Yaşamağın yanında...” yaşayan şair

 

 

 

Tanınmış şair Qalib Şəfahətin "Eşqə batır yanaqlarını” ("Elm təhsil”-2019) şeirlər kitabını oxuya-oxuya böyük, intellekt şairimiz Əli Kərimin bir şeirini xatırladım, - "zəhmətkeş buruqadlı şeirini. Orada göstərilirdi ki, hamının nəzər-diqqətindən uzaq, heç kəsin fikir vermədiyi, baxıb göz yetirmədiyi bir yerdə, bir yalın dağ yamacında tənha bir buruq işləyir. O taya, bu taya, sağa-sola baxmadan, yollara göz qoymadan öz işindədir. Çalışır, əlləşir, neftini çıxarır. sağ ol gözləyir bir kimsədən, təltif, ödül.

 

Qalib mənə həmin o zəhmətkeş, halallıq içində çalışan buruğu xatırlatdı. Paytaxt şəhərindən uzaqlarda yaşayıb yaradan şair, nasir Qalib Şəfahətin adını çəkdiyim bu kitabında şeirlərinin əksriyyəti poeziyanın fəlsəfəsini, fəlsəfənin poeziyasını açıb göstərmə yönəlmişdir. Şair yazmır ki, yazdığı şeirlərin yanında olsun, onların arasında onlarla birgə işə gəlib getsin, yazır ki, "mən yaşamıram ki, sadəcə "hər gün yaşamağın yanındayam, işə gedib gəlirəm,- deyir, daha sonra "şeir yazmıram ki,

 

ürəyimi boşaldım. Yazıram ki, "elə bilərlər ki, mən orada yaşayıram,- yazır. Linqvistik poetik duyumun, insan təfəkküründə zövqlə rahatca adaptasiya etdiyi dərin, yozumlu düşüncənin ağırlıq mərkəzi yenə poetik düşüncə çalarları yaradır,- "yaşamağın yanından keçib getmək, keçib gəlmək hələ yaşamaq deyil ki...”

 

Həm yaşamaq, həm yazmaq, yaratmaq onun üçün bu qoşa paradiqmaların, yəni iki fəslin, qoşa qütbün arasında düşüncə, fikir poeziyasının energetikasında gözəl, yaraşıqlı bir hiperaktiv ikilik, ekizlik motivləri ilə üz-üzə gəlir,- biri yaşamaq, biri yazmaq: "hamı elə bilir ki, mən orada dincəlirəm, məni orada görən olub... Elə bilirlər, mən orada yaşayıramdeyir. Harada yaşayır o lirik "mən”, harada?! Bəlkə heç kim bilmir, onu hamı arayır, axtarır, amma O bir poetik şeir ampulitudasiyasının "yaşamağa görə sürünməməkfeyzindədir.” Sürünmürəmsə, deməli, yaşayıram! İdentiklik paradiqmasından boylana-boylana baxır yaşamağın yanından keçib gedir.

 

Hər şey kimi-

 

Bir az varam, bir az yoxam,

 

Amma özümün deyiləm.

 

Hər şeydən bir az,

 

Hərdən bir az,

 

Yığılıram, mən oluram.

 

Metaforik məlzəmələrdən yaranan lirik "mən”in kimliyinin nüvəsində bu anlamda:

 

Özümdən başqa

 

Hamı mənə sahib çıxır,-

 

Mən özümün olmayanda. ("Özümün deyiləm”, səh. 22)

 

Şairin poetik razyezdləri, deyim, yol ayrımları oxucunu onun bir şair kimi sənətkar fərdiyyətini, ekzisatensal fəlsəfəsini bir daha aydınlaşdırmağa sövq etdirir. Qalib Şəfahətin lirik "Mən-i” öz subyektiv məna duyumları ilə poetik detallar situasiyalar ölçülərində başdan-başa onun yeniliyini orijinallığını özündə bərqərar edir:

 

Götür,

 

Göy üzünü saxla əlində.

 

Qol-qanad açım,

 

Mən uçum orada.

 

... Əllərindəki göy üzün,

 

Göy üzündə mən.

 

Bir qızın bapbalaca əllərində böyük bir göy üzü, orada ucsuz-bucaqsız bir sevgi çiləsi, xeyir-dua sənaları, metaforik ruh... Türlü yöndən baxa-baxa şeirli yolun əvvəli, sonu görünməyən bir bəyazlığı, maviliyə çalan döngələri, assosiativ fikir düşüncə çalarları ifadə obraz axtarışlarında bir daha özünü büruzə verir. Həm ritm-ahəng, həm struktur-biçim cəhətlərindən.

 

Səni unutduğum yerdə itib-batmışam,

 

Tapa bilmirəm özümü. (səh.54)

 

Bu şeirdə uzaq-uzaqlardan keçən kölgələr,- poetik instaluasiuaları tez gözə dəyir, unutduğu adamın bir daha tapılmadığı yerdə özünü tapa bilməyən O, lirik "mən” o qızın ədalarına yerləşməyən addımlarına yazığı gəlməyə başlayır. (səh.34) O xanımın təkəbbürlü yerişindən şikəst qala biləcəyindən nigarançılıq hissləri keçirir. Şairin yeni məna dayaqlarına bu nigaranlıq bir növ elə bil güc-qüvvət verməyə başlayır. Yol... Yollar... Həyat yolu,

 

şeir, poeziya cığırları, çoxusu da kədər-qüssə dolu, amma bununla belə hamısı insan ayaqlarının izlərindən, ləpirlərindən təpər, qüvvət alır:

 

Ayağımdan çıxır bu yol,

 

Ayağım kiçilib mənim.

 

Sevincimə böyük gəlir,

 

Qəmimə biçilib mənim. (səh.31)

 

Şeirin leksik-semantik qatlarında, şaxələrində "Ayağım kiçilib mənimmisrası ilə başlayan yazının altuanısını incələyəndə insan ayağının kiçilmədiyini yox, ayaqdan çıxıb gedən yolların uzaqlığını, nəhayətsizliyini göz önünə gətirirsən. Şeirin poetik təhkiyyəsində, metofizik substansiyanın da öz sərin yelləri əsməyə başlayır:-"Qəmimə biçilən yollar sevincimə böyük gəlirdeyir şair. "Eşqə batır yanaqlarınıadlı şeir toplusunda uğurlu yazılar çoxdur. "Yalanlar”, "İtirdim”, "Qadın ayaqqabısı”, ""Dar ağacı onlarla başqa şeirləri fikir, düşüncə, yeni intellekt baxımından oxunaqlıdır.

 

" yaxşı ki tez yapışdım

 

O titrəyən əlindən.

 

Əlim əlində qaldı.”

 

deyən şairə arzu edərdik ki, əli həmişə diqqətcil, qədirbilən oxucuların əlində qalsın.Oxucu əlində qalan şair əlləri isə həmişə güclü hərarətli olur...

 

Tahir Taisoğlu

 

 Ədəbiyyat qəzeti.- 2022.- 19 fevral.- S.25.