Nəcib ruhun etirafı
Etiraf elə etirafdır, sinonimi yoxdur. Boynuna almaq ifadəsini
etirafla qarışdırmaq
olmaz, ona görə ki, birincini öz xoşuna deyil, məcbur etməklə əldə edirlər.
O zaman ki, insanı öz sirrini danışmağa vadar edən yoxdur, amma o danışır, bu həqiqətin qələbə
müjdəsidir ki, ədəbi dildə etiraf adlanır.
Boynuna almaqla, boynuna qoyulmaq eyni olmaqla yanaşı,
həm də hansısa günah, xəyanət, cinayət hadisəsindən xəbər
verir; etiraf bütövün – hadisələr
vəhdətinin təmsilidir.
Başqalarının sirrini açmaq etiraf hesab olunmur. Elmi – coğrafi,
fiziki, riyazi, kimyəvi və s.və i. kimi
növlər çoxluğuna
baxmayaraq ən böyük etiraf ədəbiyyatda və poeziyada baş verir. Onun ən nəcib forması ruhun etirafıdır:
Ömrüm –
iki gündü mənim,
Biri – sən yanımda
olan,
Biri – mən yanında
Olan...
Qalan nə varsa,
Etiraf edirəm:
– Bir ağ yalandı...
Yalan!
Bu cilalanmış qələm
məhsulunun müəllifi
lirik şeirlərilə
ədəbiyyat səhifələrini
bəzəyən Əbülfət
Mədətoğludur. Uzun illərdir
ki, nə o, şeirdən əl çəkir, nə şeir ondan yorulur. Baş-başa verib bir-birindən
asılı ömürlərini
sevgilə yaşayırlar.
Bəs bu misralarda məni özünə cəlb edən nədir? Əlbəttə,
şeirin şeir olmaq xisləti! Sanki yazıdan kənarda
unudulan, yaddan çıxan bir kəlmə də qalmayıb. Fikir elə ustalıqla ifadə olunub ki, təşbehi, metaforası da özündəndir, sərbəsti,
hecası da; musiqisi də ilhambəxşdir, vəzni,
qafiyəsi də!
Şeir ona görə bütövdür ki, ifadələr bir-birindən
silsiləvi asılıdır;
kiçicik bir işarənin, hərfin, sözün, misranın yerini dəyişmək, yaxud mətndən ayırmaq mümkün deyil, yoxsa məqsəd
anlaşılmayacaq. Bu ona bənzəyər ki, gül mağazasının
qarşısında simvolik
yaradılmış "Gül”
mücəssəməsinin bir və ya
bir neçə ləçəyini qoparıb
atasan.
"Ömrün iki
günlüyünə” gəlincə,
onsuz da dünyanın sonsuz axarında hər insan həyatı, nəinki iki gün, bəlkə də iki saniyədir. Şairin haqqında
bəhs etdiyi iki gün, həm
birbaşa mənada yaşadığı iki günə, həm də dolayısı ilə düşünən
varlığın seyr
predmeti olan zamanın insan ömrünü ölçən
"iki gün”ünə
işarədir. Şeir bu
iki cəhəti bir-birindən ayırmaq xüsusiyyətinə görədir
ki, oxucunu düşünməyə vadar
edir.
«Etiraf edirəm: – Bir ağ
yalandı... Yalan!» misralarında müəllif mücərrəd,
ümumi olan fikrə də iki cəhətlilik statusu yaşadır. O, bir tərəfdən oxucuya gerçək dünyanın yalan olduğu mesajını ötürür, digər
tərəfdən ilham
pərisini inandırmağa
çalışır ki,
onsuz yaşanan dünya «Bir ağ yalandı...
Yalan!» Nəticədə Əbülfət Mədətoğlunun
«Qalan nə varsa, yalan olan»
iddiası gerçək
dünyanın yalan olma nəzəriyyəsilə
qarşı-qarşıya gəlir.
Təbii, ölməzlik qazanmaq üçün şeirin
mahiyyəti mətnin sözlərilə açıqlanmalı
deyil, oxucunu düşünüb-daşınıb uyğun fikirlər səsləndirməyə məcbur
etməklə aydınlaşmalıdır. Qəribədir, «Etiraf» şeiri bu məsələdə də oxucunu qabaqlayıb; misralar, həm mətnin mənasını açıqlayır,
həm də mahiyyətin dərk olunma mexanizmini işə salır. Xüsusi zövq yaşadır, təbii...
Biz də vəzifəmizin
tərkib hissəsi olaraq Əbülfət Mədətoğluna «bu bir neçə misralıq şeir parçası, söz yox, ədəbi dəyərlər sistemində
öz yerini tapmalıdır» ümidilə
uğurlar diləyirik.
Göyərçin Kərimi
Şair-yazıçı-publisist
AYB-nin üzvü
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.29.