Əlik
Məskəni
dağlar olan
Əlik - vəhşi keçidir.
Qayaları,
daşları,
Dırnağından keçirdir.
Heç
kəs bacara bilməz,
Qovub onu tutmağı.
Əliyi
Yırtıcıdan
Qoruyar
öz ayağı...
Qələmə
Qələmənin
qanadları,
Gövdəsitək boy atır dik.
Onun dibi
Heç
bir zaman
Görə
bilmir bir kölgəlik...
Qazlar
Qazlarımız
həyətdə
Daş barını aşardı.
Hamısı
da kefi kök,
Gəzərdi-dolaşardı...
Dünəndən
heç biri də,
Aşammır daş barını.
Nənəm
tutub onların,
Yolub
qanadlarını!..
Relssiz qatar
Turqut
öz dəftərində,
Çəkib
bir uzun qatar.
Bəzəkli
vaqonların
Sayı əlliyə
çatar...
O səslənir:
- Gen durun,
Qatar keçəcək burdan.
Baxıb
gülür Ələsgər,
- Turqut,
Turqut, bir dayan!
Kimi
aldadırsan sən,
Qatar
hardan keçəcək!?
Tərpənəmməz
yerindən,
Gəl
qatara rels də çək!..
Qəribə məktub
Mən
bir məktub yazmışam,
Yeni ildə əmimə.
Məktubu
çatdırmaqçün,
Verməmişəm
heç kimə...
Yazmağa
nə bir kağız,
Nə bir qələm gəzmişəm.
Əmimin
məktubunu
Mən
votsapda yazmışam...
Yaşıl don
Payız
qayıdıb gəlir,
Obada çıxır cəngə.
Bağçanı,
bağı indi,
Boyayır
sarı rəngə...
Yaşıl
donlu Nilufər,
Dolanır bağça-bağı.
Payız
bacarmır onun
Donunu
saraltmağı...
Qorxan toyuqlar
Alıb gətirib
evə,
Əli
Hər rəng təbaşir.
Çəkib
divara-daşa,
Neçə
ayı, pələng, şir...
Hininsə
qapısında
Bir cüt tülkü şəkli var.
Axşam
düşüb bayaqdan,
Hinə
girmir toyuqlar!..
Köpək və kəpək
"Əlifbam"dan
Külafirəngidən
Keçib,
Köpək
yeyib
Kəpəyi.
Kürəklə
Kötəkləyib,
Köpürtmüşəm
Köpəyi.
Qarğı at
Böyük
qardaşım
Gör nə
iş görüb!?
Qarğı
atımı
Çəpərə
hörüb!..
Kirayədə
Payız
tutdu bağça-bağı,
Yuvalara doldu xəzəl.
Quşlar
yazda qayıdınca,
Kirayədə
qaldı xəzəl...
Taykeş çəkmə
Çəkməsini
Yenə
taykeş
Geyir Vəli.
"Ayaqlarım
Böyüyübdür"
-
Deyir Vəli...
Kiçik poemalar
Bağban və qış
Yenə
bağa
Yaz gəlmişdi.
Torpaqdan
Qar çəkilmişdi.
Ələnsə
də
Nurlu
yağış;
İstəmirdi
Köç
etsin qış...
Ağacların
Tumurcuğu;
Açılırdı
Buğum-buğum.
Qış
Qəzəblə
Durub baxdı.
Sinəsini
Dərd-qəm sıxdı.
Açılmadı
Qaşqabağı:
"Yaz mənimi
Qovur
axı!?".
Qış
dözmədi
Belə
dağa:
"Toy
tutacam
İndi
bağa!..".
Çağırdı
o,
Şaxtanı cəld.
Dedi:
- Məni
Öldürür dərd.
Sözlərimə
Bir qulaq as.
Gərək
yazdan
Alam qisas!
Cəld
cumarsan
İndi
bağa,
Dağ
çəkərsən
Hər
budağa!..
Şaxta
dindi:
- Oldu,
ağam!
Görərsən
mən
Nə
qoçağam!
Bağ-bağçanı
Dalayacam.
Budaqları
Talayacam.
Şaxta
gəlib
Cumdu bağa.
Bağban
çatdı
Dar
ayağa...
Arxa durdu
Bağban
yaza:
"Gərək
Şaxta
Batsın
yasa!".
Çör-çöp yığdı.
Qucaq-qucaq.
Qaladı
o,
Bağda ocaq.
Tüstü
tamam
Bağı aldı.
Ağaclara
Boz kürk oldu.
Tüstü
bağı
Bürüdü bərk.
Şaxta
qaldı
Bağda
kortək...
