İlahi, o kənddə nələr var
idi...
Biz doğma yurdumuz Zəngilana
çatanda narın-narın yağış
yağırdı. Sanki ana illərdir həsrətində
olduğu övladlarına qovuşurdu və sevinc göz
yaşlarını saxlaya bilmirdi. Daha sonra göz
amaşdıran gün çıxdı... Görünür,
təbiətin könlünü ala bilmişdik. Göz
yaşlarının ardınca üzümüzə
gülümsəyə bildi...
Dünən Zəngilana getmişdim, ata,
Tikdiyin evlərdən əsər yox idi,
Vəhşilik adında əsər var idi.
Otların üstündə əsgər izləri,
Daşların dibində zəfər var idi.
İlahi, o kənddə nələr var idi...
Dünən Zəngilana getmişdim, ata,
Nə köhnə yerində şaftalı bağı,
Nə də üzümlükdə üzüm var idi.
Mən
ordan çıxanda dil açmamışdım,
Qayıtdım, deməyə sözüm var idi.
Yerdə iməkləmək izim var idi.
Dünən
Zəngilana getmişdim, ata,
Neçə güllələnmiş başdaşı
gördüm.
Evlərin yerində çaydaşı gördüm.
Çay nəyə deyirsiz?
- Enli dərəydi,
İçində
sevincdən göz yaşı gördüm...
Keçdim
Babaylıdan, Məmmədbəylidən,
Yollar Ağalıya burulur, ata.
Gözü
yolda qalan Həkəri ki var,
Bulanıq suları durulur, ata.
Deyəcəm,
bəlkə də inanmayassan,
Oralar
yenidən var olur, ata,
Oralar
yenidən qurulur, ata!
Dünən
kəndimizə getmişdim, ata!
Tikdiyin
evlərdən əsər yox idi,
İlahi,
o kənddə nələr
yox idi...
Şuşa
Müqəddəs
ruhların sirli şəhəri,
Zülmət
gecələrin nurlu səhəri,
Həsrətin,
nisgilin ölüm xəbəri -
Şuşa!
Ruh ilə
bədənin bir olan günü,
Kövrək
duyğuların hürr olan günü,
Üzeyir,
Vaqifin dirilən günü -
Şuşa!
Ulu minarələr
sirdaşı oldun,
Millətin
oyanan yaddaşı oldun,
Sevincdən
kükrəyən göz yaşı oldun,
Şuşa!
Ürəklərin
birgə vurduğu şəhər
Yetənin
yetəndən sorduğu şəhər,
İlahi
güclərin qurduğu şəhər -
Şuşa!
Yoxsa
düşünürəm, görəsən, niyə
Sən belə hamıdan yaxınsan göyə?
Sənə
qan töküldü Vətən ol deyə,
Şuşa!
Paslı
açarları saxladığım gün!
Yetişdi ümidlər bağladığım gün.
İlk dəfə
sevincdən ağladığım gün -
Şuşa!
Cıdır
düzümüzə yaraşan şəhər,
Vətən
sözümüzə yaraşan şəhər,
Bizim
özümüzə yaraşan şəhər -
Şuşa!
Paşam
Çiynindəki
ulduzda yüz şəhidin payı var,
Sən bu
yurdun oğlusan, hər oxun öz yayı var!
Bilməyən
də bildi ki, sən bir ər oğlu ərsən,
Hamının
sənin kimi
Ölüm
arzuladığı
Yaşayan
bəxtəvərsən!
Bilməyən
də bildi ki,
Kişilərin
yatdığı torpaqdan kişi
çıxır.
Buğda toxumu kimi birindən beşi çıxır.
Bu millət
qısır deyil, törəyəcək, artacaq!
Bizi gələcəklərə keçmişimiz
dartacaq.
"Şəhidlər
ölməzdirlər" bu sözü "Quran" deyir,
Böyük Yaradan deyir.
Səni qəhrəman
doğan qəhrəman anan deyir:
"Dur,
ay oğul, dur gedək,
komandir
də yatarmı?".
Anam, sənin sözündən müqəddəs nəsə
varmı?
