Romanı 22 dilə tərcümə olunmuş yazıçı
"Şairlər
arasında Hölderlindən yaxşısı yoxdur"
Karl Uve
Knausqorun “Granta” ədəbi jurnalına müsahibəsi
Dünya şöhrətli yazar
"Prust anketi"ni doldurdu
Norveçli yazar Karl Uve Knausqor (Karl Ove Knausgaard) 6 dekabr 1968-ci ildə Osloda anadan olub. Bergen Universitetində
incəsənət və
ədəbiyyat üzrə
təhsil alıb.
Yazıçı olmağa
çalışarkən Norveçin
şimalında orta məktəbdə müəllimlik
edib, kaset satışı ilə məşğul olub, psixiatriya xəstəxanasında
xəstə baxıcısı
işləyib, neft platformasında müxtəlif
işlərdə çalışıb.
Nəhayət, Stokholma köçüb
və ilk romanını
da orada nəşr etdirib.
Yazar ilk nəşriyyat
debütünü 1998-ci ildə
"Dünyadan kənar"
("Out of the World") romanı ilə edib və
bu romanla Ədəbiyyat üzrə
Norveç Tənqidçiləri
Mükafatına layiq görülüb. Bu, mükafat tarixində ilk dəfə
idi ki, debüt
romana verilirdi.
İkinci romanı "Hər şeyin vaxtı" ("A Time for Everything") (2004)
da bir sıra
mükafatlar qazanıb
və Skandinaviya Birliyi (Nordik Konsul) Ədəbiyyat Mükafatına layiq görülüb. Bu kitab, həmçinin Beynəlxalq
Dublin Ədəbiyyat Mükafatına
namizəd olub.
Yazarın altı kitabdan ibarət "Mənim mübarizəm"
("My Struggle") seriyası 22 dilə tərcümə edilib və 25 beynəlxalq mükafat qazanıb.
Yazar hazırda, nəşriyyat
direktoru olan üçüncü həyat
yoldaşı Mixal Şavitlə evlidir. Onların bir övladı var və əvvəlki
nikahlarından olan uşaqları ilə birlikdə Londonda yaşayırlar.
Dünya şöhrətli yazar
Karl Uve Knausqor`ın
"Granta" adlı
məşhur ədəbi
jurnal üçün
2018-ci ilin mart ayında
cavablandırdığı "Prust anketi"ni
təqdim edirik. Suallara verdiyi səmimi və maraqlı cavablarda müəllif həyatı ilə bağlı maraqlı məlumatlar verir.
- Ən çox nə vaxt xoşbəxt olmusunuz?
- Mən, özümü unutduran bir şey
edəndə xoşbəxt
oluram - maşın sürmək, balıq tutmaq, oxumaq, yazmaq - bir situasiya
içində yox olanda çox, hədsiz xoşbəxt oluram: sonuncu dəfə aşiq olduğum zaman; uşaqlarım doğulanda;
son romanımı yazanda
- nə fikirlər, nə də düşüncələr, yalnız
işıq... və bir dünya görünür.
- Əsas
qüsurunuz nədir?
- Daim başqalarını sevindirməyə çalışıram.
(Bu mövzuda daim uğursuz olmağım da başqa bir qüsurdur, məncə).
- Sizi depressiyaya salan nədir?
- Xoşbəxt olmaq arzusu, özünü daima ətraflı araşdıran bir ağıl (beyin) və normaldan daha çox utanc hissi - bunların
birləşmiş təsirləri
bəzən məni aşağıya doğru
çəkir. Digər tərəfdən,
onlar bədii ədəbiyyatı da alovlandıra bilərlər,
bu mənim ilk romanımda baş vermişdi (bir tənqidçi bunu "kişi utancının abidəsi" kimi təsvir edib) və bunu yazmaq
çox əyləncəli
idi.
- Görünüşünüzdə
ən çox nəyi bəyənmirsiniz?
- Həə, bir müddət əvvəl bir jurnalist mənim
haqqımda yazdığı
məqalədə nəzakətlə
qeyd etdiyi kimi, mənim olduqca sarı dişlərim var...
- Ən sevdiyiniz söz hansıdır?
- "Weltschmerz" ("velçmerz") və ya "zeitgeist" ("zaytqayst"). Ümumiyyətlə, alman sözləri. Onlarda hər şeyə çatmaq arzusu var. "Phanomenologie des Geistes!", "Zein und Seit!". Və bu hədəfin qaranlıq tərəfi, "Totalkrieg". Necə gözəl sözdür.
- Ən xoşagəlməz
vərdişiniz hansıdır?
- İşlədiyim hər yerdə qoyub getdiyim beynə bənzəyən saqqızlardır, bəlkə də.
- Ən sevdiyiniz qoxu nədir?
