Dağlar
Dumanı
tac qoy
başıma,
Qüdrətini görüm, dağlar.
Bir məhəbbət qalasıtək
Keşiyində durum, dağlar.
Kökləyib könül tarını,
Üstümə çəkdim qarını.
Qoy şəlalə saçlarını
Öpə-öpə hörüm, dağlar.
Saçlarımda min illik dən,
Dağ oğludur
bax bu bəndən.
Əyilib
baxdım zirvəndən,
-
Könlümdədir yerin, dağlar.
Ən bahalı xatirə
Çəkilib duman da, sis də,
Gəl dağlardan
könül istə.
Saz şəklisən sinəm
üstə,
Sevdim pərdə-pərdə
səni.
Ayrılıq çəkməkdir peşəm,
Həm dərdimsən,
həm də nəşəm.
Oğrun-oğrun gözləmişəm,
Ən gözəl
xəbərdə səni.
Mən arıydım, sən də pətək,
Bal yığırdıq ətək-ətək.
Ən bahalı xatirətək
Tapdım bu şəhərdə səni.
Gözəllər qocalmasın
Gündüzümüz, axşamımız,
Eşqə nur saçan şamımız.
Ürəkdən sevək hamımız,
Qoy gözəllər
qocalmasın.
Məhəbbətə tutub çətir,
Bu çiçək də yaydı ətir.
Biz zəvvarıq, gözəllər
pir,
Qoy gözəllər
qocalmasın.
Görəndə baş əyək
deyə,
Sevgimizi öyək deyə.
Zülmünü çəkməyək deyə, -
Qoy gözəllər
qocalmasın.
Əlirza,
şax dayan
hələ,
Bəlkə yar insafa gələ.
Gündə bir nəğmə
bəstələ,
Qoy gözəllər
qocalmasın.
Sənlə dolu ürəyim
Şair
Xəyal Rza üçün
İkimizin arasında,
Bir sevda yolu ürəyim.
Məhəbbət payımdır sənə,
Bu sənlə dolu
ürəyim.
Sən dağ yeri, mən də duman,
Kim var bizdən könül uman?
Yarı
Zərdüşt, yarı
Şaman,
Bu qədim, ulu ürəyim.
Bir də vur mizrabı
telə,
Arx olum bu gələn selə.
Quraqlıq çəkməsin elə,
Gözləri sulu ürəyim.
Ocaq
Çırpı eləyibdir son nəğməsini,
Hardasa özünə
çatıb Qu, ocaq.
Yanğılı-yanğılı közərməyində,
-
Sevən ürəklərdən içib
su, ocaq.
Közünə sığal vur,
külünə əl
çək,
Dikəltsin başını üşüyən
çiçək.
Tüstüsü hamını diksindirəcək,
Didərgin yuxumdan düşüb bu ocaq.
Kövrəlib arxanca üz tutdum yola,
Qayıt uşaqlığım, girək
qol-qola.
Tüstü tellərini boynuma
dola,
İllərin xatirə qoxusu ocaq.
Hayana ötürüm
sərhəddən səni
Gözümə dəyirsən hayandan
baxsam,
Heç vaxt görməmişdim belə mən səni.
Bilmirəm hayandan basım
bağrıma,
Ay Vətən, ay Vətən,
ay Vətən səni?!
Paslanmış qılıncdın, tiyən
yox idi,
Sevib öyüləsi
yiyən yox idi.
Səndən danışan yox,
deyən yox idi,
Daşlayıb keçirdi hər ötən səni.
Əyilib
Arazdan su içəndə mən,
Bir səs qulağıma gəldi Təbrizdən.
Arxa da Vətəndir, qabaq da Vətən,
Hayana ötürüm
sərhəddən səni?
Hörmət yiyəsidir
şairlər bizdə
Şeirlə açılan səhərimizdə,
Halal payımızdır
cığır da, iz də.
Hörmət yiyəsidir şairlər
bizdə,
Bizdə şairlərin adı başqadır.
Şeirdir göz yaşım,
alın tərim də,
Şeirlə aldandı ilham pərim də.
Hər gün boy atdığım
şeirlərimdə,
Hər sözün,
kəlmənin dadı
başqadır.
...Nə olsun, çoxalıb şeirə
axın?!
Nə var ki adama şeirdən
yaxın?!
Şeirdən çatdığım ocağa baxın,
Tüstüsü ayrıdır, odu başqadır.
