Qara Qafqazlı
Vaqifə hədiyyəm
Bir
aslan qayada tutmuş yasını,
Bir
qız Qarabağda şivən qoparmış.
Bir sona geyinmiş qəm libasını,
Bir durna Qazaxa xəbər aparmış.
Deyirlər, Kür üstə
palıd ağacı
Çatıb qaşlarını xəyala
dalmış.
Balıq
da sularda duymuş bir acı,
Anadil budaqdan asılı qalmış.
O gecə hind qızı, Çin gözəli də
Dərdini dünyanın dərdinə
qatmış.
Qatmış yuxusunu Molla Vəli də,
Günəş də səhəri erkən oyatmış.
Deyirlər, Mehracda yaşlı
bir sənəm,
Səsi tutulunca səni ağlamış.
Deyirlər, Şıxlıda Tükəzban
nənəm
O gündən çarğatı
qara bağlamış.
Demiş:
- Vaqif hara, of, ölüm hara?!
Sonra boylanaraq tozlu yollara,
Bir bayatı çəkmiş:
"Bu yollar tozdu yollar,
Kefimi pozdu yollar.
Üstündən şair ötdü,
Yüz yerə
yozdu yollar".
Bir çiçək ömrünə
"nə vaxtsız"
dedi,
Bir maral imrəndi, "günahsız" dedi,
Bir qərib adına
"pənahsız" dedi,
O Eldar qaçaqmı
yadına düşdü?
Gəzdin
durnaların şana
telində,
Sandın ki, gecədir Bağdad elində.
Qandal ayağında, buxov əlində
Günahsız dustaqmı yadına düşdü?
Gözün gözəllərin qara
gözündə,
Min məna oxundu
ərşin üzündə.
Ölüm ayağında, Cıdır
düzündə
Kür üstə
Qazaxmı yadına düşdü?
***
Vaqif, sən ey böyük
şairlər şahı,
Hissdə,
düşüncədə şeirin Allahı!
Bir əsər qalmamış
sultandan, xandan,
Bu gün dəyişmişdir
köhnə kəndimiz.
Zaman qisasını aldı zamandan,
Azadə dövrandır, ömr edirik biz.
Neon lampaları gəzir kəndləri,
Bəzəyib sarmaşıq aynabəndləri.
Baxıb
Vidadi də sevinir indi,
Keçmişlər bizlərə bu gün dan gəlir.
Bax, belə dəyişib Salahlı kəndi,
Səninsə sorağın dünyadan gəlir.
Var olsun dünyanı dəyişdirən əl,
Var olsun Vaqiflər yetirən ana!
Sən də bu dövranın
pişvazına gəl,
Eşq olsun anamız Azərbaycana!
Ədəbiyyat qəzeti.- 2022.- 16
iyul.- S.30.