Bilmədim

 

Bu bəlalı sevgi mənim göz dağım,

Görən birnur saçarmı çırağım?

Ağlar qaldım, pozulanda növrağım,

Həsrətə-nisgilə dözə bilmədim.

 

Zalım həyat yaman durdu qəsdimə,

Qəm leşkəri ayaq açdı üstümə.

Gah sızladım, gah boğuldum tüstümə,

Gəldimmi hardasa gözə - bilmədim?!

 

Həyatda sevinc , qəm bir dadım,

Niyə erkən söndü işığım-odum?

Heç demə, sevgiymiş qolum-qanadım,

Mən onsuz heç yanda gəzə bilmədim.

 

Seymur SÖNMƏZ

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.27.