Ayzek Azimov
(Amerika ədəbiyyatı)
Yəhudi əsilli Amerika yazıçısı
Ayzek Azimov (Isaac Asimov)
2 yanvar 1920-ci ildə Belarusun Petroviçi kəndində anadan olub. Onun atası
Yud Azərbaycanın Quba rayonundan, dağ yəhudilərindən idi. O bunu 1987-ci ildə
ABŞ-da elmi ezamiyyətdə olan Azərbaycan
yazıçısı və tərcüməçisi mərhum
Zeydulla Ağayevə etiraf etmişdi. Oktyabr inqilabından əvvəl Yud ailəsi
ilə
birlikdə
Belarusa, 1923-cü ildə isə
buradan ABŞ-a, Nyu-York
ştatının Bruklin
şəhərinə köçür. Özünə şirniyyat dükanı
açır. Oğluna yaxşı
təhsil
verir. Ayzek 1928-ci ildə
Amerika vətəndaşı
olur. Kolumbiya Universitetinin Biokimya
fakültəsini
bitirir, Boston Universitetinin
Tibb məktəbində biokimyadan dərs deyir.
1979-cu ildən
isə
bu universitetin professoru olur. Yazıçı biokimya ixtisasına
mükəmməl yiyələnir və
bu sahəyə
aid yüzlərlə elmi və
elmi-kütləvi
kitab yazır. Ayzek Azimov dünyada yeganə
məhsuldar
yazıçıdır ki,
467 kitabın müəllifidir və
onun bədii, elmi,
elmi-kütləvi
və
elmi-fantastik kitabları
dəyərinə görə
ensiklopedik əhəmiyyətə malikdir. Ayzek Azimov fantast yazıçı
kimi bir sıra populyar ödüllər
qazanmışdır. O, ilk elmi-fantastik hekayəsini də
universiteti bitirəndə yazır və hekayə
"Amazing Stories" jurnalında (1939) çap olunandan sonra yazıçıya diqqət
artır. Ayzek Azimovun demək olar ki, bütün
əsərləri elmi-fantastikanın ən gözəl
nümunələri sayılır, yazıçının
fövqəladə elmi biliyi, istedadı
və
zəkası
hələ sağlığında onu
dünya məşhurları
sırasına çıxarmışdı.
Ayzek Azimovun kitablarında hadisələr gələcəkdə cərəyan edir. Təkcə bu faktı qeyd edim ki,
onun yaratdığı
robot obrazları heyrətamizdir.
O, xalis elmi fantastika yaradıb, burada mistikaya və
sehrbazlığa yer yoxdur. Əsərlərində texniki yeniliklər barədə fantastik ideyalar və
təsvirlər yer alır, ən mühüm kəşfi isə, fəlsəfi baxımdan yanaşsaq, robotlarla insanların münasibətləri problemlərindən yazması oldu. O, hələ ötən
əsrin birinci yarısında robot
texnikasının üç
məşhur
qanununu işləyib hazırlamış və bu da dünyada
elmi-texniki tərəqqi üçün yeni-yeni kəşflərə zəmin
yaratdı. Bu qanun fəlsəfi baxımdan təsvir edilir.
Azimov robotun hardan meydana gəlməsini izah eləmir,
sadəcə deyir: heç bir robot üç qanuna riayət olunmadan
yaradıla bilməz! Elə bu da robot texnikasının yaradılmasının
texniki bazası rolunu oynadı. Ayzek Azimov romanları gözlənilməz hadisələrlə məntiqin
heyrətamiz
şəkildə birləşməsi aləminin
təsviridir.
Siz heç vaxt Kainatda hansı
gücün hansı güc arxasında dayandığını tapa
bilmirsiniz, qəhrəmanların
həqiqət axtarışlarına mane olan
qüvvə
kimdir, kim
kömək
edir, bilməzsiniz. Azimov romanlarının
finalı da gözlənilməz sonluqlarla bitir. Bütün gözlənilməz sonluqların isə motivi və
əsası
vardır. Azimovda
səhv
yoxdur və ola da bilməz. Bunu dünyanın bir çox məşhur alim
və
mütəxəssisləri etiraf etmişdir.
1992-ci ilin 6 aprelində 72 yaşında vəfat edib. Onun adına
Nyu-Yorkda çıxan
populyar bir jurnal da var
- "Asimov's Science Fiction and Fantasy". Aşağıda onun marslılarla Yer adamının əlaqələrindən bəhs
edən
"Gizli Duyğu"
(The Secret Sense) hekayəsini
təqdim
edirik.
Ədəbiyyat qəzeti.- 2022.- 12 fevral. S. 28.