Fikir uzaqlara apardı məni
Söz-söz qaranlıqdan durulub gələn
Bu aydan da arı şeirimdə yoxam.
Zaman
qaynatsa da, heç qarışmadıq:
Dünyanın xeyrində-şərində yoxam.
Keçdim
o dənizi, aşdım bu dağı,
Yorub əldən saldım əli, ayağı.
İlahi,
Özün de, hardayam axı,
Nədən bu dayazda, dərində yoxam?
Bu
dünya çəkəndə üstünə çəni,
Yer-göy
gizlədəndə özündə Səni,
Fikir
uzaqlara apardı məni,
Qayıdanda gördüm yerimdə yoxam.
Şair
Göz
yaşı-suyu, qəm-çörəyi kimi,
Nə toxdadı, nə də kiridi şair.
Ağrıdı
hər yeri ürəyi kimi,
Dünyanın ağrıyan yeridi şair.
Qəlbində
dil açıb söz can istədi,
Hər
sözü bir gündə yüz can istədi.
Bir an
ağrımasa, bil, can üstədi,
Hər an ağrıyırsa, diridi şair.
Gəzməz
bəxt önündə qaravaş kimi,
Yaşar öz ömrünü bir savaş kimi.
Kiminsə
başına düşər daş kimi,
Kiminsə gözünün nurudu şair.
Qaçanda
bu dünya ayağı altdan,
Qalmadı
ölümün ayağı altda,
Bircə
sözlə saldı zamanı atdan,
Ölümün üstünə yeridi şair.
Göy
onun ruhunun seyrangahıdır,
Dağlara çəkilən duman ahıdır.
Dərdlərin
dünyada son pənahıdır,
Sözlərin əbədi piridi şair.
İnsan
eşq oduna qalanaydı kaş,
Sevgisiz daş olub qaralaydı kaş.
Daş
atıb dedilər bulanaydı kaş,
Gördülər bulaqtək durudu şair.
Endirər
varını göydən söz ilə,
Köçər könüllərə köhlən
söz ilə.
Hey təzə
sirr açar köhnə söz ilə,
Tanrının açılmaz sirridi şair.
Gərək bacarasan
Bu ocaq daşıdı... bu məzar
daşı...
Deyirsən bunların hər üzü qəmdi.
Bulana-bulana
axır göz yaşın,
Gözündə göy üzü, yer üzü nəmdi.
Fəsillər
dəyişir, toxta görək bir,
Payız yallı gedir budaqlar üstdə.
Yağışı
hər gecə yağsa gözündən,
Sözündən nə bitər varaqlar üstdə.
Qara
saçlarına düşən bu qardan,
Yaz günü əlləri üşüyən
varmı.
Sənin
kədərindən, qəmindən umub,
Öz tale payıtək yaşayan varmı.
Paylama
ömrünü göz yaşlarına,
Göz yaşı dirilik suyu deyil ki.
Noolar qəm
gələndə, kədər gələndə,
Hələ bu dünyanın sonu deyil ki.
Gərək
bacarasan son məqamda da,
Qəmin qədəminə gül atmağı da.
Gərək
bacarasan özünü qəmdə,
Bu qəmi özündə yaşatmağı da.
Əfəndim
Bir yalandı onun duyub bildiyi,
Bu dünya bizləri bilməz, Əfəndim.
Onun gecələri
necə ah çəkir,
Onun gündüzləri bilməz, Əfəndim.
Dən
görüb tələyə gələn hərifdi,
Tələdə
sevinib gülən hərifdi,
Ölümü
ölümsüz bilən hərifdi,
Ölümü öldürən ölməz, Əfəndim.
Dağdan
ağır daşları sel apardı,
Göy
üzündən quşları yel apardı,
Bir
aşiqin ağlını gül apardı,
Bir kimsə göz yaşın silməz, Əfəndim.
İnsan
oğlu insan kimi durulsa,
Fani
dünya eşq üstündə qurulsa,
Sözün
sirli tilsimləri qırılsa,
Kim deyir üzümüz gülməz, Əfəndim.
Sevgisiz könül kimi
Göyünə
bulud gəlməyən
torpaqlar,
Gül nədi
heç
tikan da bitirə bilmədi.
Yetim qaldı
zirvəsinə
qartal
qonmayan
dağlar.
Üşüdü
sevgisiz könül kimi,
Budaqları
quş yuvalarına
həsrət ağaclar.
Həyatın
nəfəsi dəymədi
Məhəbbətlə dolmayan ürəklərə.
Amma
sən
yenə
çalış mütləq bir məna ver
əsdikcə əsən küləklərə.
Göy adamları
Bu ömür-gün qəpik-quruş
kimidi,
Çalış bir baxışdan duy adamları.
Yaşıl
bir budaqda bir quş kimidi,
Alışmaz bu yerə göy adamları.
Qəmləri
kiriyib ovunmasa da,
Gözləri
göylərtək oxunmasa da,
Əlləri
badəyə toxunmasa da,
Məstlikdən ayılmaz mey adamları.
Şahə
qalxdıqca hey şər gündən-günə,
Yerdən uzaqlaşır Nur gündən-günə.
Gör nə
kasıb düşür Yer gündən-günə
Qeybə çəkildikcə vəhy adamları.
Lal baxışlar
Ürəyimi
naxışladı,
Sənin o lal baxışların.
Mənə
dünya bağışladı
Sənin o lal baxışların.
Ahu kimi mələr
susar,
Ulduz olub gülər, susar.
Öz
eşqini gizlər, susar
Sənin o lal baxışların.
Sirli-sirli
namə olub,
Ürəyimdə nəğmə olub.
Mənə
məndən doğma olub
Sənin o lal baxışların.
Bir yaz
günü gül aça kaş,
Bülbül olub dil aça kaş.
İlk
vüsala yol aça kaş
Sənin o lal baxışların.
Hüseyn
Bağıroğlu
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 29.