AMEA-da Pakistana aid

nəşrlərin təqdimatı olub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilənAzərbaycan-Pakistan elmi-ədəbi əlaqələribeynəlxalq konfrans çərçivəsində Mərkəzi Elmi Kitabxanada Pakistan guşəsinin açılışı olub.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, tədbir çərçivəsində Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatıdərgisinin Pakistan sayı, Məhəmməd İqbalınSeçilmiş əsərləri”, Bəsirə ƏzizəlininMəhəmməd İqbalın həyatı yaradıcılığıkitablarının təqdimatı olub.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açılış nitqi ilə çıxış edib: “Dünya ədəbiyyatıdərgisinin başdan-başa Pakistana həsr olunmuş xüsusi nömrəsini təqdim edirik. Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun rəhbərliyi, jurnalın baş redaktoru Seyfəddin Hüseynlinin böyük zəhməti ilə jurnalın Pakistana həsr olunan sayı meydana gəlib. Jurnalın bu sayına Ədəbiyyat İnstitutunun direktoru Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti müqəddimə yazıb. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin nəşr etdiyiDünya ədəbiyyatıjurnalının Pakistan sayı Azərbaycanda qardaş ölkənin ədəbiyyatını öyrənmək baxımından ən sanballı mənbədir. Dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, dəvətimizi qəbul edib Azərbaycan Yazıçılar Birliyinin heyəti burada iştirak edir. Fəlsəfə İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Könül Bünyadzadə Ədəbiyyat İnstitutu ilə bərabər Məhəmməd İqbalın irsindəki fəlsəfi tərəfləri öyrənir. Dünən Pakistan heyəti Gəncə şəhərində Xəlil Yusiflinin söhbətlərini dinləyib. Həmçinin qonaqları yüksək səviyyədə qəbul etdiklərinə görə AMEA-nın Gəncə bölməsinə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi haqqında Nizamişünaslıq şöbəsinin hazırladığı kitabı qonaqlara təqdim edəcəyik”.

İsa Həbibbəyli qeyd edib ki, çox zəngin Pakistan ədəbiyyatı ongünlüyü keçirilir. Bu, Pakistan-Azərbaycan ədəbi əlaqələrində ciddi dəyişiklikdir. Azərbaycan Prezidenti İlham Əliyev Pakistanla əlaqələrin bütün tərəflərinə çox böyük əhəmiyyət verir. Biz Pakistan-Azərbaycan əlaqələrinin tamamilə yeni mərhələsinə başlayırıq. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilə olan görüşə qədər əlaqələr tanışlıq mərhələsində idi. Ədəbiyyat İnstitutunun Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olaraq Pakistanda Azərbaycan ədəbiyyatı antologiyası Nizami Gəncəvi haqqında Lahor Dövlət Kollec Universitetində kitab çap olunacaq.

Tədbirdə şair, kitabı tərcümə edəni şərhlərin müəllifi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlı Məhəmməd İqbalınSeçilmiş əsərləri”nin, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu isə Pakistan ədəbiyyatı xüsusi sayının necə yaranması haqqında məlumat veriblər. Ədəbiyyat İnstitutunun əməkdaşları Bəsirə Əzizəli Şəhla Qurbanova da çıxış ediblər.

Lahor Dövlət Kollec Universitetinin Urdu dili kafedrasının müdiri professor Saima İram çıxışında Quba Soyqırımı Memorial Kompleksinə, Gəncə şəhərinə, Nizami Gəncəvinin məqbərəsinə, bir sıra muzeylərə getməkdən məmnun qaldıqlarını bildirib. Mərkəzi Elmi Kitabxanaya Pakistan ədəbiyyatı nümunələrini təqdim etməyi onların təqdimatının keçirilməsini istədiyini söyləyib. Eyni zamanda, Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi orada yayılmasına dəstək olacaqlarını bildirib. O, “siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz Nizami Gəncəvini sevirik”, – deyə qeyd edib.

Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti Babar Naseem Assi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, “Dünya ədəbiyyatıdərgisinin baş redaktoru Seyfəddin Hüseynli çıxış edərək gələcək ədəbi-elmi əlaqələrə böyük töhfə olan tədbir haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda bir sıra azərbaycanlı ziyalılara sertifikatlar təqdim edilib.

 

Gülnar Səma

 

Ədəbiyyat qəzeti.- 2022.- 23 iyul.- S.3.