Azadlıq alınar, umulmaz!
Hər bir insan daxili
aləminin əksidir.
Siseron Mark Tuliy
Cümhuriyyət
günü Türkiyənin
Adana şəhərində "Kitab anımı"nı
ehtiva edən bir abidə ucaldılıb. Abidədə XX əsrin dahi
şəxsiyyətlərinin adları var. "İstiqlal"
ordenli Xalq şairi Bəxtiyar Vahabzadənin adı bu abidədə
6-cıdır.
Abidənin postamentində Mustafa Kamal Atatürkün məşhur bir kəlamı həkk olunub: "Mən uşaq ikən fəqir idim. İki quruş əlimə düşüncə, onun
bir quruşunu kitaba verirdim. Əgər belə etməsəydim, istədiklərimin heç
birini edə bilməzdim".
Azərbaycan poeziya məbədinin ucaldılmasında danılmaz
rolu olan, dünya ədəbiyyatının
xəzinəsinə töhfə
verən İstiqlal şairi Bəxtiyar Vahabzadə cəsarətli
qələm və kəlam sahibidir. Bəxtiyar Vahabzadə
lirikasının mövzu
genişliyi və rəngarəngliyi onun böyük mütaliəsindən,
İlahi fəhmindən
xəbər verir.
O, hansı mövzuda yazırsa yazsın, orada vətəndaşlıq
və vətənpərvərlik,
millilik, türkçülük
və turançılıq,
böyük şairin
ölçüsüz istedadının
təcəllası, müdrik
yaradıcılığının ehtişamı var.
Bəxtiyarın yaradıcılığı ilə tanış
olan oxucu özünü rahat hiss edir, ürəkdən gələn fəlsəfi
sətirlərdə öz
dünyasını tapa,
həyəcanına sahib çıxa
bilir.
Görkəmli Qırğız yazıçısı
Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin poetik fikirlərinə yaxşı bələd olduğu üçün
deyir: "Bəxtiyar poeziyasında lirizmlə vətəndaşlığın vəhdəti ayrılmaz qoşa simlərdir". Bəli, bu qoşa simlər
səsləndikcə haray
qoparır, onun erudisiyalı dünyagörüşünə
şəhadət verir.
Bəxtiyar Vahabzadə lirikasının
vurğunu olan, sonralar İslam dinini qəbul edən Ahmed Şmide (Hanspeter Şmide) şairin "Ana dili" şeirini alman dilində tərcüməsini
oxuyandan sonra onu Vətən və ana dilinin
mücahidi kimi rəğbətləndirir. O, "Mən
vətənə və
dilimə olan məhəbbətimi Bəxtiyarın
"Ana dili" şeirini
oxuyandan sonra anladım!" - qənaətinə
gəlir.
Bu canlı abidə
Bəxtiyar yaradıcılığının
unikal lirikasıdır.
Dil açanda
ilk dəfə, ana söyləyirik biz.
Ana dili adlanır
bizim ilk dərsliyimiz.
Bu dil - bizim ruhumuz,
Eşqimiz, amalımızdır,
Bu dil bir-birimizlə
Əhdi-peymanımızdır...
1967-ci ildə Kasablankada
qələmə aldığı
"Latın dili"
şeirində ana dilinin göz-bəbəyi
kimi qorunmasını hamıya tövsiyə edir. Bu dildə "ana", "vətən",
"torpaq" deyən
olmasa da, yenə yaşayır.
Şair bu dili Azərbaycan
dili ilə müqayisə edir. "Vətən ola-ola
dilimiz niyə korlanıb?"
- deyir.
İndi
söylə,
Hansı
dilə ölü deyək:
Vətən varkən, Millət
varkən,
Kiçik, yoxsul komalarda
Dustaq olan bir diləmi?..
Sovet dönəmində
ədəbi davranışla
bir araya sığmayan belə ifadələri yalnız Bəxtiyar olan şairlər - Bəxtiyar
Vahabzadə yaza bilərdi.
Bəxtiyar Vahabzadə coğrafiyası
geniş lirikası ilə həmişə oxucularının nəbzini
tuta bilib. Əslində bu bacarıq və qabiliyyət şairin liderliyə xas böyük xarizmasından xəbər
verir. Müasir alman ədəbiyyatının
ən görkəmli nümayəndələrindən biri Günter Qrass özünün Nobel nitqində
belə bir sitat gətirir: "Zati Aliləri! Osventsimdən (Polşada kiçik
şəhər adıdır.
