Qazaxdakı İsmayıl Şıxlı
parkında abadlıq işləri görülüb
Qazaxdakı İsmayıl Şıxlı
parkı 2007-ci ildə
yaradılıb. Prezident İlham Əliyevin
müvafiq Sərəncamı
əsasında görülən
mühüm işlərdən
biri kimi həmin parkda Xalq yazıçısının
heykəli qoyulub.
O vaxt heykəlin açılışında ölkə
rəhbəri və Mehriban xanım Əliyeva iştirak etmişdilər.
Həmin
vaxtdan 15 ilə yaxın vaxt keçib. Bu günlərdə
Qazax rayon rəhbərliyi
parkda abadlıq və bərpa işləri görüb.
Bu barədə Azərbaycan Yazıçılar
Birliyinin Qazax bölməsi məlumat yayıb. Parkda yerə müasir
standartlara uyğun tametlər döşənib,
vətəndaşların istirahəti
üçün yeni,
daha rahat oturacaqlar quraşdırılıb.
Bugünlərdə parkın bərpası ilə bağlı keçirilən
yığıncaqda Qazax
rayon İcra Hakimiyyətinin
başçısı giriş
sözü söyləyib,
qazaxlı deputat Səməd Seyidov, Qazaxıstanın Azərbaycandakı
səfiri Serjan Abdıkarimov, AYB Qazax bölməsinin sədri şair Barat Vüsal,
BDU-nun
Qazax filialının
professoru Valeh Nəsibli, Azərbayan Jurnalistlər Birliyinin sədri, Xalq yazıçısının oğlu
Elçin Şıxlı
çıxış edərək
görülən bərpa
işlərinə görə
ölkə rəhbərliyinə
təşəkkürlərini ünvanlayıblar. Onlar İsmayıl Şıxlı
haqqında fikirlərini,
ürək sözlərini,
xatirələrini yığıncaq
iştirakçıları ilə bölüşüblər.
Qazaxıstanlı səfirə Qazax rayon İcra Hakimiyyəti adından saz hədiyyə edilib.
Elçin Şıxlının danışdığı kiçik
bir xatirə hamını həm kövrəldib, həm də qürurlandırıb:
"Atam,1-ci Qarabağ
müharibəsi dövründə
qazaxlılar öz yerlərində bərk dayansınlar deyə bu parka gəlib, indi oturmuş halda heykəli qoyulmuş bu bağda əyləşərək
rahat-rahat çay içib ki, qoy adamlar görsünlər,
doğma torpaqları qoyub harasa qaçmağa
ehtiyac yoxdur. Qorxmağa ehtiyac yoxdur, mən burdayam, onlarla birlikdəyəm".
Tədbirdə tələbə Qənirə
Musayeva və məktəbli Nərgiz Cəfərova Xalq yazıçısına həsr
olunmuş şeirlər
söyləyiblər.
Tədbir
aşıqlardan Yaşar
Gülümcanov və
Samir Allahverdiyevin ifa etdikləri saz havaları ilə başa çatıb.
Ədəbiyyat qəzeti.- 2022.-
16 iyul.- S.32.