Hər kəs közü eşir
öz qabağına...
Tonqallar çatılır qışda, baharda,
Dönürəm alovun üz qabığına...
Donur qələm
tutan barmağım burda...
Hər kəs
közü eşir öz qabağına...
İsinmək
istəyir sıcaq qalayan...
Odunun
oduyla qucaq qalayan...
Kənarda
titrəyir ocaq qalayan...
Hər kəs közü eşir öz qabağına.
Biri əl
uzadır - od ala bəlkə...
Biri dil
uzadır - dad ala bəlkə...
...Üstdən...hoppanan
var - ad ala bəlkə...
Hər kəs közü eşir öz qabağına.
Avand
çırpı yığır yağır belinə,
Ləvənd
lövbər salıb nəfsin felinə...
Mənsə
göz qoyuram ümid külünə...
Hər kəs közü eşir öz qabağına.
Köz
eşən eşşş...ikçi daha demir ki,
Çox
su aparacaq hələ xəmir ki!..
Çatmaz
kip qulağa bu səs-səmir ki:
Hər kəs közü eşir öz qabağına.
"Öz"
niyə düşünmür "özgə"lər də
var?!.
Düzgülər
içində üzgülər də var...
Dərdə
ayna tutan güzgülər də var...
Hər kəs közü eşir öz qabağına.
Od arar
soyuqdan qaçıb, tövşüyən,
Yetərmi
imdada inad kövşəyən?!.
Kimin nə
vecinə kimdi üşüyən?!.
Hər kəs közü eşir öz qabağına.
Bir ali...tapın ki, təvaflıq ola,
Bir sual göstərin
- cavablıq ola...
Bir əməl
yoxdurmu savablıq ola?!.
Hər kəs közü eşir öz qabağına.
Neçin dünya belə, bu həyat belə?
Bu təzə belədir, o boyat belə?
Bu böcək,
bu quş, bu heyvanat belə -
Hər kəs közü eşir öz qabağına?!
Sözümdən
heç kəsə dəyməsin xətər,
Süngər
də bir acı sümürüb ötər...
Yanan
ürəyimdir ocaqdan betər;
Hər kəs
közü eşir öz qabağına!..
***
Ocaq
çatmısan köksümdə,
Vücudumla tam yanıram.
Həsrətim
ötür kök simdə,
Ahımda muğam, yanıram.
Gah
"Segah", "Şur"um olursan,
Gah şərqim,
xorum olursan,
Sönürəm,
qorum olursan,
Atəşinə
ram yanıram.
Gözündən
uzaq hər təbəm...
Sənsən
mənim Qibləm, Kəbəm!..
Doğmam,
məhrəmim, mərtəbəm,
Xanımım, ağam, yanıram.
De, qədərim nə qədər ki?!
Külə
dönmək nə qədir ki?!.
Günün şöləsi nədir ki?!
Mənəm
gecə şam, yanıram!..
Bu
çabam, qeylü-qalımla,
Yuxusuz
yuxu halımla,
Gümanımla,
xəyalımla,
Arzumla
kam-kam yanıram...
Zalım,
hər zülmə uyursan!..
Sanmam cəfandan
doyursan...
Könlümü
usta oyursan...
Mən isə
xam-xam yanıram...
Ürək
dil açdı adınla,
Uçdum
sevgi qanadınla...
Qala, bir
qalam odunla
özün gur, mən vam yanıram...
Can-deyib
güldürdüyünəm...
Göz
yaşım sildirdiyinəm...
Mən hər
gün öldürdüyünəm,
Bəs
necə sağam, yanıram?!.
İlan balığı
O, nə
balıqtək balıq,
Nə ilantək ilandır.
Nə
soyuqdur, nə ilıq,
Nə zəhərli
çalandır...
Çoxu
yeyər ətini,
Öyər də ləzzətini.
Doymaz
özəl dadından...
Qorxan da var adından.
Yəni
ilan, həm balıq -
Gör nə
yaradıb Xaliq!
Əl-ayaqsız
qaçandır,
Suda meydan açandır.
Əcəb
növ... calaqdanmı,
Talaqdanmı törəyib?!
Bu məchul,
balıqdanmı,
İlandanmı törəyib?!
Yəhər
deyib alığa
Köhləni
talan etdik...
Qarmaq
atıb balığa,
Balığı
ilan etdik...
Nəvaziş
oxşarıdır
Suyla
öpüşən tilov...
Naz ləpə
ox şarıdır,
İlan
balıqları ov...
