“Azərbaycan ədəbiyyatı tarixi”nin
doqquzuncu cildi çap olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu “Azərbaycan
ədəbiyyatı tarixi”
10 cildliyinin doqquzuncu cildini çap edib. İnstitutun Elmi Şurasının 28 oktyabr 2021-ci il
tarixli 7 saylı iclas protokolunun qərarı ilə nəşr olunan doqquzuncu cild “Cənubi Azərbaycan ədəbiyyatı” bölməsini
əhatə edir.
Bu barədə Edebiyyatqazeti.az-a Ədəbiyyat İnstitutunun
İctimaiyyətlə əlaqələr
şöbəsindən bildirilib. Qeyd olunub
ki, 1220 səhifəlik
kitabın redaksiya şurasına İsa Həbibbəyli (baş redaktor), Rəhim Əliyev (məsul redaktor), Əlizadə Əsgərli (məsul redaktorun müavini), Fikrət Süleymanoğlu
(məsul katib), Aygün Bağırlı,
Esmira Fuad və Pərvanə Məmmədli daxildir.
“Elm” nəşriyyatında işıq
üzü görmüş
kitab AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin
“Ədəbiyyat tarixinin
Cənubi Azərbaycan
cildi” başlıqlı
“Ön söz”ü ilə açılır.
Kollektiv elmi-yaradıcılıq məhsulu
olan fundamental “Azərbaycan
ədəbiyyatı tarixi”
kitabının doqquzuncu
- “Cənubi Azərbaycan
ədəbiyyatı” cildində
problemlər konkret mərhələ və istiqamətlər üzrə
öyrənilib. Akademik nəşrdə XIX əsr Cənubi Azərbaycan ədəbiyyatını
meydana çıxaran
sosial-siyasi və ədəbi-mədəni mühit,
habelə dövrün
maarifçilik hərəkatının
təşəkkülü, inkişaf mərhələləri,
maarifçi-realist ədəbiyyatın
ideya-məzmun, dil və üslub xüsusiyyətləri tədqiq
olunub.
Nəşrdə İsa Həbibbəyli,
Teymur Əhmədov, Rəhim Əliyev, Dilşad Cabbarlı, Xədicə İsgəndərli,
Cəfər Müciri,
İslam Qəribli, Sədrəddin Hüseyn, Şahbaz Musayev, Xeyrulla Məmmədov, Mahmizər Mehdibəyova, Pərvanə Məmmədli,
Asif Rüstəmli, Səməd Bayramzadə, Fərman Xəlilov, Elmira Bağırova, Esmira Fuad, Vüqar Əhməd, Solmaz Daşdəmirova, Fikrət
Süleymanoğlu, Lətifə
Mirzəyeva, Sədaqət
Məmmədova, Qəndab
Quliyeva, Sabiqə Ələsgərova, Aydın
Sərdarniya, Bahar Bərdəli, Ağahüseyn
Şükürov, Kifayət
Məmmədova, Zəminə
Zeynalova, Əlizadə
Əsgərli kimi alimlərin tədqiqatları
yer alıb.
On üç bölümdən
ibarət kitabda Azərbaycan, türk, rus dillərində və internet resurslarından
ibarət 866 sayında
ədəbiyyat siyahısını
Lətifə Mirzəyeva
və Fikrət Süleymanoğlu sistemləşdirib. Kitabda eyni
zamanda ingilis və rus dillərində
ətraflı xülasələr
yer alıb.
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.29.