Unudulmayan faciə, Xocalı
qırğını
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Unudulmayan faciə, Xocalı qırğını” adlı anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov “Qanlı Xocalı faciəsi” adlı çıxışını ulu öndər Heydər Əliyevin "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" sözləri ilə başlayıb. Azərbaycan tarixində ən amansız, qanlı cinayət sayılan, xalqımıza qarşı soyqırımı aktı olan bu faciənin səbəbkarları, acı nəticələri haqqında geniş məlumat verib.
Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kütləvi və amansız qırğın aktı olan Xocalı faciəsini erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş məqsədyönlü irticaçı siyasət kimi qiymətləndirib.
Baş kitabxanaçı Sevda Rəhimova “Xocalı faciəsinə dair ədəbiyyatın kitabxanalarda təbliği” adlı metodiki vəsait və “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı məlumat bülleteni haqqında danışıb.
Şöbə müdirləri Qənirə Mustafayeva, Nübar Cəlilova 1992-ci ilin fevral ayında Xocalıya hücum planı, bu hücumun iştirakçıları, Xocalı müdafiəçiləri, soyqırımı qurbanları, kitabxananın əməkdaşlarından Şəhla Quliyeva, Nərminə Xəlilli, Əminə Vəliyeva, Şəbnəm Hüseynzadə isə Xocalı faciəsinə həsr olunmuş ədəbiyyatların müasir gənclərə təbliği mövzusunda çıxış etdikdən sonra doğma vətən torpaqlarımıza əbədi sülh, əmin-amanlıq arzulayıblar.
Tədbir boyu “Bəşəriyyət əleyhinə törədilmiş cinayət. Xocalı faciəsi -30” adlı virtual, “Xocalı faciəsi- 30” adlı ənənəvi kitab sərgilərinə, Azərbaycan dilində “XX əsrin faciəsi, Xocalı qırğını”, ingilis dilində “Xocali genosidi” adlı videoçarxlara baxış keçirildi.
Sözügedən materialların hər biri kitabxananın sosial
şəbəkə səhifələrində yerləşdirilib.
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.6.