XX əsr yəhudi şeiri - Səlim Babullaoğlunun təqdimatında

 

Nurit Zarxi

 

Nurit Zarxi (1941) - tanınmış şairə nasirdir, eyni zamanda uşaq müəllifi kimi tanınır. Qüdsdə anadan olub. Təl-Əviv Universitetində fəlsəfə ədəbiyyat təhsili alıb. "Yediot axronot" qəzetində çalışıb. Çoxsaylı milli beynəlxalq mükafatların sahibi, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifidir.

 

Barbarlar

 

Təcili xatirə yaratmaq lazımdır.

Ev qurmaq. Ola bilməz ki,

            həyatım yaşanmayıb,

səhrada lampa, balıqqulağı,

            yalın döşəməni örtən kilimləri

toplayan quzğunlar kimi; əsnək dolu

            qədər ki, o qocalmayıb

gündüzü gizlədən

            sevgi dolu gecələri olan həyatım.

 

Üstündə uşaqların şəkli,

            yoxa çıxmış o komod hardadır?

Gözlərini açan əsməçiçəyi içəri boylanır.

İndi hardadır uşaqlar?

            Dəyəsən, zaman ciblərini boşaldıb.

 

Onda da səhər idi, indikitək, yayın əvvəli.

Çardağa çıxmışdıq (nərdivansız,

            birlikdə) şəkil çəkdirmək üçün.

o itmiş şəkildən bəllidir ki,

            elə əziyyət çəkməmişdik,

sadəcə yalandan yorulmuşduq.

 

Ağaclardakı şəffaf sırğalar kimi

mənə aiddir xatirələrin ömrü.

Keçmişin çəyirtkə sürüsü

            barbar ordusu keçməsəydi,

talalarımızdakı bar-bəhər oğurlanmasa,

            tapdanmasaydı -

görəsən, hardaydı, necə olardı onlar...

 

Tərcümələr Səlim Babullaoğlunundur

 

Ədəbiyyat qəzeti.- 2022.- 26 fevral.- S.28.