Barat Vüsal
kimi böyük bir irfan şairinin
mənə şeir həsr eləməsi mənə böyük şərəf verir. İndiki şairlərimizdən irfan həyatı ilə yaşayan və yaradan ikicə şair gəlir ağlıma -
Barat Vüsal və Məhəmməd Aslanbəyli.
Həm də Kosalar mənim üçün çox doğma yerdi, anam orada doğulub,
orada boya-başa çatıb. Oranın ab-havası, folkloru
nənəmin, anamın
çoxsaylı söhbətləri
ilə hopub şeir dünyama. Və orada ustadımız Barat Vüsalın ocağı
var. Bu şeir də mənim Ustada ehtiramımdır.
***
Salam olsun, Barat Vüsal!
Axtardığın dan nə imiş?
Günəş göydə dərvişdisə,
Sübh gözündə qan nə imiş?
Dartılanda yay kirişi,
Açılar göyün girişi,
Can kimi bir dingilişi,
Görən oynadan nə imiş?
Ömür sönür pərdə-pərdə,
Dincliyini
gəzmə yerdə,
Torpağa girən qəbirdə,
Cücərən kurqan nə imiş?
Sirr sonsuzdur,
çözüm harda?
Bir aşiq var hər
diyarda,
Ulu Yurdda - Kosalarda,
Tənha
yanan can nə imiş?
Sözü qaltan-qaltan - sən
o,
Hələ kəsir baltan -
sən o,
Könüllərə sultan - sən o,
Bəs göydəki
xan nə imiş?
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.17.