Şahmar Əkbərzadə haqqında
monoqrafiya çap olunub
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi
tənqid şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent Fidan Abdurəhmanovanın
“İstiqlal arzusu ilə yaşayan şair” kitabı işıq üzü görüb. Şahmar Əkbərzadə
haqqında ilk monoqrafiya
olan bu əsər
Ədəbiyyat İnstitutunun
Elmi Şurasının
16 dekabr 2021-ci il tarixli 8 saylı iclas protokolunun qərarı ilə çap olunub.
İnstitutun İctimaiyyətlə Əlaqələr şöbəsindən
Edebiyyatqazeti.az-a verilən məlumata
görə, “Vətəndaşlıq
missiyasının şairanə
ifadəsi” adlı ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
baş direktoru akademik İsa Həbibbəylidir. Kitabın redaktorları
yazıçı-publisist Mustafa Çəmənli və Könül Aslanova, rəyçiləri filologiya
elmləri doktorları
Vaqif Yusifli, Vüqar Əhməd, hüquq elmləri doktoru Habil Qurbanovdur.
“Elm və təhsil” nəşriyyatında çap
olunmuş monoqrafiya “Özü ilə istiqlal arzusunu aparan şair”, “İstiqlal şairləri və Şahmar Əkbərzadə”, “Şahmar
Əkbərzadənin lirikasında
psixologizm”, “Türk dünyasının şairi”,
“Qarabağdan əsən
yellər” və “Müstəqillik illərində
Şahmar Əkbərzadənin
publisistikası” bölmələrindən
ibarətdir.
Ədəbiyyat qəzeti.- 2022.- 19 fevral.- S.32.