Nizami GəncəvininLeyli Məcnunpoeması ilk dəfə Koreya dilinə çap olunub

 

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü dəstəyi, Azərbaycan Xarici İşlər Nazirliyinin maliyyəsi ilə dahi Azərbaycan şairi mütəfəkkiri Nizami GəncəvininLeyli Məcnunpoeması klassik Azərbaycan şairinin əsəri kimi ilk dəfə Koreya dilinə tərcümə olunaraq kitab formasında çap olunub.

 

Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin AzərbaycandaNizami Gəncəvi İlielan edilməsi dahi şairin 880 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar, ötən ildən etibarənLeyli Məcnunpoemasının Koreya dilinə tərcüməsinə başlanılıb. Əsəri Koreya Respublikasının Hoseo Universitetinin professoru Kim Seonq-ryonq həmin universitetin magistri Ramin Abasov tərcümə ediblər. Poemanın tərcüməsi orta əsrlərin dil xüsusiyyətləri maksimum dərəcədə nəzərə alınmaqla, Koreya dilinə uyğunlaşdırılaraq həyata keçirilib. Nəşrə oxucunun daha ətraflı asan anlayışı üçün orta əsrlər terminologiyasına dair çoxsaylı izahedici qeydlər, eləcə Leyli Məcnunəsərindəki bir sıra səhnələrin miniatürləri əlavə edilib.

 

Bundan əlavə, kitabda Nizami Gəncəvinin həyat yaradıcılığı barədə ətraflı məlumat verilməklə yanaşı, dahi şairin yaşayıb yaratdığı XII-XIII əsrlərdə Azərbaycanın yerləşdiyi regiondakı ictimai-siyasi mühit, həmin dövrdə mövcud olmuş dövlətlər dövlət xadimləri barədə söhbət açılıb.

 

 Ədəbiyyat qəzeti.- 2022.- 19 fevral.- S.32.