Ömrün yolu
Ömür
qatar, biz qatarda sərnişin,
Möhlət
qısa, mənzil uzaq, yol çətin.
Bələdçimiz
alnımızın yazısı,
Hara
gedək, sağ nagüman, sol çətin.
Biz
düşmüşük axarına zamanın,
Yol
gedirik arxasınca gümanın.
Yolçu
qardaş, qorxma varsa, imanın,
Yoxsa
əgər, saçlarını yol, çətin.
Çiçək
kimi açdın həyat bağında,
Nə
yetirdin əməlinin tağında?
Gecikmisən,
ömrün qürub çağında,
Qətrə-qətrə
ürəklərə dol, çətin.
O,
imzandı, qoymusanmı izini,
Demisənmi
əməlinlə sözünü?
Vədə
tamam, yum əbədi gözünü,
Ay
İsmayıl, bir də doğul, ol, çətin.
İsmayıl YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.26.