Atam ağac, anam
ağac, qardaşım ağac
Kəlbəcərin
Zülfüqarlı kəndində
evimizi ziyarət edərkən
Ağac
bitib evimizin hər otağında,
Atam ağac, anam ağac, qardaşım ağac.
Sən
yuvamda yuva qurdun, mən budağında -
Yuva qurum, sən ol mənim yurd daşım, ağac.
Özüm ağac, sən hardasan?
Səs elə
görüm,
Gəl deyişək, xəbər bilək bir-birimizdən.
Mən
söyləyim harda ötüb ağır illərim,
Sən də danış, viran olan yurd yerimizdən.
Atam
ağac, gələn mənəm, qayıdır
köçüm,
Qoy kökündən məzarına torpaq aparım.
İcazə ver, qapımızdan içəri
keçim.
Susma nolar, səndən sənə soraq aparım.
Anam ağac, bəs bu evin sahmanı hanı?
Qoymaz idin toz da qona aynalarına.
Qərib
eldə yaman artıb dərdinin sanı,
Qəm sığınıb baxışının mənalarına.
Salamat
qal, ay bu evin ağac yiyəsi,
Bu ocağa sən doğmasan, mən yadam indi.
Bir yer
göstər, düz yanında mən də boy atım,
Sehr
göstər, ağac olsun bu adam indi.
Absurd
Hövsələn
çatmaya çox yaşamağa,
Ömrün həsrətindən uzun olmaya.
"Daha
sözüm yoxdur sənə" - deyəsən,
Amma doğrudan da sözün olmaya.
Biri badə
alıb tost deyə sənə,
Marağı könlündən üstün olmaya.
Hamı
bir ağızdan "dost" deyə sənə,
Sənin bircə nəfər dostun olmaya.
Dönüb
söhbət edə yol işıqları,
İşığın
səsinə oyana adam.
İşığın
dalınca uça kəpənək,
Amma pərvanədən qaça bilə şam.
Bir də
çox uzaqda sorağın ola,
Bir addım atmağa yolun olmaya.
Bir də
bal tutmağa barmağın ola
Barmaq yalamağa dilin olmaya.
Ağrı
Hardasa bir
səsin qəbri darıxdı,
Yetim bir sükutun çığırtısından.
Bütün
doğruların bağrı yarıqdı,
Bütün oğruların bağırtısından.
Sökülmüş
tavandır ürək çatları,
Hər gecə üstümə qan damır mənim.
Gizli mətləblərin
dərin qatları,
Bu sadə dilimi anlamır mənim.
Hardasa
uzaqda bir gəmi batır,
Dalğalar hürküşür sahilə sarı.
Götürüb
həsrəti başından atır,
Qumlu sahillərin su intizarı.
Üzündən
bəllidir dərdi dənizin,
Dalğalar dənizin üz qırışları.
Alın
qırışıdır hıçqırıq səsin,
Sətirlər varağın söz
qırışları.
Hardasa
uzaqda bir gəmi batır,
Ordaca dənizin yarılır bağrı.
Mənə
ürəyimdən xəbər daşıyır,
Bu şirindil ağrı, bu şeytan ağrı.
***
Bağları
qəhr eylər xəzan yelləri,
Yarpaqlar tələsər, küləyə çatmaz.
Baxar qəmli-qəmli
göyün üzündən,
Günəşin də gücü fələyə
çatmaz.
Kordur
azaldısa gözün heyrəti,
Bəndə bu aləmi dərk etməz qəti.
Zalım
ha ucalsa boyu, qaməti,
Məzlumun çəkdiyi naləyə çatmaz.
Adamın
qana da batar əlləri,
Yorub
tutduğunu atar əlləri,
İstəsə
hər yana çatar əlləri,
Bircə
çiynindəki mələyə çatmaz...
Toğanada yağmurlu
bir səhər nəğməsi
Neoklassika
Sel selə qarışdı, daş
daşa dəydi,
Ayılıb yuxudan ürpəndi dağlar.
Kəpəz
qayçı kimi dumanı kəsdi,
Götürdü üzündən rübəndi
dağlar.
Selablar
şırımtək qaldı üzündə,
Sular şirələndi maral izində.
Bir
şeir oxundu şair gözündə,
Duydu hər misranı, hər bəndi dağlar.
Xəyalım
quş kimi uçub gedəndir,
Baxışım o yalı aşmır, nədəndir?
Dedim əyil
bir az, görüm o kəndi,
Eşidib yerindən tərpəndi dağlar.
Tromb-fikir külçəsi
Bir
axşam darıxanda
əlinə baxtın keçə.
Tutub məzələnəsən,
beləcə vaxtın keçə.
Bir
ömrün son gecəsi,
xəyallar da dinc ola.
Tromb-fikir
külçəsi -
qopub
damarlarından
ürəyinə sancıla.
Beləcə
taleyindən
gəlib
infarktın keçə.
Ta bəsdir,
xəyalından
bir
uzunsaç qız ötdü.
