Bir gəlin üz tutur uca
Tanrıya:
Ya məni quş elə, ya daşa
döndər!
Dağ da dözə bilməz belə yaraya,
Nicat ver, Ya Rəbbim,
xilaskar göndər!
Salam, Böyük İnsan - tarix çağırır,
Zülmətdən, zillətdən haylanır
Vətən.
İndi
darda qalan bayraq çağırır,
Sənin yollarına boylanır Vətən.
Sən yaxşı bilirsən yer nə, göy
nədir,
Sənin alın yazın millətin yolu.
Vətənin qəlbində yara
göynəyir,
Çağırır vüsalı həsrətin
qolu.
Əli Rza Xələfli
"İnsan, tarix və zaman"
poemasından
Ədəbiyyat qəzeti.-
2022.- 11 iyun.- S.3.