Bu
dünyada yediyin
Kim qana,
kim anlaya!..
Nə ad
verim, nə deyim
İkican bir canlıya?!
Sirr,
Tanrı qələmində
Bu Yerlə
Göyə carmı?!
Görən
su aləmində
Balıq ilan da varmı?!
Bilmək
olmaz meylini;
Dost,
düşmənlə görüşər...
Tut
quyruqla belini,
Sürüşüb
əldən düşər...
Yalana ağ şayanlar
Doğruya
xətər olur...
Balığa
oxşayanlar
İlandan
betər olur!..
Cəsur yalan
Dağlar
arxasında Günəş sürüşüb
qopanda
al üfüq dayaqlarından...
Gecə
fitnəsində minaya düşüb,
Əsgər qəlpələndi ayaqlarından.
Pozulmasın
deyə mərdlər sırası
Qalmadı
dəstədən aralı düşə...
Qızğın
bədənində dəmir parası,
Aslan nərəsilə girdi döyüşə.
Dönüb
ona sarı cəbhə dostları
Səsləndi:
- Sən dayan, irəli getmə.
Öndə
azğınların tələ postları...
Qayıt,
bu halınla, gəl, tərslik etmə!..
Sirrtək
qəlpələri gizlədib əsgər,
Dedi: - Təhlükədən
aralanmışam...
Bir dəm
nəfəs dərib, yubansam əgər,
Düşmən
elə sanar yaralanmışam...
O, yalan
danışdı öz dostlarına,
Ağrı-acısını
atıb unutdu...
Qıydı
bir payızda can baharına...
Hünərə,
zəfərə, anda umuddu...
Hər an saçlarını güllə darayan
namərd
"darağı"ndan xətər duymuşdu...
Qarabağ
uğrunda ağ gün arayan
Gözü
qarasına Vətən qoymuşdu!..
Amal
köhlənini kişnədən ər ad
Qan içrə yağını bələdi qana.
Ağ
bayraq qaldırdı hər əsir inad;
Tarix qələm
çaldı cəsur yalana!..
Otuzdan az qırx
dörd...
Tarix
saatını durdurdu birdən,
Ümid
baharımız qandan qışladı...
Zaman
buzlaq kimi donduğu yerdən
isinib,
sındığı andan başladı.
Üşüyən
torpağa isti qan töküb,
Çoxdan ər səsləyən meydana girdik.
Ürəyi
qeyrətə, hünərə büküb,
Qarabağ səbrinin üstünə sərdik.
Qırx
dörd gün içində hesab qanunu
pozuldu
hesabsız illərə rəğmən;
Otuzun cəmindən
kəm gördük onu -
Məğzi
kəmiyyətin dəyişdi həmən...
Atəşlər
önündə leş qalaq-qalaq...
Bəlkə
od yağdıran Tanrı əliydi.
Vətən
sevgisinin yağmuruna bax -
Axışan
əsgərmi, ya ruh seliydi?!
Sinə
sipərimiz - çətən arzular...
Səda Rəbbimizdən,
can özümüzdən.
Doğdu
günəşimiz - Vətən arzular
Şəhidlik, qazilik danüzümüzdən.
...Otuz il sıxıldıq yaytək,
sonunda
Dəli nərə
kimi açıldı ünüm;
Haqqa
süvar oldu heyrət donunda
Dünyanı
mat qoyan o qırx dörd günüm!..
Timsahın göz yaşları
Düşmən
timsah kimidir,
Göz yaşları silinməz.
Sirr
daşıyan gəmidir -
Yükü
nədir - bilinməz...
Qeylü-qal
qurmaq üçün
Taxılı taxt istəyər.
Yol-mənzil
qırmaq üçün
Tıxılı
vaxt istəyər...
Uçurduğu
ev, barı...
Yandırar meşələri.
Qoparıb
qapıları,
Sındırar
şüşələri...
Duruşa
durmaz qəti
Döyüşdə
şər yiyəsi;
Bu,
zarıncı xisləti -
Mağara
tərbiyəsi!..
Çəkilməz
can çarası,
Bəd, nəfsini qamçılar.
Tökülən
göz qorası
Niyyətidir,
damcılar...
Tutar sel
daşlarından,
Timsahlar
daşdan betər...
Yalan
göz yaşlarından
Yamyaş
"qanunlar" bitər...
Turanım
Türkün
tarixini ehmal varaxla
Tanı
türk xaqanı Alp Ər Tonqanı
Türkü
tün qərbdən yox, türkdən soraqla
Xanlar sərkərdəsi
Saka an xanı!