İkinçi Dünya müharibəsində
alman nasistlərinin nəzarətində olub.
Nasistlərin amansızlığını nəzərdə tutur.
Osventsim düşərgəsindəki
yəhudilərin demək
olar ki, hamısı - 600 min adam amansızcasına
məhv edilib. Çox təəssüf ki, dünyada belə bölgələr çoxdur.
Nasistlik indi müasirləşib, başqa şineldə missiyasını davam etdirir) sonra şeir yazmaq barbarlıqdır. Bu həm də onu deməyə əsas verir ki, şeir yazmaq
bu gün çox çətindir".
Bəxtiyar Vahabzadə yaradıcılığına
görə dünya yazarlarının ponaptikumunda
(qədimdə mumdan hazırlanmış heykəllər
və əntiq əşyalar mezeyi) özünə məxsus fəaliyyəti artıq əbədiləşmişdir.
Kitab rəfimdə
görkəmli şairin
seçilmiş əsərləri
var. 1999-cu ildə çapdan
çıxmış "İstiqlal" əsəri
şairin öz dəst-xətti ilə mənə ərməğan
edilib. "Qeyrət,
təmizlik, təvazökarlıq
nümunəsi əzizim
Şəmsəddin üçün.
B.Vahabzadə 26.03.2003". Ruhuna Aləmlərin Rəbbi məlhəm çiləsin!
B.Vahabzadə üçün "Azadlıq"
bir rəngdə olmayıb. O, "Azadlıq
var özgəsinə
yamaq kimidir, azadlıq da var, qollarda qandala
bənzər" - deyir.
Şair azadlığı
ali dəyərlər
sırasında görür.
İnsan azadlığı
olmayan məmləkətlərdə
fəlakətlər baş
verər, beyinlər kütləşər, həqiqət
riyakar, ədalət boyaya çevriləcək!
Azadlıq!
Azadlıq əldən getdimi...
Gedər
ağızlardan dad da,
ləzzət də
Ağıl da, ürəkdə də gülər arzuya.
Azadlıq olmayan bir məmləkətdə.
Həqiqət bir riya, ədalət boya...
Azadlıq olmayan bir məmləkətdə
Düz əyri adlanar, əyri düz olar...
"Azadlıq alınar, yaddan umulmaz"
- deyir şair.
Bu sətirləri yazdıqca 1989-cu ilin mitinqləri kino pərdəsi kimi gözlərimin önündə
canlanır. Mən onda
polis sıralarında xidmətdə
idim. Hökumət
evinin qarşısındakı
meydana toplaşan milyonlarla vətənsevərlərin
əllərində Bəxtiyar
Vahabzadə meydana gətirilirdi... Biz, bu unudulmaz seyrangahı
seyr etdikcə qürrələnərdik ki,
millətimizin belə
bir oğlu var.
Şərəfdir ölmək də
azadlıq üçün,
Bu məslək dəyməzmi
bütün dinlərə?
Deyirəm eşq olsun dünən və bu gün
Azadlıq yolunda can verənlərə!..
Ruhu bir daha şad olsun. Şair bundan
artıq sözünü
necə ifadə etməliydi? Heç kimin
şübhəsi yoxdur
ki, yaşasaydı, 44
günlük zəfərlə
bağlı daşı
dəlib keçən
poetik sətirlərinin
də şahidi olardıq. Eşq olsun Vətən yolunda canını fəda edənlərə!
Döyüşdə və
qələbədə xidməti
olanları Allah qorusun!
Rusiyanın tanınmış şairi
K.Simonov Bəxtiyarı
"Müstəsna istedada
malik və qeyri-adi şair", Türkiyənin nüfuzlu
şairi Yavuz Bülənd "Azərbaycanın
dərdlərini hayqıran
şairi" adlandırmışlar.
...İnsan, insan olur öz hünəriylə,
Millət,
millət olur xeyri, şərilə
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər...
"Şəhidlər"
Siyasi burulğanlardan şərəflə
və üzüağ
çıxan Bəxtiyar
Vahabzadə ürəklərdə
abidəsi ucaldılan
belə sənətkarlardandır...
23 fevral 2022-ci il
Bakı
şəhəri
Şəmsəddin ƏLİYEV
Hüquqşünas-publisist
Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.20-21.