Amma bu
yatmaq deyil,
komandirim
oyaqdır.
Oğlun
bu məmləkəti
Ayaq
üstə saxlayan
Torpağa
basdırılmış ən möhtəşəm
dayaqdır!
Payız qələbəsi
Bu
payız ağaclar yaman yekəldi,
Bu payız yarpaqlar qəfil töküldü.
Bu
payız başımız göyə dikəldi,
Bu payız "ellərin kefi sazdır" ki.
Bu
sözü deməyə dilim gəlirsə,
Bu
sözü yazmağa əlim gəlirsə,
Mənə
də bu yaşda ölüm gələrsə,
Bu Müşfiq ömrüdür, nəyi azdır ki?
Gördük
ki, analar aslan doğurlar,
Dedik, səsimizi niyə boğurlar?
Qəhrəman
oğullar, ərən oğullar,
Sizə
ucuz ölüm yaraşmazdı ki!
Öz yerində
Qardaşıma
Hər
yetən can atar başa keçməyə,
Gələni gözləyər baş öz yerində.
Gördüm
ki, can atmaq dəyməz heç nəyə,
Göz öz yerindədir, qaş öz yerində.
Bu yolda öləni, itəni gördüm.
Bir də arzusuna yetəni gördüm.
Getdim ata
yurdu, vətəni gördüm,
Gördüm, ağır olur daş öz yerində.
Mənim
o qədər də az deyil yaşım,
Mənim az bəlalar çəkməyib başım.
Bir də
görürsən ki, yanır, qardaşım,
Qurunun oduna yaş öz yerində.
Sevindik
dostların şad xəbərinə,
Üzüldük dərdinə, hər kədərinə.
Kimi ki
qoymuşduq adam yerinə,
Qayıdıb tapaydıq kaş öz yerində.
Məktub
Səhər
rəfin bir küncündə
sən
yazdığın bir məktuba əlim dəydi.
Düşünürəm:
Bir vaxt
onu
yazan əllər
əlimdəydi.
Sizin sinif
otağının pəncərəsi,
pərdəsi də yadımdadır.
Səni mənə
qovuşduran
zəng
səsi də yadımdadır.
Yarı
yalan, yarı gerçək
ağlımız uşaq ağlıydı.
Uşaqlartək
duyğular da dəcəl idi.
Nə gizlədim,
birgə
keçən günlərimiz maraqlıydı.
Sənli
günlər gözəl idi...
Sevənləri
ayırmazlar - deyirdilər,
düz
çıxmadı.
Gör nə
qədər qoşa gəzdik,
adımıza nə əcəb bir söz çıxmadı?!
Zəngi
vuran o "dayı" da,
zəng
səsi də
Dəyişibdir,
Sizin sinif
otağının pərdəsi də
Dəyişibdir.
Bəlkə sən də dəyişmisən?!
Bəlkə
də...
Bilə bilmirəm.
Görüş
yerinə gəlirəm,
özümə gələ bilmirəm.
Bir Allah,
bir sən bilirsən
nələr, nələr yaşamışıq.
Bəlkə
də biz bir ömürlük
xatirələr yaşamışıq.
Əzizim
Saf
duyğular haqdan gələn vergidir,
Küsdürmə ki, gedər, gəlməz, əzizim.
"Mənim
Tanrım gözəllikdir, sevgidir",
Məndən sənə zərər gəlməz, əzizim.
Sənə
olan ülvi hisslər ölmədi,
Bir kimsəyə söyləmədim, bilmədi.
Bu günəcən
ağlımıza gəlmədi,
Başımıza nələr gəlməz, əzizim.
Bir
gün vaxtsız oyanarsan yerindən,
Gizlində bir ah çəkərsən dərindən.
Hər
gün xəbər gözlədiyin birindən
Görərsən ki, xəbər gəlməz, əzizim.
Neyləsən
də, düyün düşməz düz ilmə,
Bir gün ölüm son qoyacaq bu zülmə.
Bir
gün Elvin yoxdur görsən, üzülmə,
Hamıya var gedər-gəlməz, əzizim.