- Xərçəng ("krevetka"), möhtəşəm qoxusu var!
- Etiraf
etməkdən qorxsanız da, günah sayılan nədən çox
zövq alırsınız?
- Yaxşı görək!
- Ən çox sevdiyiniz müəlliflər kimlərdir?
- Hmm, bu, suallar içində
ən çətinidir!
Ən sevdiyim roman, şübhəsiz
ki, Selin`in (fransız yazar Lui-Ferdinand Selin - tərc.) "Kreditlə ölüm"
("Mort a credit") əsəridir: Selin adamı güldürə bilən
yeganə modernistdir.
Belə bir siyahıda Herman Melvilin "Mobi-Dik"i,
Lev Tolstoyun "Hərb
və Sülh"ü
və romanların romanı olan Marsel Prustun "İtirilmiş zamanın axtarışında" romanları
da olmalıdır.
Borxes və onun "Tlön, Uqbar, Orbis Tertius" adlı qısa hekayəsini, Coysun "Ölülər" (bu onun yazdığı ən yaxşı əsərdir) əsərini
də qeyd etmək lazımdır.
Şairlər arasında Hölderlindən
(alman şair və filosofu Fridrix Hölderlin) yaxşısı yoxdur.
- Gördüyünüz ən pis iş
hansı olub?
- Şübhəsiz ki, baxıcılığını etdiyim, qayğısına
qalmalı olduğum adamların səhər gələndə nəcisini
üstümə tulladıqları
iş.
- Axırıncı dəfə nə vaxt və
niyə ağlamısınız?
- Bir neçə həftə əvvəl bir dostumun toyunda.
Bilmirəm niyə, əslində
xüsusi səbəb
yox idi, deyəsən, çox emosionalam. Zarafat edirəm... Mən onun arvadına
aşiqəm.
- Dostlarınızda ən çox nəyi qiymətləndirirsiniz?
- Onlara güvənə biləcəyim faktını
və düşüncələrinin
gözlənilməz olmasını.
Bir də, təbii ki, onların məni sevməyisi, hətta onlar məni, mən onları sevdiyimdən daha çox sevirlər!
- Ən çox hansı hədiyyəyə sahib olmaq
istərdiniz?
- Daha sürətli olmaq, topla daha
yaxşı oynamaq və oyunu daha
sürətli qavramaq istərdim - əgər bu real olsaydı, yəni yenidən on altı yaşında olma ərmağanı verilsəydi, beləcə,
nəhayət, o vaxt hədəflədiyim səviyyədə
futbol oynaya bilərdim.
- Ən utandığınız
anınız hansı
olub?
- Ən utandığım an deyə bir
şey yoxdur, bütöv bir kataloq var. Amma ikisini qeyd edim:
Bir dəfə camaatın gözü qarşısında bir qızın üzünə
sillə vurmuşdum, bir dəfə də mənə aid olmayan bir şeiri
gündəliyimə öz
şeirimmiş kimi yazmışdım.
- Ən dəyərli əşyanız
hansıdır?
- Düzünü desəm,
belə bir şeyim yoxdur.
- Kiminsə sizə dediyi ən pis şey nə
olub?
- Bir dəfə bir qız camaatın
qarşısında mənə,
"Sinfinizdəki qızların
heç birinin səndən xoşu gəlmir", demişdi.
- Keçmişinizi redaktə edə bilsəydiniz, nəyi dəyişərdiniz?
- Mənim həyatım redaktə olunmuş haldadır, amma içində rol alan "aktyorlar"
dəhşətdir, xüsusən
də atam: Onu bu əsas
rola kim qoyub?
- Ən böyük qorxunuz nədir?
- Ölüm, təbii ki, bütün şəkil və formalarıyla ölüm.
- Keçmişə qayıda bilsəydiniz, hansı dövrə gedərdiniz?
- Romantik romanlardakı
kimi olan XVII əsrə getmək istərdim: dəniz balinalarla, meşələr
isə ayı və canavarlarla doludur, Şekspir, Rembrandt və Nyuton hələ də sağdır.
- Həyatın sizə öyrətdiyi ən vacib dərs
nədir?
- Həqiqətən də,
heç bir şeyin əhəmiyyəti
yoxdur.
* "Prust anketi"
məşhur fransız
yazarı Marsel Prust tərəfindən
1884-cü ildə, 13 yaşında
doldurulub dostu Antonet Fore`yə doğum günü hədiyyəsi olaraq göndərilən, daha sonra 20 yaşında olarkən yenidən cavablandırdığı oxşar
anketlə ədəbiyyatda
bu adla qalan
anketdir.
Hazırladı: Nilufər HACILI
Ədəbiyyat qəzeti.- 2022.- 16
iyul.- S.24.