Sevdim bu qəfəsdə
quş tutan yeri
Ahımı çətir tut bu
göyçək yurda,
Belə
kim tapşırıb
yurdu bu qurda?
Ayrılıq payıdır hər
sevda burda,
Sevdim bu qəfəsdə quş tutan yeri.
Xatirə
sehri var girdiyim qolda,
Mən belə
boşalım, sən
belə dol da.
Nə çovğun səngiyir,
nə qar bu yolda,
Bu da ömrümüzün
qış tutan yeri.
Düşdüyüm hər eşqə dedim pir, elə,
Hər yerdə
sən varsan, gəl bir-bir elə.
Sənin
həsrətinə Vətəndir
elə
Mənim gözlərimin yaş tutan yeri.
Həkim qız
Ağ mələklərin şərəfinə
Dodaqların çiçəkdir bir dəstəlik,
Oxunmamış nəğməsən bir bəstəlik.
Hey baş əyir səni görən xəstəlik,
Ağ xalatda ağ
mələksən, həkim
qız.
Sən verdiyin dərmanlar da bal dadır,
Bu bəxtəvər xəstən
gör nə haldadır?!
Köçən quşlar hələ
uzaq yoldadır,
Mən qanadam, sən lələksən,
həkim qız.
Sevdasını şam tutdum o gəlinin,
Dərdi nədir gör bu eşq heykəlinin?
Şəfasında çiçəkləyər əlinin,
Xatirəmə sığal çəksən,
həkim qız.
Şanapipik
Duman gəldi, gizləyəcək
dağ sinəsin,
Bayraq tutub qaranquşlar ağ sinəsin.
Gör haçandır qulağıma
dəymir səsin,
Sənin üçün darıxmışam,
şanapipik.
İlk bahara yubanmazdın bilə-bilə,
Başındakı daraq düşməz ayrı telə.
"Bup-bup" deyib oxuyuram mən də belə,
Mən də belə qərib quşam, şanapipik.
Quşum, elə nə tutmusan ürəyində?
Dadı qaçıb vallah, suyun, çörəyin də.
Gül bitirib ahım sərhəd dirəyində,
Yarı bahar, yarı qışam, şanapipik.
Ayrılıqdır bundan belə...
Oxumaqdan
səsi batıb bülbülün,
Soyuq dəyib
sizin gülə, deyirlər.
Bundan belə ayrılıqdır,
əzizim,
Ayrılıqdır bundan belə, deyirlər.
Üstümdəydi gözmuncuğu
baxışın,
Ayaq izin yolumdakı naxışın.
Saçlarımı qarı tutub bu qışın,
Daha yatmır
daraq telə, deyirlər.
Bundan belə sevib gəlmək var dinə,
Ta çəkilmə o döngəyə,
bu tinə.
Səndən ötrü ölməyimin
eşqinə, -
"Sağol"u da
ölə-ölə deyirlər.
Durna
Məlul-məlul nə baxırsan
göyə sən,
Qapı da yox, nəfəsinlə
döyəsən.
Qanadından yaralısan, deyəsən,
Qatarından ayrı düşən,
durna hey!
Yaralandın bir namərd silahından,
Durna köçü
diksinəcək ahından.
Ürəyimin damarından çəkib
qan, -
Sənə məlhəm gətirmişəm,
durna hey!
...Qan damırdı rəssamın fırçasından.
Bir yaralı durnaya verdikcə can.
Bu da mənəm yarı qürub, yarı dan,
Mən də belə bir dərvişəm, durna hey!
Çörək ətri
Durnalar köçünü çəkib
qayıdır,
Könüllər tanrının eşq sarayıdır.
Hər təndir Vətənin şeir payıdır,
Hər çörək
bir nəğmə sətri, ilahi.
Köhnə xatirələr paslı
açardı,
Qıfılı açmağı dərddi,
naçardı.
Uşaqlar nənəmdən alıb
qaçardı,
Sacda bişirdiyi
fətri, ilahi.
Onda bir başqaydı bahar da, qış
da,
Bir sevda var idi hər
bir naxışda.
Çörək bişirənin qarda,
yağışda, -
Təndir tüstüsüydü çətri,
ilahi.
Cəbhədən qürurla qayıdan
əri,
Çörəklə qarşılar sevdiyi pəri.
Şax tutar təndirə əyilənləri
Təndir çörəyinin ətri,
İlahi.
Əlirza HƏSRƏT
Ədəbiyyat qəzeti.-
2022.- 12 fevral. S. 27.