Ta
keçdi, fərqi yoxdur,
cüt
keçdi, yalqız ötdü.
Bir də
ayılasan ki,
böyründən kağız ötdü.
Ağlına
da gəlməyə,
külək əsə, yanından -
pəh...
Ölüm aktın keçə.
İkiləşmə
Və bir
gün bir adam çıxar qarşına,
qayıdıb səninlə yanaşı gedər.
Sən
gedən yollarda dörd olar gözü,
nabələd tərpənər, ya naşı gedər.
Və
baxıb görərsən bu elə sənsən,
göz
sənin gözündü, qaş sənin qaşın.
Kostyum,
qalstuk, köynək səninki,
əyin
sənin əynin, baş sənin başın.
Və
baxıb görərsən əl də sənindir,
ayaq da sənindir,
başmaq da sənin.
Hardasa
dayanıb yol gözləmək də,
harasa tələsib
qaçmaq da sənin.
Və bir
də görərsən dil səninkidir,
dilin
danışdığı söz sənin deyil.
O
ağız, o burun, o qulaq sənin
amma ikiləşən
üz sənin deyil.
Əlini
salarsan cibinə bəh-bəh
əl sənin
əlindi, cib sənin deyil.
Bu gələn
avtobus gözlədiyindi,
o minib
getdiyin CİP sənin deyil.
Və bir
də baxarsan səndən geridə,
yollarda
piyada bir adam qalıb.
Yoxdur bənzəriniz
bir-birinizə,
yollara
göz dikib dəmadəm, qalıb.
Tuncay üçün
yol xəritəsi
Yolların
əvvəli-axırı taraz,
Hamının düz yolu, əyri yolu var.
Yol
çox olan yerdə yoldaş tapılmaz,
İndi hər adamın ayrı yolu var.
Kal meyvə
kimidi yol işıqları,
Ona da güvənmə, bir daşa bənddi.
Sözün
pünhandısa sirdaş arama,
Sirrin bir ucu da sirdaşa bənddi.
Alın
qırışıydı cığırlar dağın,
indi yol əsridir,
yol erasıdır.
Bir də
görərsən ki, dost tanıdığın,
Yolunda nəzarət kamerasıdır.
Görərsən
gözləri yol çəkən "dost"un,
Çəkir
ayağının büdrədiyini,
Çəkir dizlərinin titrədiyini.
Şirin
söhbət ilə qatır başını,
Çəkir hər səhvini, hər
yanlışını.
Yolunun bir
yanı uçurum olar,
Adamı bax ordan atar adamlar.
Dilindən
söz alıb qaçıran olar,
Diktofon adamlar, radar adamlar.
Səni
başqasıyla səhv salar biri,
əsəbin qorxuya, hədəyə gəlməz.
Sözünün
başına ip salar biri,
Sözün şahə qalxar, yedəyə gəlməz.
Yolların
əvvəli, axırı taraz,
Hamının düz yolu, əyri yolu var.
Yol
çox olan yerdə yoldaş tapılmaz,
Ay bala, hər
kəsin ayrı yolu var.
***
Baxışını
yaddaşımda,
Gözünün nuru saxlayır.
Ürəyimə
od salmışdın,
Ürək o qoru saxlayır.
Söz
dilimdə od tutardı,
İndi desəm buzdu, qardı.
Soyuqluq da
etibardı,
Yaddaşı duru saxlayır.
Elə
bilmə, vaxt heç nədi,
Ömür keçdi, gün keçmədi.
Həsrət
özü bir çeşmədi,
Yaddaşı duru saxlayır.
Bığ altı
Kəhər
atla, kürən atla,
ağ
atla keçən kişilər.
Yerinizi
yaman tutub,
bığ altdan keçən kişilər.
Bığ
altı irmaq kimidi,
dəhnəsi dərindi, baba.
Bığ
altı çardaq kimidi,
kölgədi, sərindi, baba.
Bığ
üstü burun sallayır,
güləndə bığ altı gülür.
Allah bizim
fəndimizə
baxanda
bığaltı gülür.
Gərək
deyil göy üzündə,
neçənci qatdan keçəsən.
Göyə
ucalmaq istəsən,
gərək bığ altdan keçəsən.
Kəhər
atla, kürən atla,
ağ
atla keçən kişilər.
Yerinizi
yaman tutub,
bığ altdan keçən kişilər.
***
Qaranlıq
asılıb əyir budağı,
Qopur o budaqdan bu gecə düşür.
Gecə
ha oynayır əsəblərimlə,
Yenə qismətinə heç-heçə
düşür.
Gecəylə
dediyim söz yaşıd olur,
Aya-ay, günə-gün düz yaşıd olur.
Ayaq izlərinə
göz yaşı dolur,
Yolların bəxtinə gölməçə
düşür.
Edir dar
ağacı mənim sazımı,
Asır hər
simindən bir avazımı,
Allah,
özün yoxla alın yazımı
Öz dəst-xəttinə gör neçə
düşür?!
Elşən Əzim
Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 15.