Batı,
qədim boyu min rəngə bələ
Qələmin
ağımı qara yazmasın
Mən
türkəm, həm turam, turanam elə
Arilər
soyumu "ara"... yazmasın!..
Eşq
ulduz - çiynimə qoşa taxdığım
Özümdən
özümə uzanan qolum -
Əlimi
köksümə sıxıb baxdığım
Bir Turan
yönüm var, bir zəfər yolum!..
Bu yolu
düşünüb yol açan - Kağan,
Alplanıb;
titrədib dağı, aranı -
Üzdən
nur, gözündən od-alov yağan
Türk ərənlərinin
ən son taranı...
Dünyanı
nizama səslədim əzəl,
Yoxdur ədalətsiz
görkəyənliyim...
Hüzura
uzanan əlimdir düz əl,
Haqqın
dirliyi türköyənliyim
Ruhumuzun Kəlbəcəri
İlk
laylamı çalan dağlar,
Çal
çınqıllı çaylar çağlar,
Göz
yaşım tök sinən üstə,
"Yadlar
gəlib yalan ağlar"...
Kəlbəcər
- canım, de yarım;
Çayüstü qala diyarım.
Qürurum,
dəyərim, ölçüm -
Arınca,
a yar əyarım!
...Qəfil
hiylə, basqı nəydi?!
Kəsərimiz
kəsrlikdəydi...
Vücudumuz
param-parça,
Ruhumuz əsirlikdəydi...
İyirmi
yeddi il uzağım -
Dağ-dağ
dağıdılan dağım...
Qanımda
damcısı donan
Saf şəlaləm, şah bulağım.
Könlüm-qartal,
ahım-səsi;
Uç,
ucalıq girəvəsi...
Heyimin
heyrət hədəfi,
Boyu - vüsalım zirvəsi.
Yaralandım
yad daşından;
Yaddaşımın
ad daşından...
İki
bayraq sevgi asdım
Qəhrimin
qan yaddaşından...
Həsrət
haqqıma kök atdı -
Bu, nə vüsal, nə baratdı?!
Bir vaxt əlacım
piyada,
İndi təpərim
"Qırat"dı!
And yolumun yuxuları,
Süvariyəm,
at muraddı!..
Gözəl, nazlı qız...
O çəməndən,
o dağdan
Necə
nazlı qız gəlir!
Yelləncəkli
budaqdan
Sallanıb
ulduz gəlir...
Sevirəm
bu qızı mən,
Dəlisiyəm
azı, mən!..
Heyif, ildə
bir ötən,
Bir kərə,
bir kəz gəlir!..
Yamanca
havalıdır!
Bir az da nəvalıdır...
Əl -
sini qavalıdır;
Təbində avaz gəlir.
Donu al-əlvan
zərdi,
İlıq
nəfəsi tərdi,
Yeri
yaşıl məxmərdi,
Səması bəyaz gəlir.
Gülüşü
- zəfər seli,
Gül
işi - gülgün eli!..
Təzanələnib
dili;
Dil-dil ötən saz gəlir.
Saxalı,
sərvətlidir,
Könlümə
dəvətlidir,
İnadlı,
həm qətlidir;
Özündən razı gəlir.
Hüsnü
ecaz bir ümman;
Üzsə,
üzülməz güman...
Çəkilsin
niqab duman;
Sidqimə
muraz gəlir!..
Adı bəlli,
şən gözəl,
Səpdiyi
eşq - dən gözəl!..
Qəlbimizə
ən gözəl
Ədalı qız - yaz gəlir.
Bir şeir yazacam
bu ayrılığa...
Daha
lüzum yoxdur anda, qılığa,
Yetər, iztirablar düzüm-dən oldu.
Bir
şeir yazacam bu ayrılığa,
Yazacam; nə
oldu, özümdən oldu...
Düzüb
misraları yetirsəm sona,
İçimdə
min qüssə, ələm də yanar...
Qəlbimi
kül edən atəş bir yana,
Külümdən alışıb, aləm də yanar.
Bu tale
yükünü şələm edəcəm,
Həsrəti
bir ömür sələm edəcəm,
Çaxan
şimşəyi də qələm edəcəm,
Bir şeir yazacam bu ayrılığa.
Tənlənib
tənəli savaşlarımla -
Gizlinim,
aşkarım, sirr "faş"larımla,
Mürəkkəb
acizdir, göz yaşlarımla
Bir
şeir yazacam bu ayrılığa...
