Mühacirət mətbuatı
"gizli şeirlər" haqqında –
Nəsiman Yaqublunun təqdimatında
Sovet Azərbaycanı
dövründə mövcud rejimdən narazı ruhlu şeirlər
yazılır və nəşr edilmək üçün
Türkiyədə fəaliyyət göstərən
mühacirət mətbuatı orqanlarına göndərilirdi.
1920-ci illərdə İstanbulda nəşr edilən "Yeni
Qafqasiya", "Azəri Türk", "Odlu Yurd"
jurnallarında belə nümunələrə rast gəlmək
mümkündür. Bu şeirlərlə bağlı M.Ə.Rəsulzadənin
"Yeni Qafqasiya" jurnalının 1927-ci ilin 28
mayındakı 17-ci sayında (il:4) maraqlı bir yazısı
çap olunub. Həmin məqaləni qısa ixtisarla oxuculara
təqdim edirəm.
M.Ə.Rəsulzadə.
İnqilab nəğmələri,
yaxud həbsxana
şeirləri
Təkrara
lüzum yoxdur ki, Azərbaycan gəncliyi 28 Mayıs İstiqlal
Bəyannaməsinin elan günündən və bilxassə(xüsusilə)
bu istiqlalın düçar
olduğu məşum fasilədən etibarən hər gün
daha ziyadə bir əzim və fədakarlıqla mücadiləyə
girişmişdir.
Digər millətlərdə olduğu kimi, Azərbaycanda
da qanlı istiqlal yoluna girən gənclikdə böyük
bir inqilab ruhu tərbiyə olunur. Bu ruhun nə kimi əlamət və
təzahürata malik olduğunu göstərən vəsiqə
və vəqalar(hadisələr)
ara-sıra "Yeni Qafqasiya" səhifələrinə
keçir. Fəqət bu səhifələrdə
səbt edə bildiyimiz "səhifələr" hər
halda həqiqi həyatı təsvir edə bilməkdən
çox uzaqdır. Qanlı
"Çeka" idarəsinin qaranlıq vəhşəti
altında cərəyan edən mücadilə bütün səfahət
və ənənatı ilə yalnız bu zülmət pərdəsinin
əbədiyyən Azərbaycan üfüqlərindən
qaldırılacağı zaman həqqi ilə təsvir edilə
bilir.
Məmahif(bununla birlikdə) cahan tarixində digər misli
görülməyən bir zülm və vəhşət idarəsindən
bir fürsətini bularaq bizə qədər gələn
mütəfərriq(dağınıq) məlumat da milliyyət
və istiqlal naminə cərəyan edən şanlı
mücadilənin nə kimi bir ruh və iman ilə məşbu(dolmuş,
dolu durumda olan) olduğunu göstərməkdədir.
Məmləkətdən
aldığımız bir məktub dərununda(içərisində)
bizə bəzi şeir parçaları göndərmiş, dərcini
rica etmişlərdir. Məktubun bu şeir parçalarına təəllüq(aid olan) edən qismində
deyilir ki:
"Bugünkü istiqlal mübarizləri bulunan Azəri
gəncliyinin ruhu və həyəcanı haqqında bir fikir verdirə
bilmək ümidi ilə həbslər əsnasında
"Çeka"da bulunduğumuz sıralarda yazılan bir
çox şeir parçalarını sizə göndəriyorum. Göndərdiyim
parçalar içərisində qəvaidi ədəbiyyə
nöqteyi-nəzərindən pozukları çox isə də,
məncə, bunlar şeir deyil, istila idarəsinə
qarşı hərimi səmimiyyətdən(möhtərəm)
qopan birər fəryaddan ibarətdir və əsl qiymətləri
də bundadır. Azərbaycanımızın istiqlaliyyəti
uğrunda istilaçı rus bolşeviklərinə
qarşı davam etdirdiyimiz mücadilədən doğan bu ədəbiyyatın
gələcəkdə mükəmməlləşərək
ədəbiyyat tariximizin səhifələrini təzyin(bəzəmək)
edəcəyinə heç şübhə edilməsin. Vaxtilə
15-ci Ludviqə qədər fransız ədəbiyyatının
bəzəyi olan, Almaniyada alman istixlas(xilasolma,qurtulma) cəmiyyəti
tərəfindən fransız istilaçılara qarşı
yürüdülən mücadilədən doğan,
Lehistanın(Polşanın) ruslarla
çarpışmasından qopan inqilab ədəbiyyatı,
eyni tarixi saiqlərlə, Azərbaycan ədəbiyyat tarixini də
hissəsiz buraxmazdı...".
