Halallıq
Saflıq
hər insanın qanında gərək,
Nəslində,
kökündə, canında gərək.
Əzəlində
gərək, sonunda gərək,
Halallıq
alınan-satılan deyil.
Bəlası
çox olur dövlətin-varın,
Qiyməti
bahadır namusun, arın.
Sayı
az olsa da düz adamların,
Yaxşılar
pislərə qatılan deyil.
Mərhəmət
diləyir sağ da, xəstə də
Bir gizli haray var zildə,
pəsdə də.
Zalımlar hardasa son nəfəsdə
də
Tanrı qəzəbindən qurtulan
deyil.
Məmməd MƏRZİLİ
Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.27.