Gülləni sıxmağa sinə gəzirsən, Vətənin qayası, daşıdı sinəm.
Ər oğullar, əsgər oğullar
Gənclərimiz bu gün Qarabağda
igidlik göstərirlər.
Füzulidən bir dilim alov kimi keçdilər,
Cəbrayılda düşməni alaq kimi biçdilər.
Qubadlıda bulaqdan bir doyunca içdilər
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Torpağıma soxulub donuz kimi gavurlar,
Yağıların gözünü bircə-bircə
ovurlar.
Laçından it qovurlar,
Şuşadan it qovurlar
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Sən yenə Bakıdasan,
Səngərdə yatır indi,
Bir ox kimi düşmənin gözünə batır indi,
Haray çəkən yurdların
hayına çatır
indi
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Koroğlunun nəvəsi qorxmaz
bir qaşıq qandan,
Vətən qana susayır, onlar keçirlər candan.
Yağıların başına od tökürlər hər yandan
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Murovda dalğalanan bayrağa dirəkdilər,
Bu torpağın köksündə
döyünən ürəkdilər.
Vətənə bax bu gün də, sabah da
gərəkdilər
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Yurdumda
at oynadan düşmənə
qan uddurur,
Köç salıb Qarabağa
düşmənə qan
uddurur,
Biri yağı düşmənin
beşinə qan uddurur
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Bu saat Xankəndidə xan davası çəkirlər,
Bu saat Xocalıda qan davası çəkirlər,
Bu saat Kəlbəcərdə
can davası çəkirlər
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Hələ neçə şəhidin
qanını alacaqlar,
Göyçədə, İrəvanda himnimi çalacaqlar.
Təbriz,
Dərbənd, Borçalı
- körpülər salacaqlar
Dünən sənin Bakıda
öydüyün ər
oğullar!
Hər biri yüz düşmənə
dəyən əsgər
oğullar!
Yağılara göz dağı,
bizə səngər oğullar!
Düşmənin ağ
bayrağı
Mənim torpağımda sən nə gəzirsən? -
Bu yurdun, yuvanın
yiyəsi mənəm.
Gülləni sıxmağa sinə
gəzirsən,
Vətənin qayası, daşıdı
sinəm.
Səni
yıxan qaya, büdrədən daş da
Qoluma güc verir, dizimə təpər.
Mənim
adladığım hər
addamaş da
Sənin qabağında çəpərdi,
çəpər.
Mənim
nəfəsimi duyub, bir baxın,
Ağaclar sevinir, daşlar sevinir.
Səsim
qulağına dəyib,
bir baxın,
Çıxıb yuvasından quşlar sevinir.
Gecənin bağrını yarır
bir işıq,
Qolları açılmış yurdlar
ulaşır.
Üçrəngli bayrağım göyə yaraşıq
-
Üzü ona sarı qurdlar
ulaşır.
Torpaq da canlandı can sürtən kimi,
Sən demə,
kül altda sönməyib közü.
Oğul
barmağıyla qan sürtən kimi
Qurumuş bulağın açıldı
gözü.
Tutub hər bəndimi, hər gədiyimi,
Dağlar çox gözlədi davamı mənim.
Nərgizlər uzaqdan alıb iyimi,
Ciyərinə çəkdi havamı mənim.
Koroğlu nərəni zilə
dəmləyir,
Yağı dabanına tüpürüb
qaçır.
Qartallar
zirvədə bala yemləyir,
Qarğalar izini süpürüb qaçır.
Mənim
torpağımda sən
nə gəzirsən,
Bu yurdun, yuvanın
yiyəsi mənəm.
Gülləni sıxmağa sinə
gəzirsən,
Vətənin qayası, daşıdı
sinəm.
Mənim
daşdan möhkəm
sinəmə dəyib,
Üstünə qayıdar atdığın
güllə.
Tez ol, yağı düşmən, "mən
təslim" deyib,
Qaldır
başın üstə
ağ bayraq
yellə!
O görünən
dağlar
Durub babam kimi, papağı
ağdı,
Qıraqdan baxanda elə bil dağdı.
Görün kimlər öldü,
kimlər də sağdı,
O görünən dağlar
bizim dağlardı,
Mənim
canım dağlar, gözüm dağlardı!
Bir qardaş Qoşqardı, biri Murovdu,
Saçı-saqqalı da qırov-qırovdu.
Daha nə əsirdi, nə də girovdu,
O görünən dağlar
bizim dağlardı,
Mənim
canım dağlar, gözüm dağlardı!
Ordan Göyçəyə bax,
Şahdağına bax,
Heyrətindən donmuş dodağına bax.
Evindən çıxmayan qonağına
bax,
O görünən dağlar
bizim dağlardı,
Mənim
canım dağlar, gözüm dağlardı!
Böyük Kirs böyükdü,
başı göydədi,
Adı Bala Kirsin yaşı göydədi.
Düşmənin başının daşı
göydədi,
O görünən dağlar
bizim dağlardı,
Mənim
canım dağlar, gözüm dağlardı!
O dağın adına
Keyti deyirlər,
Bu həsrət belini
əydi deyirlər.
Ölüm ayrılıqdan yeydi
deyirlər,
O görünən dağlar
bizim dağlardı,
Mənim
canım dağlar, gözüm dağlardı!
Durub babam kimi, papağı
ağdı,
Qıraqdan baxanda elə bil dağdı.
Görün kimlər öldü,
kimlər də sağdı,
O görünən dağlar
bizim dağlardı,
Mənim
canım dağlar, gözüm dağlardı!
Bu nə
taxtıydı
Keçir ömrüm-günüm zülüm içində,
Közüm sönüb gedir külün içində.
Gülsüzəm bu qədər gülün içində,
Tanrım, yazdın mənə bu nə baxtıydı?!
İyləyir, çüyləyir, seçir bir ömrü,
Bir qurtum su kimi içir
bir ömrü.
Yaşıl zəmi kimi biçir bir ömrü,
Tanrım, mən doğuldum bu nə vaxtıydı?!
Gələn yapışır ki,
mənimlə gedək,
Qalır ayağımda nə qədər ödək.
Bir ayağı sınıq,
Biri də gödək,
Tanrım, verdin mənə bu nə taxtıydı?!
İndi getsəm
Bircə
kəlmə sözüm
varmı
Səhər-axşam öpüşdüyüm
Bulaqların dodağında?!
Hardan bilim izim varmı
Gündə yüz yol görüşdüyüm
Ağacların budağında?!
Oturanda uca taxtdı.
Yatanda da başım altda
Qu tükündən
balınc qaya.
Xəbərsizəm neçə vaxtdı
Hərdən-hərdən duman qından
Sıyrılırmı qılınc qaya?!
Öpüb-öpüb doymadığım
Bənövşələr gözlərində
Əksimicə saxlayırmı?!
Solmağına qıymadığım
Mənsiz
qalan nərgizlərin
Könlü qubar bağlayırmı?!
Açılardı incə-incə
Gözü könül bulağımın,
Dodağımdan söz yağardı.
Qulağımın dibindəcə
Quşlar
qulaq asa-asa
Dəndiyinə söz yığardı.
Demirəm ha doyub gəldim,
Öpüb, qucub, yola saldı
Ürəyimə girən dağlar.
Ürəyimi qoyub gəldim,
İndi
getsəm onu mənə
Qaytararmı görən dağlar?!
İslam SADIQ
Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 24.