İşbu(bu anlamda) məktuba məlfuf(bükülmüş)
parça içərisində "qəvaidi ədəbiyyə"yə
uyğun olanları da, olmayanları da vardır. Nitəkim(gerçəkdən) ruh və ifadə
etibarı ilə həzin təsiri ifadə edən növhə
ilə bərabər, intiqam atəşi ilə coşan həmasətnamələr(cəsarətnamə)
də vardır. Bunlardan bir çox parçasını,
nümunə olmaq üzrə, aşağıda dərc ediriz:
İştə
(budur) məmləkətin əsarət zəncirində əzildiyini
görüb də qəlbi qanayan həssas və lirik bir
şair ki, "əllərinin
bağlılığından" şikayətlə "elləri"
çağırır:
"Ay ellər"
Hanı
yaz mövsimi, gülüm, çiçəyim,
Tez
düşdü yurduma xəzan, ay ellər!
Mən
yaza bilmədim əllərim bağlı,
Yoxmu bir dərdimi
yazan, ay ellər!
Təəssür
və təəllümdən (kədərdən) ağlayan
şair "Neylim" deyə anladır və ağlamaqda
haqlı olduğunu isbat etmək istiyor:
Dedilər
ki, cavanlıq gözyaşı sevməz,
Biçarə
könlümün dərdi var, neylim!
Çıxmaq
istərkən turi dildara
Quldurlar əsamı
çaldılar, neylim!
Dərdim
çox böyükdür, etməyin sual,
İllərcə
yürüdüm, yollarım qumsal,
Buldum
sevgilimi, gəldilər dərhal
Cananı əlimdən aldılar, neylim.
Qəlbimə
söylədim üsyan et, bağır,
Bulunmayan haqqı imdada çağır.
Baxdım
ki, haqqın da vicdanı ağır,
Bu insanlar kimi ruhu kar neylim.
Barı sən
gəl dedim, dinləyib bir az,
Ey vəfalı qələm, dərdimi gəl yaz.
Gəldi bir çirkin əl, söylədi olmaz.
Dinləyənlər
məni gec duyar, neylim!
Söylə
Allah üçün bu damı bir haqq!
Dərdli
bir qəlb üçün ağlamaq yasaq!
Bu
cansız ölkədə canandan iraq.
Hıçqırıqlar
məni boğar, neylim!
"Çeka"nın hökmran olduğu məmləkətdə
ağlamaq da yasaqdır, yazmaq da. Buraya nəql
etdiyimiz yazıların belə sahibləri kəşf edilirsə,
cəzaları mühəqqəq ölüm olmasa da, həbs
və ya sürgündür.
Bakı "Çeka"sındakı məhbuslardan
birisi "Neçin yazmırsan" sualı ilə kəndisinə
xitab edən məchul digər birisinə cavab olmaq üzrə
"Yazma!" ünvanı ilə bir şey
yazmışdır. O parçanı buraya nəql ediriz:
Yazma!
Görüyorum,
qanlı qaranlıqların,
Ölümdən yapdığı qorxunc bir varlıq.
Zülmə
baş əydirən alçaqlıqların,
Əlləri gömdüyü dərin məzarlıq.
Qumlarından öksüz qanları sızar.
Mənliyimi
gömmək üçün məzarçı,
Qazmada
torpağa bir yeni məzar...
Hayqırmaq
istədim: "Məzarçı,qazma,
Qazma,
yaşıyorum, ölməmişəm, bən!
Qəlbim,
qanım sıcaqdır səninkindən,
Ümidim
böyükdür, gömülməz, qazma!
Kiçikdir
mənimçin aldığın ölçün,
Nafilə yorulma... göy yerə sığmaz!"
Ancaq...
Susdurur səsimi
qaranlıqların
Qan
köpürən öksürüklü nəfəsi...
Çınladır
afaqi bir bayquş səsi,
Acı
çığlığilə bağırır: Yazma!..
Digər
bir məhbus da "Yazma" şairinə böylə muqabələdə
bulunur:
Yaz!
Üfüqdə
duyulan bayquşun səsi,
Qulaqlar çınladar, ruhlar xırpalar.
