***
Bir oğul yetirmiş vətən torpağı,
Millətin yolunda əsgərə bənzər.
İdrakı, ilhamı, qədd-qaməti,
Qüdrətə, hikmətə, məhvərə
bənzər.
Yerində şax sözü,
xoş təbiəti,
Ellər sərvətidir zehni, zəhməti.
Tarixə
döndükcə onun
şöhrəti,
Tarixdə nurlanıb gövhərə
bənzər.
Nələr yaratmadı, qurmadı
nələr,
Kənddə kənd dəyişdi, şəhərdə şəhər.
Daşlı yamaclarda zümrüd
sərvətlər,
Başına dönməli dilbərə
bənzər.
Kor olub görməyən varsa bunları,
Utansın, işığa çıxmasın
barı.
El yaxşı tanıyır
bu nankorları,
Hər biri nəf güdən bərbərə bənzər.
Hər zaman yolunu gözləmiş
ellər,
Şirin bir töhfədir ona könüllər.
Yollar kənarında əlində
güllər,
Qızlar görmüşəm ki, ülkərə bənzər.
Dahidir, dühadır öz sənətində,
Andı var, elləri qoymaz çətində.
Dərin
tədbirində, siyasətində,
Qüdrətdən yaranmış zərgərə
bənzər.
Uğrunda hazıram nə
vaxt dinərsə,
Simləri könülsüz tərpətmirəm
mən
Rəhbəri dağlara bənzətmirəm
mən,
Dağlar vüqarında rəhbərə
bənzər.
Uğrunda hazıram nə
vaxt dinərsə,
Hazıram, şəhid ol əmrini versə.
Əgər Məstan Günər
Məstan Günərsə,
Onun dövrəsində sipərə
bənzər...
Məstan Günər.
"Bir oğul göstərin Heydərə bənzər"
Ədəbiyyat qəzeti.- 2022.- 11
iyun.- S.3.