Afət TELMANQIZI
Babalarım
Doyub bu dünyanın dərdi-sərindən,
Heykələ döndülər günün
birində,
Qazaxın gəzməli, gur
bir yerində,
Vaqif babam ilə Vidadi babam.
Nurlu üzlərindən məğrurluq
yağır,
Yol çəkən
gözlərin hayana baxır?
Şair
dünyamızda şimşəktək
çaxır,
Vaqif babam ilə Vidadi babam.
Yoxsa durnaları haraylayırlar,
Ya ötən
günləri varaqlayırlar?
Dostluq ülfətimi, de, bağlayırlar
Vaqif babam ilə Vidadi babam?
Hər ikisi ustad, ölməz
sənətkar,
Sənət aləmində öz
yerləri var.
Çoxdan ürəyimdə tutublar
qərar,
Vaqif babam ilə Vidadi babam.
Möhkəm dost idilər, oldular
quda,
Alın
yazısıdır, taledir
bu da,
İnanmıram xalqım sizi unuda,
Vaqif babam ilə Vidadi babam.
Dahilər yetirir Qazax torpağı,
Afət,
ziyarət et, sən bu növrağı,
Gülər üzlə salamlayır
qonağı,
Vaqif babam ilə Vidadi babam.
Ədəbiyyat qəzeti.- 2022.- 16
iyul.- S.31.