Oğlum Oğuza
İndi
cəbhədə keçən
Gün,
saatına qurban!
Səni
yaxıb-yandıran
Qisas oduna qurban!
Ata yurddu çatdığın,
İlk addımı atdığın,
O torpaqda daddığın
Zəfər dadına qurban!
Qoy sağalsın hər yara,
Bəsdir,
geyindik qara,
Qəsbkar, qəsdkara
Siztək
batana qurban!
Bu, tarixdi, yaşa, dön!
Zəfərlə çat başa,
dön!
Türk
soyunu yaşadan
"Oğuz" adına
qurban!
Azərbaycan-Türkiyə bayraqları
Qoşa
qanad kimi durub yan-yana,
Qovuşub qırmızı rənglə
qan-qana,
Verir güc, fəxarət, qürur insana,
Azərbaycan, Türkiyə bayraqları!
Zülmə, əsarətə, qəsbə
"son" deyir,
Haqqa, ədalətə, sülhə
"can" deyir,
Bir yerdə düşmənə
sanki "yan" deyir
Azərbaycan, Türkiyə bayraqları!
İndi
Qarabağda onlar üçün, bax,
Zəfərlər yol açır, göy açır qucaq.
Turan göylərində dalğalanacaq
Azərbaycan, Türkiyə bayraqları!
***
Davam et, düşməni məhv eləməkdə,
Yerin deşiyindən
çıxarıb bir-bir.
Bitdi oktyabr zəfərlə, sən də,
Böyük Qələbəni gətir,
noyabr!
Gözümüz aydın
Qələbəmiz qalmadı
Qışa, gözümüz aydın!
Çatdı iş noyabrda
Başa,
gözümüz aydın!
Düşmən aşdıqca həddi,
Ordum qorudu həddi,
Keçdi düşmənin cəhdi
Boşa,
gözümüz aydın!
Zəfər bayrağıyla bir
Ruhumuz da yüksəlir.
Ürək sevinir, gəlir
Cuşa,
gözümüz aydın!
Gəldi
"göy" türk
"mən"iylə,
Gəldi
"yaşıl" diniylə,
Oldu
"Bayraq günü"ylə
Qoşa,
gözümüz aydın!
Erməninin PUA-lar
Etdi dünyasını dar,
Var ol, Səlcuk Bayraktar!
Yaşa,
gözümüz aydın!
Düşmən oda qalandı,
Dərdə yola salındı,
8-ində
alındı
Şuşa, gözümüz aydın!
Oldu
"Bayraq günü"ylə
Qoşa,
gözümüz aydın!
Kəlbəcər - 1
Vaxtında, yəni düşmənin
Kəlbəcəri tərk
etmək üçün
10 gün də vaxt
istəməsindən əvvəl
yazdığım şeir
Hər tərəfin bağlı
yoldu Göyçəyə,
Həsrət bitdi sənə
qədər, Kəlbəcər!
Sənin
qədər yaxın olduq Göyçəyə,
Uzaq olduq sənin qədər, Kəlbəcər!
Heyif ki, bir deyil
dünyanın səyi,
Verən
də var qəsbkara dəstəyi,
Çıxanda da mənfurun bu istəyi,
Səni
talan edib gedə, Kəlbəcər!
Məndəsə bağlılıq yalnız
"O"nadır,
Hansı
ki, dünyaya haqqı tanıdır,
Dünya
bir yanadır, o, bir yanadır,
Yanımızda türküm yetər,
Kəlbəcər!
İyirmi
yeddi il
dözmədin hədər,
Sürüsə də səni dərd bura qədər,
Bir az da döz, ürəyindən
qəm, kədər,
Yavaş
gedər, amma gedər, Kəlbəcər!
Bu dözümün getməz
hədər, Kəlbəcər!
Kəlbəcər - 2
Düşmən səndən ölə-ölə
üzüldü,
Viran qoydu bilə-bilə, üzüldü,
Vaxt istəyib "şələ-şələ"
üzüldü,
Yerində minalar "əkdi",
Kəlbəcər!
O bir pis bəladır,
adı "erməni",
Gözü gördüyünə deyir: "Ver, mənim",
Deyir elə "Öldür məni, vur məni",
Heyif, bu sənədək çəkdi, Kəlbəcər!
Bir dastan sığar hər yal varağına,
Üç rəngli, göy,
yaşıl, al varağına,
Çatmışıq Göyçənin
lap qırağına,
Əfsus,
sərhəd orda bərkdi, Kəlbəcər!
Min bir möcüzədir hər yanın, baxsan,
Sən yalnız müqəddəs
yerlərə taysan,
Bizə
İlahidən ən gözəl paysan,
Qayıdışın mübarəkdi,
Kəlbəcər!
