Əyninə
gözəl yaraşır Bu fəsil sənin...
Bu
qışın ən əsəbi vaxtında
yerin də,
göyün də
Acısını, yanğısını soyutmaq
üçün yağdı yağış.
Yağıb
da yerin də, göyün də
əsəbini yuydu,
Könlünü
oxşadı,
Üzünə günəş doğdu hər tərəfin.
Qış
kimi idi elə Günəş də,
İsitmirdi,
Varlığı
- təbəssümü bəs etmirdi
bu təbəssümlü
qış gününə...
Bəs bu yağış hardan idi?
Buludlardan
aşağa
Göy
üzünün bahar dolu sinəsi
enib-qalxdıqca
Günəş göz yaşları ilə təsəlli
verirdi.
Hər şey bir ümid dadırdı.
Bu
dünyanın məzar boyda vicdanını
Günəşin göz yaşı oyadırdı.
***
Külək
bu kəndin saçlarını darayır
Bir
qış səliqəsi var -
Qız səliqəsinə oxşayır.
Tellərinə
bir az soyuq yayır
ətir
əvəzinə.
Bu kəndin
alın yazısıdır bu külək
şeir
yazılır kənddə
Sətir əvəzinə.
Daha
gözəl dinir
Daha
gözəl görünür
Qış donlu kəndimiz.
Çıxarır
dünyanın mavi gözünü
Əyri bacalardan çıxan tüstüsü.
Yağan yağışlar
qırış-qırış yolların ütüsü.
Mehriban
buludlar
İsti nəfəslərin
Pəncərəyə hopmuş hənirtisi.
Əyninə
gözəl yaraşır
Bu fəsil sənin.
***
Yorulmuşam
yüz ölçməyə, biçməyə,
Yüz
suala bircə cavab seçməyə,
bacarmıram çirmələnib keçməyə
Ağıl adlı dəryadan.
Yaramadı,
tərs gətirdi düşüncəm,
Ağıl mənə işgəncədir, işgəncə.
Dəli
olub mən özümə gəlincə
Gördüm
yaşayır adam.
Qəlb -
gözümün aynasını silməyə,
Hey
uğrunda vuruşmağa, ölməyə
Ağıl
məni çağıranda gəlməyə, -
bildim
yaman inadam.
***
Zaman mənlə
yarışmasın - uduzar,
hey
öpürəm böyüməyən o qızı.
Yad adamtək
əllərindən tutmayan,
zaman ilə
yeriməyən o qızı.
Bu
albalı ağacına heyranam
gizlənmişəm vedrə ilə budaqda.
Meyvəsini
mən dərməyə çıxmışdım
düşəmmirəm o budaqdan bu vaxta.
Sən nə
gözəl ay imişsən, may ayı,
dəcəlliyim ot-ələfdə itmədi.
Bu tərəfdə
tale məni qarğıdı,
o tərəfdə
xoşbəxtliyim itmədi.
Çiyələyi
yaşıl-yaşıl yeyəndən
qızarmadı o çiyələk bir də heç.
İlişmişəm
bacım deyən sözlərə
Hirsim
keçmir, anam deyir bura keç...
***
Kimdir bu
gülüşün sahibi, Allah
Bu qədər adama qarışıbdımı?
Yoxsa
gülüşləri adam içində
Özüysə göylərə
daşınıbdımı?
Dodağından
qopan bu incə səslər
Elə bil çağırır məni yanına.
Ayrılıb
bu qədər adamdan, indi
Hopmaq istəyirəm sənin qanına.
Bəlkə
də o qədər gözəl deyilsən
gülüşün böyütdü səni
gözümdə.
Qısqandım
səsini bu yer üzünə
bir
günah görməzsən indi özündə.
Hardasan,
hardasan üzə çıx, ay qız
Tanrı
da bəyənmir dərd verənləri
Səni
and verirəm gülüşlərinə
Mən şeir yazınca gəl üzübəri.
Daş təbəssüm
Öz üzümə gülümsəyən
Əksim, necə xoşbəxtsən?
Şəkillərdə
daşa dönən
Səsim, necə xoşbəxtsən.
Bu
gülüş aldadır indi hamını,
Aldadır dünyanın qoca başını.
Dost,
düşmən yanında xoşbəxtliklərim
Edibdir hər zaman uca başımı.
Özüm
də inanmışam təbəssümlərə
Qarışqa
yerişim sürətlənibdir
Olub
Ümid işığında işıq sürəti.
Ən
aciz vaxtımda təbəssümlərim
Həyatla döyüşməyə verib cürəti.
Atamtək
qolumdan qaldıran olub,
Anamtək
canını yandıran olub
Bu kino
dünyanın qəm səhnəsini
Elə
artisti kimi dandıran olub
Şəkil təbəssümüm, daş təbəssümüm.
***
Könlüm
darıxır hələ səninçün,
Səni unutmağa yetməyir gücüm.
İnciyə
bilirsən gəl məndən inci,
Uğrunda mən ölsəm xoşuna gəlməz?
Nə
çoxdur talelər qaralı, ağlı
Bir günü düzənli, on günü dağlı.
Eşqinin
qurbanı olan bu ağlı
Götürüb gəlsəm xoşuna gəlməz?
Üzümdə
gəzdirmə baxışlarını
Yağdırma üstümə qışın
qarını.
Elə
qürurlusan göz yaşlarını
Üzündən mən silsəm xoşuna gəlməz.
***
Saatın
bu zamanı,
gecənin bu üçündə
üz-gözündən şeir yağa
elə
yuxu biçimdə.
Durub
üzü qibləyə
əllərini açasan,
şeir
dönüb dua ola
əllərinin içində.
Gecənin
tellərinə sığal verən əl ola
Bu sevgili şeirlər.
Elə
alıb apara
bu
nisgilli şeirlər.
Azanadək
sevindirə
elə
azan səsitək.
Şeir,
qeybdən gələn səs,
səni
yaxında hiss edirəm
Yaradanın nəfəsitək.
***
Yuxu
alır ağuşuna gözümü
Bu dünyanın üstünə çəkirəm
kirpiyimi.
Günəş gülənə kimi.
Zülmət ölənə kimi.
Şirin,
rahat yuxumdur
Sakit olan
vicdanım,
aram olan
ürəyim.
Halallıqla yediyim bircə tikə çörəyim.
Yuxu
düşüncəmin güzgüsü,
Ruhumun oyaq səsidir.
Yuxu
ölümə gedən
Əcəlin ayaq səsidir.
***
Bu
qışın ən əsəbi vaxtında
Elə
qışın da, elə yerin də, göyün də
Acısını, yanğısını soyutmaq
üçün yağış yuyurdu.
Könlünü oxşayırdı.
Üzünə günəş doğmuşdu.
Qış
kimi idi elə günəş də
İsitmirdi.
Varlığı, təbəssümü bəs etmirdi.
Bu təbəssümlü
qış günündə
Bəs bu yağış hardan idi?
Bahar dolu
sinəsi
Enib
qalxdıqca
Günəş göz yaşları ilə təsəlli
verirdi.
Hər şey bir ümid dadırdı.
Bu
dünyanın məzar boyda vicdanını
Günəşin göz yaşı oyadırdı.
Atlaz RZAYİ
Ədəbiyyat qəzeti.-
2022.- 5 fevral. S. 30.