"Bu bendeki
aşk olmasa"
Aşıq Veysəl Şatıroğlu...
"Uzun ince bir yoldayım" şeirilə dilimizin əzbəri olan, zümzüməmizə çevrilən
Veysəl.
Həyat yoldaşı Esmanın altı aylıq uşağını atıb
başqa bir kişiylə qaçacağını
bildiyi halda səsini çıxarmadığı
və ehtiyaclarını
qarşılaması üçün
yoldaşının ayaqqabısına
pul qoyduğu haqda bir hekayə
var.
Bir gecə əri Aşıq Veysəl yuxuda ikən sevdiyi adamla birlikdə qaçan Esma xanım yol boyu ayağında
bir narahatlıq hiss edir. Ayaqqabılarını çıxarır və gördüklərinə
inanmır. Aşıq Veysəl
nə qədər pulu vardısa, hamısını xanımının
ayaqqabısının içinə
qoyub. Pullarla bərabər ayaqqabıda
balaca, içinə bu sözlər yazılmış kağız
da var idi:
"Al, bu pullar ananın
südü kimi sənə halal olsun, getdiyin yerdə özünü əzdirmə, bir də gözəlliyin beş qəpik eləməz, bu məndəki eşq olmasa...".
"Güzelliğin on par' etmez
Bu bendeki aşk olmasa".
Esma qaçandan
sonra altı aylıq qızı 2 yaşında dünyasını
dəyişir. Daha sonra atası, anası...
Bir vefasız zalim yara bağlandım,
Tarih üç yüz otuz beşte evlendim,
Sekiz sene bir arada
eylendim,
Zalim kafir yetim kodu kuzumu.
Aşıq Veysəl bir
müddət sonra Gülzar adlı bir xanım yuxusunda onunla evləndiyini görüb yuxusunu atasına danışır. Atası "o sənin qismətindir"
deyib qızını
Aşıq Veysələ
verir, evlənirlər,
uşaqları olur.
Aşıq Veysəl ölənə
kimi Gülzarla yaşayır.
Oxuyanda,
eşidəndə qulağa
cazibədar gəlsə
də, kövrəlsək
də Aşıq Veysəlin oğlu Ahmet Şatıroğlu bu hekayənin uydurma olduğunu, o illərdə atasının
pulunun olmadığını
və onu aldadıb gedən arvadının çarığına
pul qoyacaq bir xarakterdə olmadığını dilə
gətirmişdi.
"Sizcə, belə bir hekayə doğru ola
bilərmi? Altı aylıq qızını
qoyub başqa bir kişiylə qaçan qadına hansı insan belə bir hədiyyə
verər? Bu, bizim ailəmizi incidən uydurma bir dedi-qodudur. Heç atamın o çarığa
qoymaq üçün
düz-əməlli pulu
da yox idi".
Bu hekayə əslində
1952-ci ildə rejissor Metin Erksan tərəfindən
çəkilmiş, ssenarisini
Bedri Rahmi Eyüboğlunun yazdığı
bioqrafik filmin ssenarisidir. Aşıq Veysəlin fəlsəfəsi
ilə üst-üstə
düşən bir şeydir, amma bu uydurmadır. Bu, əsl hekayə
deyil.
O, sağ ikən iki sazını oğlu Bahri bəyə verib. Bahri bəy alətlərdən birini muzeyə verib, digərini isə hələ də özündə saxlayır. Ölümündən əvvəl ifa etdiyi alət isə muzeydədir. Bəzi şeirlər və ya türkülər Aşıq Veysəlin adı ilə paylaşılsa da, ona aid olduğu deyilsə də, bunlar Aşıq Veysələ aid deyil. Beytlər Aşık Veysəlin heca vəzninə sığmadığından anonim xalq mahnılarının bir qisminin yalnız Aşık Veysəl tərəfindən bəstələndiyi və sözlərin ona aid olmadığı deyilir.
EMİNQUEY
Ədəbiyyat qəzeti.- 2022.- 9
iyul.- S.18.