Payız
(Mənsur şeir)
Payız
gəlib... Özünün yarpaq tökümü ilə
naxış salıb yollara... Narın yağış öz həzin
nəğməsi ilə layla çalır bizə... Hərdən
də küləyi sığal çəkir
saçımıza, xoş bir təbəssüm yayır
üzümüzə... Dodaqlarımız nəğmə
oxumaq istəyir. Səmalarda köç eləyən
quşların qatarı məyus edir bizi. Yarpaqların
xışıltısı xoş ahəng yayır ətrafa...
Payız gəlib arzuları, istəkləri gerçək etmək
üçün. Duvaq altından boylanan gəlinlərin təbəssümü
payıza "xoş gəldin" deyir. Sevindirir,
düşündürür payız. Sonra da qapını, pəncərəni
döyəcləyib qışın gəlişini xəbərləyir.
Gedəcək
payız, qış gələcək, yaz gələcək,
yay gələcək!!! Sonra yenə dönəcək
payız... Ömrümüzün payız fəslinin gəlişi
var, gedişi var, amma dönüşü yoxdur! Kaş
ömrümüz də fəsillər kimi dəyişə
biləydi... Mən payızı çox sevirəm. Gəlişini
gözləyirəm, gedişini istəmirəm!..
Zümrüd RƏHİMOVA
Ədəbiyyat qəzeti.- 2022.- 26
fevral.- S.27.