Tüstü
onu
Lap çaşdırdı.
Gözlərini
Acışdırdı...
Əl
atsa da
Hara
sarı;
Tapammadı
Budaqları...
Baxdı
daha
Gözü çıxır.
Şaxta
bağdan
Qaçdı
axır!..
Qarışqa və canlı təpə
Bala
qarışqa,
Yuvadan çıxdı.
Durub
maraqla
Ətrafa baxdı.
Nəzər
yetirdi
Gülə-çiçəyə.
Qalxdı
həvəslə,
Kiçik təpəyə.
Baxdı
yaxına,
Baxdı uzağa.
Baxdı
ağaca,
Baxdı
bulağa...
Tamam ətrafı
Seyr elədi o.
Anasına
da
Əl
yellədi o...
Yorulub
düşdü
Əldən-ayaqdan.
Burda gəzirdi
Axı
bayaqdan...
Təpədə
axır
Uzanıb yatdı.
Bir azdan
Şirin
Yuxuya batdı.
Bala
qarışqa
Oyandı
axşam:
- Boyy!..
Mən nə
qədər
Yatıb qalmışam.
Süzdü
ətrafı,
Düşdü heyrətə.
Az
qaldı
ağlı
Başından
itə!..
Heyrətlə
baxdı;
Burda hər yerə.
Tanış
deyildi,
Heç
bir mənzərə...
Bala
qarışqa
Yamanca qorxdu.
Yaxınlıqda
da,
Yuvası
yoxdu...
Tamam
qumluqdur
Onun
Dörd yanı.
İndi bəs
çəmən,
Bəs
bulaq hanı!?
İstədi
ki o,
Ensin təpəni.
Birdən
Gördü
ki,
Təpə
tərpənir...
O,
yavaş-yavaş
Özünə gəldi.
İş
nə yerdədi,
Anladı,
bildi...
Bala
qarışqa
Dindi
ucadan:
Hara gedirsən,
Ay təpə,
dayan!
Yalvarıram
mən,
Qayıt,
Dön geri.
Söylə
hardadır,
Yuvamın
yeri!?
Bala
qarışqa
Çox köks ötürdü.
Təpəni
axır
Yola gətirdi...
Təpə
çevrilib
Geri üz tutdu.
Nəfəs
dərmədən
Mənzilə çatdı.
Qarışqa
indi
Gəldi özünə.
Dəydi
yuvası,
Dəydi gözünə.
Dedi: - Ay
təpə,
Minnətdaram
mən!
Tısbağanın
o,
Düşdü
belindən!..
Tülkü teatrda
Yaxşı
geyib-kecinib,
Tülkü
Çıxdı səfərə.
Keçdi dərə.
Aşdı
dağ,
Gəlib
çatdı şəhərə...
Yaraşıqlı
yerləri
Bircə-bircə dolandı.
Kukla
teatrının
Qarşısında dayandı.
Baxdıqca
afişaya,
Şən-şən buladı quyruq.
Göstərilməli
idi
Bu gün
"Tülkü və Toyuq".
Gəlib
növbəyə durdu
Tülkü
Bilet almağa.
Dörd
göz gərəkdi baxsın
Ondakı
kef-damağa!..
Biletini
göstərib,
Tülkü keçdi salona.
Durub həsədlə
baxdı,
Burada çoxu ona.
Artist zənn
etdi düzü,
Onu
gördükcə hər kim:
"Yəqin
ki, taxıb maska,
Yəqin
ki, çəkib qrim!
Bu artist səhnə
üçün
Görünür, bərk darıxıb.
Elə
buna görə də,
Evindən
hazır çıxıb!..".
Onu
Tamaşaçılar
Gəlib dövrəyə aldı.
Avtoqraf
yazdırmaq
İstəyən
də tapıldı...
Bu zaman
Rejissorun
Gözünə dəydi tülkü.
Heyrətləndi...
Yerində
Dayandı
heykəl təki...
Diqqətlə
baxdı bir də,
Gördü
əsl tülküdür:
"Bəlkə
dəyişib aləm,
Teatrın son görküdür!?"
Elə
bil ki, yatmışdı,
O, yuxudan
oyandı.
Yaxınlaşıb
Tülkünün
Qarşısında
dayandı:
- Ay
tülkü, xoş gəlmisən,
Çatmısan
lap dadıma!
Gəlməsəydin,
Əskiklik
Gələcəkdi
adıma!
Yamanca xəstələnib,
Artistimizin biri.
Boş
qalıb, boş qalıb bax,
Səhnədə
onun yeri...
Di, bizə
kömək elə,
Oyna tülkü rolunu.
