Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu
ərəb
dünyası ilə əməkdaşlığı
genişləndirir
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya Haşimilər
Krallığının Azərbaycan
Respublikasındakı fövqəladə
və səlahiyyətli
səfiri Sami Asem Qoşeh ilə görüşüb.
Görüş zamanı Günay Əfəndiyeva Türk Dünyasının qədim
irsinin, tarixinin qorunması, öyrənilməsi
və beynəlxalq səviyyədə təbliği
istiqamətində təşkilat
tərəfindən həyata
keçirilən layihələrdən
söz açıb. Fondun prezidenti Türk Dünyası ilə Ərəb Dünyasının
yaxınlaşdırılması çərçivəsində təşkilat tərəfindən
nəşr olunan “Azərbaycan Qadın Şairələrinin Poeziya
Antalogiyası” kitabının ərəb
dilində işıq
üzü görməsi
haqqında məlumat verib. Günay Əfəndiyeva mədəniyyətlərarası
dialoqun inkişafı
istiqamətində əməkdaşlığın
vacibliyini vurğulayıb.
İordaniya Haşimilər Krallığının
Azərbaycan Respublikasındakı
fövqəladə və
səlahiyyətli səfiri
Sami Asem Qoşeh müxtəlif sivilizasiyaların
bir araya gətirilməsi yönündə
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun fəaliyyətini yüksək
qiymətləndirib. Sami Asem Qoşeh təşkilat ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın
uğurlu inkişafına
inandığını qeyd
edib.
Görüş əməkdaşlığın gələcək perspektivlərinin
dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.
Ədəbiyyat qəzeti.- 2022.-
9 iyul.- S.21.