Göyçəni gördüm
Göyçə gölünün Kəlbəcər
yüksəkliyindən çəkilən
şəklini görəndən
sonra
Ruhumu titrətdi bu şəkil mənim,
Gördüm doğma gölü, dolu gözümtək.
Uzaqdan-uzağa açıb qolumu,
Öpüb-qucaqladım onu özümtək.
Hələ üzərində göy çəni gördüm.
Baxıb
Kəlbəcərdən, Göyçəni
gördüm.
Haçan qurtaracaq o, ahu-zardan,
"Erməni" adında bitməz azardan,
Kəlbəcərə qədər olan "Azər"dən,
Düşmən əlindəki "baycan"ı
gördüm,
Baxıb
Kəlbəcərdən, Göyçəni
gördüm.
Qandalsız əlini tez başına çək,
Uzat sağ əlini, uzat, Kəlbəcər!
Səndən keçib, səndən
sonraya gedək,
Olsun Göyçəmiz də
azad, Kəlbəcər!
Deyim,
"göy" mahalı,
göy "mən"i
gördüm,
Keçib Kəlbəcərdən, Göyçəni gördüm!
***
Getdi düşməninə hər
ağrın-acın,
Qoyuldu başına yenidən tacın,
O yalçın qayalı dağlar qoynunda
Özünə gəlişin mübarək,
Laçın!
Qələbəni mən də yaşadım, Allah!
İlahı, çox şükür,
gördüm bu günü,
Dərdlərin içindən dərdim bu günü.
Bütün həyatıma hördüm
bu günü,
Bu günlər ömrümün
başıdı, Allah!
Qələbəni mən də yaşadım, Allah!
30 il kim oldum, 44 gündə kim,
Göstərdim düşmənə, o kimdi, mən kim,
Yenidən gəlmişəm dünyaya
sanki,
Gördüm hər kəs
"vətən daşı"dı,
Allah!
Qələbəni mən də yaşadım, Allah!
Döyüşdən qaçan bir oğul görmədim,
Düşməndə bir zərrə ağıl görmədim,
Belə
bir əfsanə, nağıl görmədim,
Özüm də içində
yaşadım, Allah!
Qələbəni mən də yaşadım, Allah!
Uzandı,
illərcə gödək
dilimiz,
Dikəldi, bükülü qalan
belimiz,
Birləşdi, bir yumruq oldu əlimiz,
Düşməni yurdumdan "qaşıdı",
Allah!
Qələbəni mən də yaşadım, Allah!
Ölməz şəhidlərin can bahasına,
Qazi igidlərin qan bahasına,
Zəfərə gedən hər
an bahasına,
Bir ömrü bir gündə yaşadım,
Allah!
Qələbəni mən də yaşadım, Allah!
Yaşasın, bu günü bizə yaşadan!
Azad torpağında olsun başacan!
Böyük qələbəni çaldıq
qışacan,
Qalmayacaq
quru, boş adım, Allah!
Qələbəni mən də yaşadım, Allah!
***
Güclü ordum, azad yurdum var mənim,
Hər əsgəri igid, mərdim var mənim,
Hələ "Göyçə" kimi dərdim var mənim,
Məni
o dərddən də
qurtar, İlahi!
Bizə
Göyçəmizi qaytar,
İlahi!
Vətən oğullar
Fikrimdə, sözümdə hər
an sizsiniz,
Ay dar gündə dada yetən oğullar!
Sevinci kəm olub, dərdi, qayğısı,
Böyüyüb boyunu ötən
oğullar!
Həyat
salmasa da sizləri razı
Həm şəhid oldunuz, həm də ki, qazi,
Dikəldib ayaqda qoydunuz bizi,
Ay qisas qəlbini didən oğullar!
Haqq üçün savaşa
düzüm etdiniz,
Bir ömrü bir anda "lazım" etdiniz,
Torpağı yenidən bizim etdiniz,
Ay Vətən oğullar, Vətən oğullar!
Şuşa
Bir vaxt bizdən ötrü əfsanə idin,
Çox
şükür, sən
yenə bizimsən, Şuşa!
Qoy silim gözümü, baxım zənd ilə:
- Yox, bu elə sənin
özünsən, Şuşa!
O, Cıdır düzüdür,
bizlə şənlənən,
Qalib əsgərimdir orda şənlənən,
Daha xatirələr deyil dinlənən,
Sən mənim ən yaxın sözümsən,
Şuşa!
Nə qədər ki, haqq var, bizlər
içində,
Şər, nahaq yanacaq buzlar içində,
Böyük həqiqətlər, "düz"lər içində,
Sən mənim ən böyük "düz"ümsən,
Şuşa!
Çox
şükür, sən
yenə bizimsən, Şuşa!
Səyyarə MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2022.-
4 iyun.- S.29.