Dərdlərin yuya səni
Bir uçuq daxma ola
Oturub qəmlənəsən.
Dərdini güzgü bilib,
Elə güzgülənəsən.
Gözlərin qəhərlənə
Nar kimi sıxılasan.
Köksün elə titrəyə
Dəniztək çalxanasan.
Çəkib qəmin ətrini
Bir az ləpələnəsən.
Dərdlərin gül üzünə
Şirin-şirin güləsən.
Bulud-bulud
ağlayıb
Göylərə çəkiləsən.
Dərdlərin yuya səni,
Kəfənə büküləsən.
Şəklini çəkə yollar,
Yer də qısqanclıq edə.
Əzrayıl dostun ola
Səni tərk edib gedə.
Ayılasan, yuxudu...
Dünya ayağın altda.
Dərdi
yuxuya verib
Durasan geri qatda.
Şeirim bahar gözü
Şeirimin bahar gözü
Yaşla dolub, kövrəlibdi.
Yaz nəfəsli ürəyimdə
Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi,
Qara xallı
laləsi var.
Vətən deyən dillərimin
Göyə qalxan naləsi var.
Misra-misra
qocalıram,
Kəlmə-kəlmə can verirəm.
Şeir-şeir ucalıram,
Vətən boyda qan verirəm.
Sözlərimin soyqrımı,
Dillərimdən asılıbdı.
Qələm tutan əllərimi
Gör kimlər
daşa basıbdı.
Payız yağışı
Döyür pəncərəmi payış
yağışı,
Dəli sevgimizin göz yaşı kimi.
Səni
arzulayır kövrək
baxışım,
Neçə min illərin sirdaşı kimi.
Elə möhtacam ki, bax, bu an sənə,
Qəlbimin ağrısın yağış
da duyur.
Səngimək bilməyən bu
yağış bəlkə,
Bəlkə sevgimizin günahın yuyur.
Gəl
tut əllərimdən ürəyimizi,
Yağışın altında boşaldıb doyaq.
Gizlədək yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq.
Qarşıla ruhumu
Susur gözlərimim ağrı-acısı,
Deşir
ürəyimi intihar yeli.
Yoxdu kədərimin qardaş-bacısı,
Barı
bircə ağız ola təsəlli...
Gəlmə yuxularıma, ta
sən də ana,
Bir sığal
çəkməyə yerim
yox daha.
Qarşıla ruhumu gəlir yanına,
Əzrayıl imzanı qoyub sabaha.
Yer də qaçıb gedir ayağım altdan,
Tutmağa bir ümid ağacım
yoxdu.
Gözümdə yuxular yenə
ban verir,
Başımın altında ildırım
çaxdı...
Kəfənə bükülüb baxıram
bu an,
Birisi əlində
başdaşı yonur.
Əlləri qurumuş elə
düzəldib
Şəklimə baxanda bədənim donur.
Mən səni sevən
deyiləm
Bir sevgisən öz içimdə,
Lal olubdu söz içimdə,
Olsan yanar köz içimdə,
Mən səni
sevən deyiləm.
Bu eşqin baxıb dadına,
Heç
yaraşdırma adına,
Gəl məni salma oduna,
Mən səni
sevən deyiləm.
Xəyal
olub düşdüm yola,
Yenə
də sənlə qol-qola,
Milyon var-dövlətin ola,
Mən səni
sevən deyiləm.
Əlim
əlindən asılı,
Könlüm könlünə qısılı,
Desələr bu baxt yazılı,
Mən səni
sevən deyiləm.
Mən bir azca utancağam,
Könül isitməz ocağam,
Yaxın
dursan yanacağam,
Mən səni
sevən deyiləm.
Deyən,
çox etdim ərkimi,
Sözüm yandırsın hər kimi.
Sən məni sevdiyin kimi
Mən səni
sevən deyiləm.
Dolasan bulud gözlərə
Soyunub qəm köynəyini
Üzü dağlara gedəsən.
Gəzib
dağları doyunca,
Sonra da gözdən itəsən.
Acını çəkə ev-eşik,
Yol gözləyə
dost-tanışın.
Çiliklənən xatirələr,
Ola sənin məzar
daşın.
Dolasan bulud gözlərə,
Payız olub, yaz güləsən.
Başdaşından gülümsəyib,
Yağış kimi töküləsən.
Anan gələ görüşünə,
Atan qucaqlaya
səni.
Sevincdən daşın çatlaya
Dərdlərin ağlaya səni.
Güləsən torpaq üzünə,
Güləsən külək yaşına.
Son gülüşün xatirinə,
Hamı yığıla başına.
Səni
sevən könüllərin,
Qalasan qız yaddaşında.
Darıxdığın ölüm üçün
Ölməyəsən bu yaşında...
Özümüzə tale yazdıq
Üzülməyən sevgimizin
Ürəyini niyə üzdük?
Özümüz də heç bilmədən,
Yolumuzu tərsə
düzdük.
Yol gözləyən izimizin,
Dedik həsrət, kədər
bizim,
Şirin
dadan sevgimizin,
Badəsinə acı süzdük.
Kim uduzub, kim
nə udub,
Şirin
anları unudub,
Fələyin əlindən tutub,
Özümüzə tale yazdıq.
Duyğuların qanadıyam
Buz bağlayan yollarını,
Nəfəsimlə əridəydim,
Bu ağlayan sevdamızı,
Gücüm çata, kiridəydim.
Bir dünyalıq can oduyam,
Duyğuların qanadıyam,
Mən sevginin öz adıyam,
Göydə sevib, yerə dəydim.
Yaz dərdimi, yaz aramla,
Nə yaşayım bu yaramla,
Vüsalımı damla-damla,
Ürəyinə yeridəydim.
Nəcibə İLKİN
Ədəbiyyat qəzeti.- 2022.- 16
iyul.- S.27.