Bir zamanlar...

 

Əvvəl səni sevirdim,

 

Sonra həsrətini.

 

İndi sən varsan,

 

həsrətin.

 

Bircə bir vaxt

 

Getdiyimiz uzun yol var,

 

Hər gün məni aparır

 

Xatirələrimizgilə...

 

 

qalacaq bizdən sonra

 

 Yollar yola calanacaq

 

Saldığımız izdən sonra.

 

Yenə dağlar görünəcək

 

Göz işləyən düzdən sonra.

 

 

Şəhərləri kənd eləyib,

 

Şəkəri qənd eləyib,

 

Sözü sözə bənd eləyib

 

Səs oluruq sözdən sonra.

 

 

Ay yaşayıb ömür sürən,

 

Bağlanacaq bəndin, bərən.

 

Xoş əməldən özgə, görən,

 

qalacaq bizdən sonra?

 

 

Elnur, bir az danış kəsə,

 

Gəlmir ilham, təb həvəsə.

 

Dünya dönür dar məhbəsə,

 

Yaşadınsa yüzdən sonra.

 

 

gəzir

 

 Günahı bol olanlara

 

Cənnət adlı yer gəzir?

 

Bu dünyadan o dünyaya

 

Aparmağa sirr gəzir?

 

 

Naşı baxıb həvəs eylər,

 

Qarğa bülbülü pəs eylər.

 

Boş qazan kimi səs eylər,

 

Yekə başda sər gəzir?

 

 

Hədəfik - gülləyə tuşuq,

 

Qanadı qırılmış quşuq.

 

Dənizləri qurutmuşuq,

 

Onda inci, dürr gəzir?

 

 

Dünya qədim mağaradır

 

 Aran kəsibdir aranı,

 

Görünməyir, dağ haradır.

 

Köhnə şəkil kimi həyat

 

Elə bil ki ağ-qaradır.

 

 

At başını, torpaqda yat,

 

Ya da uçub göylərə çat.

 

İnsan canlı bir eksponat,

 

Dünya qədim mağaradır.

 

 

Qara günlər qaralıb bax,

 

Üzümüzə olubdur .

 

Dünyaya gəlib yaşamaq

 

Toydan sonra nağaradır.

 

Elnur İRƏVANLI

Ədəbiyyat qəzeti.- 2022.- 5 fevral. S. 27.