Haqqa sığın
Çox
düşünmə bu
dünyanı,
Qaçan hanı, qovan hanı?
Ömür ki var əmanətdi,
Bir gün çatar öz zamanı.
Altı
zalım, sərtdi torpaq,
Üstü qəmdi-dərddi torpaq.
Qoynunda hər kəsə yer var,
Yaranandan mərddi torpaq.
Haqqa sığın haqqı tanı,
Hesablanıb ömrün sonu.
Elə yaşa rəhmət qazan,
Tərk edəndə bu dünyanı.
Məhyəddin MƏHƏRRƏMOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.26.