Sənə gəlirəm
Səndə
var olmağın bünövrəsi var,
Kafir
qulaqlara azan səsi var,
İlahi
bir eşqin cazibəsi var,
O səs
dur, gəl - deyir mənə, gəlirəm.
Mən səndən qaçdıqca sənə gəlirəm.
Əlçatmaz
olursan uzaqlar kimi,
Bəzən
qırılıram budaqlar kimi,
Təzə
ayaq açmış uşaqlar kimi
Dururam
ayağa, yenə gəlirəm,
Mən səndən qaçdıqca sənə gəlirəm.
İnsanam, sevirəm sevilmək üçün.
Hazıram önündə əyilmək
üçün.
Ölürəm
təzədən dirilmək üçün,
Səni
ilk gördüyüm günə gəlirəm,
Mən səndən qaçdıqca sənə gəlirəm.
Nə çəkir mən olan tərəfə səni?
Gəlirəm alıb da hədəfə səni.
Unutdum
deyirəm hər dəfə səni,
Görürəm
insafa, dinə gəlirəm,
Mən səndən qaçdıqca sənə gəlirəm.
Payız qadın
Hava yaman
soyuqdur, soyuq baxışlarıntək,
Payız
yağışı yağır, sənin göz
yaşlarıntək...
Sizin məhəllənizin
yem
axtaran sərçəsi,
ac gəzən
pişiyi var.
Nə mənim, nə onların isti ev-eşiyi var.
Sizin
eyvanın altda üşüyür bir ağac tək,
Mən də təkəm halına yandığım bu
ağactək.
Yarpaqlar da sıxılır, elə bil ki, təklikdən.
İntihar eləyirlər hansısa yüksəklikdən.
Yarpaq əgər
bezibsə, payız bir bəhanədir...
Eşqi gözdən salmağa ucuz bir bəhanədir.
Hərənin öz sevgisi, inancı, dini olur.
Payız da yarpaqların qiyamət günü olur.
Mən payızı sevirəm, payız da gəlib
çıxıb.
Sabah durub
görərsən o qız da gəlib çıxıb...
Nazına qurban
Nazın
ürəyimi odlara yaxdı,
Sönməsin, bu odun közünə qurban.
Yaşadım,
Allahım üzümə baxdı,
Yenə naz edirsən, nazına qurban?!
Sən
getsən, güllərin yazı da gedər,
Ömrümün dadı da, duzu da gedər.
Önündə
lal duran quzu da gedər
Dünyanın ən gözəl qızına qurban.
Elvin, qədrini
bil ilk məhəbbətin,
İçində azsan da dərdin, həsrətin.
Sevdiyin
gözəldən gələn zillətin
Çoxuna şükür de, azına qurban.
***
Bu gün
səhər küçənizin tinindən keçdim,
Gedib-gələn,
gəlib-gedən:
Adam doluydu.
Bu yol sənli
günlərimin nicat yoluydu,
Gündə yüz yol uzunundan, enindən keçdim.
Gördüm
həyat davam edir öz axarında,
Günəş doğub küçənizin baş tərəfində.
Bir kişi piştaxta qoyub yol kənarında,
Lotereya
biletlərin düzüb rəfində
Səsləyirdi:
gəl, qalmadı "Ailə sevinci".
Düşündüm ki, olmayan şeyin nə sevinci?!
Nə mən
səni bağışladım,
Nə sən
rəhm elə,
Yaşa getsin ürəyimin daş tərəfində.
Bəlkə
də heç o son görüş olmamalıydı...
Ömrüm ötdü "bəlkə"lərin
"kaş" tərəfində.
Təsadüfən
küçənizin tinindən keçdim...
Qürur sevgi, məhəbbəti boğur - deyirlər.
Təəssüf ki, anlamadın hələ sən bunu.
Təsadüflər
zərurətdən doğur - deyirlər,
Təsadüfə inanmıram, biləsən bunu.
Təsadüfən
binanızın önündən keçdim...
Elvin ƏLİZADƏ
Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.5.