XX əsr yəhudi şeiri - Səlim Babullaoğlunun təqdimatında
Mixal Qovrin
Mixal Qovrin (1950) - şairə, yazıçı,
esseist, teatrşünasdır. Təl-Əvivdə və Parisdə
ədəbiyyat və
teatr təhsili alıb, İsrailin müxtəlif tədris müəssisələrində teatr sənətindən dərs deyib. İki roman, üç şeir, "Dənizdə
hərəkət" xronikal
şərh, eləcə
də Jak Derrida və Devid Şapiro
ilə birgə "Üç dua" esse kitabının müəllifidir. Qüdsdə yaşayır.
Hannoverdə dəmir yolu platformasındakı
ata və anamın
uzaqlaşan obrazı
Eyni çamadanlar və qatarlar...
Siqaretin
və sobanın tüstüsü
eyni qaranlığa dalırlar.
Qaranlıq zülmətə düşür
durmadan.
Onlar stansiyada
elə şəffaf, aydındırlar ki.
Fani uçurum
onların sahillərini
ağuşuna aldı.
Necə
edim ki, o çamadanların
qulpundan yapışa bilim.
***
Uçuş yuxusu həmişə
bizimlədir
quyruq rudimenti kimi.
Sirli bir ehtiras şahin
lələklərindən doğulan,
hələ görkəm
almamış qanadların
pərvazını hərəkətə
gətirir qaranlıqda.
Zərif
və bərk formalar;
Kim deyir ki, bərkdir
bərk
və zərif də zərifdir,
və giriş nədir,
nədir sadaqət,
zərifin əvvəlindəki
cilalanmış bərkliyin
nöqtəsi hardadır?
Tərcümələr Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2022.-
26 fevral.- S.28.