Beynəlxalq Ana Dili Günü
“Öz
dilim şirindir, öz dilim şirin”
adlı tədbirlə qeyd
olunub
Beynəlxalq
Ana Dili Günü paytaxtdakı 56 nömrəli tam orta məktəbdə
“Öz dilim şirindir, öz dilim şirin” adlı tədbirlə
qeyd olunub.
Tədbirdə Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, millət vəkili Ceyhun Məmmədov, “Azərbaycan dili” dərsliyinin müəllifi
Rafiq İsmayılov,
“Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turan, F.B.Köçərli adına
uşaq kitabxanasının
direktoru Şəhla Qənbərova, İdarənin
müvafiq struktur bölmə rəhbərləri,
müəllimlər və
şagirdlər iştirak
ediblər.
Bakı şəhəri 56 nömrəli
tam orta məktəbin
direktoru Könül Hüseynova tədbir iştirakçılarını salamlayıb, Ana dilimizə
həsr olunan tədbirə məktəb
kollektivinin böyük
ruh yüksəkliyi ilə hazırlaşdırqlarını
bildirib.
Tədbirdə çıxış edən
M.Vəliyeva qürur mənbəyimiz olan Ana dilimizin inkişaf etdirilməsində ümummilli
lider Heydər Əliyevin danılmaz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndərin
dövlət dili siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Ana dilinin dövlət dili kimi işləkliyi üçün göstərdiyi
siyasi, milli iradə, gördüyü
məqsədyönlü işlər
Azərbaycan dilinin geniş şəkildə
tətbiqinə və
beynəlxalq səviyyədə
nüfuzunun yüksəlməsinə
xidmət edir.
Millət
vəkili Ceyhun Məmmədov, “Azərbaycan
dili” dərsliyinin müəllifi Rafiq İsmayılov, “Ədəbiyyat
qəzeti"nin baş
redaktoru Azər Turan, F.B.Köçərli
adına uşaq kitabxanasının direktoru
Şəhla Qənbərova
və digər çıxış edənlər
Ana dilinin hər bir xalqın milli sərvəti olduğunu vurğulayıblar.
Diqqətə çatdırıblar ki, xalqımızın mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən Ana dilimizin saflığını mühafizə
etmək hər bir azərbaycanlının
müqəddəs borcudur.
Dilimizin əsas milli atributlarımızdan biri olaraq nəsillərdən-nəsillərə
ötürülməsi işinə
hər kəs öz töhfəsini verməlidir.
Tədbirdə məktəb şagirdlərinin
hazırladığı ədəbi-bədii
kompozisiyalar maraqla qarşılanıb.
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.9.