Qorxma,
Ödəyəcəyik
Axırda
da pulunu...
Gözünü
döyüb tülkü,
İşi çətindi gördü.
Başını
tərpətməklə,
Güclə
razılıq verdi...
Hər
cür
Hazırlıqlıydı
O, rolda
oynamağa.
Keçməsə
də olardı
Qrim
üçün otağa...
Səhnəyə
cumdu tülkü,
O yan-bu yana baxdı.
Toyuq rolu
oynayan
Artist
Səhnəyə
çıxdı...
Bir az oynamışdı ki,
Tülkünün səbri daşdı.
Əsəbiləşdi
möhkəm,
Səhnədə
Əsdi-coşdu:
- Baş
açmıram doğrusu,
Axı bu
nə deməkdi!?
Məni
oynadırsınız,
Bu sonuncu
kələkdi!?
Daha gedəsi
oldum
Burdan meşəyə birbaş.
Tamaşanız
sönükdür,
Sizin,
Rejissor
qardaş!
Di
toyuğa baxın bir, -
Bu nə
tük,
Nə
quyruqdur...
Məni
xam sayırsınız?..
Bu
yalançı toyuqdur!..
Rejissor qəzəblənib,
Tərs-tərs tülküyə baxdı.
Gördü
işi əngəldi, -
Tülkü
Aradan
çıxdı...
Tülkünün
səfərindən
Nağıl
yazdıq beləcə...
Bilmədik
Bu
tamaşa
Necə
qurtardı, necə!..
Tülkü qastrolda
Tülkü
Bir az artistlik
Öyrənmişdi şəhərdə.
Elə
buna görə də,
Durammırdı bir yerdə.
Deyirdi:
"Tanınmaram,
Mən o
kolda, bu kolda...
Bəlkə
də böyük ad-san
Qazandım
qastrolda!..".
Yelləyib
quyruğunu,
Ətrafına baxdı o.
Obalardan
birinə
Qastrola çıxdı o.
Yaxınlıqdakı
hinə
Cumub saldı özünü.
Toyuq-cücə
qorxudan
Durub döydü gözünü.
Tülkü
var-gəl elədi,
Getdi o baş-bu başa.
Dedi:
- Bir
yaxın gəlin,
Göstərəcəm
tamaşa!..
Xərcə
düşməyəcəksiz,
Dostlar,
Siz
qorxmayın di...
Bəri
başdan deyirəm,
Tamaşa biletsizdi.
Amma
İndi mənimlə,
Səhnədə
oynamağa;
Bir
kök toyuq lazımdır, -
Özü
çıxsın qabağa!
Toyuq-cücə
hamısı
Qorxub qısıldı küncə.
Tülkü
qımışdı:
- Artist
Aranızda
var, məncə...
Qoy gəlsin
həmin artist,
Bildirsin öz adını.
Nəyə
görə gizlədir,
Axı
istedadını!?
Tülkü
baxıb gördü ki,
Yerə düşür buyruğu.
Ortaya
çəkib saldı,
Özü
Bir
kök toyuğu...
Tülkü
xeyli nazlanıb,
Quyruğunu oynatdı.
Axır gəlib
alabaş,
Bu tamaşaya çatdı.
Hirsləndi:
Dayan,
tülkü,
De hara tələsirsən?..
Bura
çağırmamısan,
Niyə
rejissoru sən!?
Tərtibatın
zəifdir,
Heç cür girmir başıma.
Nə
maskan, nə qrimin,
Gəlmir mənim xoşuma.
Maskanı
çıxaraq gəl,
Gödəldək quyruğunu.
Qrimin də
çox bozdur, -
Bir az qızardaq onu...
Rejissor məsləhəti
Səbəb oldu təşvişə.
Tülkü
qorxdu...
Alabaş
Cumdu,
girişdi işə:
- Ay
tülkü, di bəri dur,
Üzünü
yana tutma.
Yadında
saxla,
Heç
vaxt,
Rejissoru
unutma!
Tülkünün
quyruğunu,
Alabaş bərk-bərk dartdı.
Quyruğun
yarısını,
Darta-darta
qopartdı...
Tülkünün
üz-gözünü
Diddi o,
Caynağıynan.
Tülkünün
üz-gözünü,
Tamam
bürüdü al-qan...
Alabaş
güldü:
- Dostum,
Daha nə danış, nə din.
İndi
xoşuma gəlir,
Həm
maskan...
Həm
qrimin...
Tülkü
Güclə
özünü
Hindən bayıra atdı.
Artistlik həvəsini,
Daha yaddan
çıxartdı!..
Ələsgər ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 4 iyun.- S.21.