Gecəydi, şair dostum Barat Vüsaldan məktub gəldi. İlk çərşənbənin gözəl bir sovqatı. Qəribədir, sabah ona zəng vurmaq istəyirdim, Baratın yaşadığı Kosalar kəndinin etimologiyası ilə bağlı maraqlı materiallar keçib əlimə. Heyrətləndirmək istəyirdim dostumu, könlünü xoş etmək istəyirdim. Amma dostum haqq şairidir, irfan adamıdır, məni qabaqladı. Bir bayram axşamı, öz ocağında, Kosalarda, qədim türk yurdunda yazdığı bir gözəl şeirin əlyazmasını göndərib, könlümü xoş eylədi.
Barat Vüsal
Könül sultanı
Şair dostum
Elxan Zal Qaraxanlıya
Yaradan göndərir yer üzərinə,
Hamının sevdiyi yaradan oğlu!
Könüllər mülkünə sultan olmağa,
Könül hardan alır, haradan oğlu!
Özü sultan olan neynir sultanı,
Sözü sultan olan yenir sultanı,
Yoxa çıxmayıbmış könül
sultanı,
Var hələ, var hələ, var, adam oğlu!
Salamlar zamanın böyük oğluna,
Adam cildindəki keyik oğluna,
Gözlərim dəyincə bükük
boyuna,
Seçirəm mən ağdan-qaradan, oğlu.
Olur, belə olur haqdan gələnim,
Çox-çox qədimlərdən - Nuhdan gələnim,
Yeriyən, yürüyən ruhdan
gələnim, -
Deyilsən bu yurdun sıradan oğlu!
"Quran"da surəsən -
"Ərafsan", "Əraf",
Tərəf axtarmırsan, tərəfsən,
tərəf,
Bütün tarixlərə şərəfsən,
şərəf,
Azərbaycan oğlu, ey cahan oğlu!
Bizə
nərlər gərək,
sənin kimi nər,
Sənin
kimi zərgər, sənin kimi zər,
Əgər olmasaydı sənin
kimilər,
Görən neyləyərdi arayan, oğlu?
Qorxaqlar
heç zaman şir-arslan olmaz,
Mərdsiz bir axşam da, bir axşam
olmaz,
Gədədən-güdədən qəhrəman
olmaz,
Getsə, yenə gedər Dara, Dan oğlu.
Yarandın bu haqqı bilməkdən ötrü,
"Türk olan nə mutlu" - deməkdən ötrü,
Ey türklük yolunda ölməkdən ötrü,
Yer üzünün daim darıxan oğlu!
Ey ordu günündə doğulan ellim,
Sənin
kimilərlə el olub
elim,
İndi
mən dediyim şair kimdi, kim? -
Qaraxanlı Elxan, - Qaraxan oğlu!
Barat Vüsal
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.17.