Qaranlığın
qan donduran nəfəsi,
Bəzən bizi belə qorxuya salar.
Əvət
söylədiyin alçaq qatillər,
Hər yerdə soxular, hər yeri gəzər.
Dediyin qan
tökən, insafsız əllər,
Yıxar, yaxar, boğar, yıxdırar, əzər.
Bəlkə
hər şeyi yapar, fəqət o şeytan,
Bir cənnət
var, orada bir şey yapamaz,
O cənnət
ideal, bəkçisi iman,
İman
olan yerdə şeytan yaşamaz!
Od
oğullarında ulu iman var,
İmanla
şənlənən yaşıl bağçalar
İçinə
şeytanlar ayaq basamaz!
Duymaqçün
bağçada bülbül səsini,
Dinlərkən
bayquşun mənhus nəfəsini,
Bütün
varlığımla söylüyürəm: Yaz!..
İştə
"Qartal" namlı(adlı) müstəari(təxəllüsü)
ilə yazan digər bir məhbus ki "Qanlı bəşər"ə
meydan oxuyor:
Bəsdi,
yandırma məni zülmlə ey qanlı bəşər,
Mənə
qəlbimdəki kin atəşi, əlbəttə, yetər!
Çox
qıcırdatma, sakın leş dağıdan dişlərini!
Çək
də o qan qurumuş, kirli olan əllərini,
Çək
dedim, xırpalama, bəsdi, yetər kim bu qədər
Dağıdıb parçaladın, köksünü
alçaq canavar.
Varamazsın
mənim iman yatağı qəlbimə sən,
Bəlkə
mən məhv olurum, sarsılmaz vicdanım
Bunu
hökm edir mənə, hörmətli Yasam, Quranım:
O
böyük Türk elinin oğlu ölər, yeltənməz.
Çeynənir
kəndisi, vicdanı onun çeynənməz!
Vicdanlarının deyil, vücudlarının çeynəndiyini
tərcih edən bu gənclər şəhid düşən
arkadaşlarına qibtə ediyorlar. İştə istiqlal yolunda şəhid
düşən arkadaşı "Seymur"a
yazdığı mərsiyəni "Bay" nami müstəarı
ilə imza edən bir gənc atidəki qitə ilə bitirir:
"Məzarın
başında istiqlal günü,
Yapılacaq azadlığın düyünü.
Dilərəm
Tanrıdan mən də o günü,
Olaydım
yanında həp yatan, Seymur!".
Üslub
və ifadələrdən yeni üsul tədris və məktəbin
məhsulu olduqları aşikar olan bu gənclər kimi, əski
klassik şeir və tərbiyənin təhti təsirində
bulunan "ixtiyar" məhbuslar da vardır ki, həyəcanlarında
fəlakət arkadaşları gənclərdən heç də
geri deyildilər. İştə(budur) bu
mücərrəb(sınanmış) mücahid tipini göstərən
bir əsər:
İllər
ilə Çekada qalsam əgər ar deyil,
Çeka
ərbabına yalvarmağa razı deyiləm...
Aç
gözün, yaxşı tanı, ey vətənin cəlladı,
Deyiləm köhnə xərabə ki, əlinlə
söküləm.
Mənim ol mushafi natıq ki, bükülməz vərəqəm.
İştə
28 Mayıs Bəyannaməsində mündəriç
böyük istiqlal şüarının qüdsiyyət və
ülviyyəti yolunda amansız ölümə varıncaya qədər
hər türlü işgəncə, iztirab və məhrumiyyətləri
sevə-sevə qəbul edən fədakar mücahidlər ki,
məfkurənin yalnız əziz və müqəddəs
qurbanları olmaqla qalmıyor, eyni zamanda, böyük
cidalın ədəbiyyatını da yapıyorlar!
Böylə
fədakar və idealist bir nəsil yetişdirən Azərbaycanın
təkrar müqəddəs istiqlalına
qovuşacağını kim inkar edər?!..
Yaşasın
istiqlalçı Azərbaycan Türk gəncliyi!
Yaşasın istiqlal!
"Yeni
Qafqasiya", 28 Mayıs 1927 /
26 zilqədə
1345,
il:4,
№17, s. 7-9
Red:28 Mayıs 1927 /
26 zilqədə
1345 - 28 Mayıs 1927
M.Ə.Rəsulzadə
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.13.