Şəhid olan ad
Gedir son
mənzilə ananın
ilki,
Ürək qələmimə deyir nəsə de.
Dünyanın ən ağır
yüküdür, yükü,
Ata çiynindəki oğul
cəsədi.
Bir gənci güllələr
qəfil qapdılar,
Çöhrəsi alışdı güllə
odundan.
Yüz cəsəd içində
onu tapdılar,
Əlinə yazdığı qızın
adından.
Durub məzarlıqda, bir qız ağlayır,
Bir əlin
sığalı telində
gedir.
Onun gözəl adı aynada deyil,
Məzara şəhidin əlində
gedir.
Təzədən qol-qanad aça bilərmi?
Kökündən vurulan, qırılan qanad.
Başqa bir ürəyə köçə bilərmi?
Şəhidin əlində şəhid
olan ad!
Qara qız
Bir vaxt sən də
gülərsən,
Öz körpəni bələrsən,
İsmətin də qaralsa,
Aralıqda ölərsən...
Qara qız!
Sənə gülən dəlidi,
Pəşəməngül gülüdü,
O qədər ağ
qız var ki,
Bir başı, bir əlidi...
Qara qız!
Sevənlər bulaq olar,
Zülmətə çıraq olar,
Axı qara qızların
Taleləri ağ olar.
Qara qız!
Ömür-gün əldən gedər,
Ağ oğlan eldən gedər,
Ağ qız varlı dövlətli,
Qara oğlana gedər...
Qara qız.
Bir oğlan peyda olar,
Səni
gəlin aparar,
O dediyin ağ
qızlar...
Sənə həsəd aparar.
Qara qız!
Yada haralar düşər,
Meyvə
saralar düşər,
Şairlərin payına,
Elə qaralar düşər.
Qara qız!
Həkim qız
Saçlarını soyuq küləklər darar,
Əsib gələn küləklərin
olmusan.
Xəstəsini həkim dərddən
qurtarar,
Məni dərdə, həkim qız, sən salmısan.
Cərrahları yığ başına,
can alsın,
İynələri, dərmanları tez gətir.
Narkoz versin, qan köçürsün,
qan alsın,
Gəl,
özünü ürəyimdən
kəs, götür!
Ürəyimdə yaşayırsan xəbərsiz,
Ora hardan girdiyini bilmərəm.
Ürəyimi bıçaqlayıb didərsiz,
Qaldığını, öldüyünü bilmərəm.
Sən həkimsən, gəl spirtlə sildir get,
Sinəm üstə sevgi boyda dağ qoyma.
Bıçaqla get, yarala get, öldür
get,
Gedirsənsə bu sevgini sağ qoyma!
Hər gələndə məni məyus edirsən,
Gecə düşür, zülmət
olur, dan yeri.
Ağ xalatda məndən qaçıb gedirsən,
Ağ gəlinlik paltarında dön geri!!
Nəfəs ver
Ürəyimə yara vurma dilinlə,
Al xəncəri, sinəm
üstə yara çək.
Qollarımı qandallayıb telinlə,
Qaşlarının arasında dara çək.
Bu həsrətin yaram üstə duz kimi,
Göynəyirəm, alışıram, yanıram.
Gözlərinin damlaları buz kimi,
Kirpiyini
sər üstümə,
donuram!
Ürəyimə gələn yolu
cığır san,
Baxışınla, gülüşünlə həvəs
ver.
Gözlərinin dəryasında boğursan,
Heç olmasa sahilində nəfəs ver.
Şahin QƏDİR
Ədəbiyyat.- 2022.- 4 iyun.- S.30.