmüsən neçə
tufana,
Vüsala yetməkçün sən
də mən kimi.
İndisə xoşbəxtsən, gözlərin aydın,
Gözün günəşdədir, özün
çəməndə.
Öpür yanağını bahar
nəsimi,
Hərdən sığal çəkir
yeri gələndə.
Bir qışın tufanı soldurub səni,
Neçə tufanlara dözüb durmuşam.
Bir bahar vüsala yetirdi səni,
Mənsə neçə bahar yola salmışam.
Həsrətli gözlərim yollara
bağlı,
Dözürəm, dözüməm başdan-ayağa.
Köksümdə ürəyim çarpazın
dağlı,
Dözürəm hələ ki bu ayrılığa.
Gəl
Sən mənim ömrümə yenidən gəldin,
Gələn bahar ilə, gələn yaz ilə.
Sən mənim ömrümə yenidən gəldin,
Yeni işvə
ilə, yeni naz ilə.
Gəl ki, gülüşünlə
ərit buzları,
Tufanlı, çovğunlu qar qışda qalsın.
Gəl-gəl, qıra-qıra gəl
tilsimləri
Qoymayaq sevgimiz qarğışda qalsın.
Bu xoş qədəmlərin
mübarək olsun,
Gəl bahar ömrümə, gəl yaz ömrümə.
Gəl-gəl gəlişinlə gül-çiçək
açan
Bu yazı əbədi
gəl yaz ömrümə.
Gözəldir
Budur gülür yenə üzə təbiət
Çölü, düzü toy-mağara bənzəyir.
Xalı
sərib dağ-dərəyə
təbiət
Al geyinib gəlişimi
gözləyir.
Güllər açıb çağırırlar
gülşənə.
Quşlar
ötür: "Biz tərəfə
gəlsənə!".
Həya
qonub çiyələyin
üzünə,
Ürəyində bilirəm ki, "Dər" deyir.
Qız ədalı maral baxıb çəkilir,
Bulud gəlir, bir az yağıb
çəkilir.
Baxışları gözlərimə dikilir,
Günəş gülür, günəbaxan
baş əyir.
Ayağımı çəmən yuyur
şeh ilə,
Külək əsib sığal
çəkir meh ilə,
İstəyir ki, üst-başıma
tökülə,
Şəlalə də "yaxınıma gəl" deyir.
Beləcə
Mən susuram, sən də dinmə,
Belə qalaq, bax, beləcə.
Gözlərimdən ürəyimə,
Lal sulartək ax beləcə.
Nə külək, nə meh olmasın,
Nə çiskin,
nə şeh olmasın.
Heç
günəş də
doğulmasın,
Günəşim ol, bax beləcə.
Hər anımız ilə dönsün,
Ətirli bir gülə dönsün.
Nə bəmə, nə zilə dönsün,
Donub qalsın
vaxt beləcə.
Bəxş eləyən ömrü
bizə,
Qələmindən süzə-süzə,
Deyək
yazsın ömrümüzə,
Tale belə, bəxt
beləcə.
Gəlmişəm
Yanır canım od
içində,
Oduna qurban, gəlmişəm.
Gözün aydın olsun deyə
Çıllı-çıraqban gəlmişəm.
Qur səliqə-sahmanını,
Göstər ədəb-ərkanını,
Qəbul
eylə qurbanını,
Bil, sidqi-cannan
gəlmişəm.
Sən atəş, mən atəşpərəs,
Tələsirəm, sən də tələs,
Bu mərasim deyil əbəs,
Dini-imannan gəlmişəm.
Mən əhdimin yolundayam,
Qucağında, qolundayam,
Bu gün yanmaq zorundayam,
Ölçü-mizannan gəlmişəm.
Camaləddin ƏJDƏROĞLU
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 26.