Dinəcək
etiraf,
nə
giley-güzar,
Nə də təəssüfüm israrlanacaq.
Yaddaş
şifahimdə xəyalım azar -
- deyə xatirələr
misralanacaq:
"Qızılgül
dən-dən oldu,
Sünbülüm
dən-dən oldu...
Mən səndən
ayrılmazdım,
Ayrılıq
səndən oldu"!..
Solub pəncərəmdə
qəmin sarısı,
Zülmətin qəlbi də yuxalanacaq.
Mənim əvəzimə
gecəyarısı
Qaçan
yuxularım yaxalanacaq...
Çən
çəhlim çəkəcək vüqarlı dağa,
Ötəcək bənövşə həsrətin
tarı.
Bir
şeir yazacam bu ayrılığa,
Sınacaq
səmada durna qatarı...
Sənət
süfrəmizdə hər nemət də cəm...
- Təam
et - deyəcəm dediyim kimi.
Hər
acı sözünü sinirəcəyəm
Bala qaymaq
qatıb, yediyim kimi...
"Ya
Hu"! səslənməyim Hu
ayrılığa
İlk əhdim yolundan azmadığımdır.
Bir
şeir yazacam bu ayrılığa -
Bir ömür heç kəsə
yazmadığımdır.
Açma
sirr qanadın sən sola, saga -
Səni sədaqətdə qoy belə anım.
Bir
şeir yazacam bu ayrılığa,
Onu qəbrim
üstə ağla, oyanım!..
Etiraf anı
Səhvlərimi
mənə deyən
sən
mənimçün çox əzizsən.
Atəşimə
su çiləyən
Bir bulaq,
ya bir dənizsən...
Qüsurları
yan-yana düz,
Hər kəlməni gərəklə, de.
Otur səhvimlə
üzbəüz,
Nəyim çatmır - ürəklə de.
Şər
- özünü yuxarı tutmaq...
Bərabərlik ətrafladır.
Öyüklük
- baxarı tutmaq,
Böyüklük
etirafladır!..
Dəm
tutaram o düzümü;
Elə sanma öyrənmirəm.
Axı kənardan
özümü
sən
görəntək görəmmirəm...
Az ələmə
ibrətini,
Son yağmur səbrədək öyrət.
Mum et müşkülü, çətini;
"Beşikdən qəbrədək" öyrət.
Köksümdəki
küy-ənama
Yozma ki,
ritmin yasıdır...
Ürək
səsimi qınama;
Sevgi
aritmiyasıdır!..
Üzülmərəm
iradından,
Süz
diqqətlə, üzgüm yoxdur...
Gəl,
üzümə tutum hər an -
Səndən
gözəl güzgüm yoxdur!..
Hər
addımım - hökmüm, qətim,
Aramızda
anlaşım var!..
Mənim
səntək həqiqətim,
Həm sənsizlik
yanlışım var!..
Səhvlərimi
mənə deyən
sən
mənimçün çox əzizsən!
Atəşimə
su çiləyən
bir
bulaq, ya bir dənizsən!..
Adsız
Həsrətimin
gözlərini açmısan;
Gözlərinin
həsrətidir baxdığım...
Nə sükutdur - harayından qaçmısan?!
Sükutunun
selabıdır axdığım...
Bir
ayrılıq buludu var üzündə;
Gah
sıxlaşıb, gah seyrələn
çağıydı...
Qəzəbinin
şimşək çaxan sözündə
Hər
ifadən ilgək-barış bağıydı...
Bu, nə
istək, bu, nə hissdir - çaşqınam?!.
Ömrə
baxmır, günə baxmır, sübh açır,
Ey, sən
Allah, elə sənin aşqınam -
Diləyimin,
ləliyimin əlacı!..
Sakitlikdir
odla suyun təması,
Yandırdığın bir ürəkdir, gəl apar.
Orda sənsən,
yox özgə bir əmması;
Bəlkə
mehrin əmanətə yol tapar...
Sən
imanlı, mən inamlı dünyada,
Allah eşqi - bu sevdanın özülü.
Dualarım
- Tanrı yazan bir nida,
Qələm-qələm
qiblə xətdə düzülü...
Gecə-gündüz
xəyalımda uçmusan;
Ruhum
şirin xatirəni imsiyə...
İki
göz də həsrətimə açmısan;
Dörd
gözlə də baxammıram kimsəyə!..
Qırmızı xətt
Günəş
- göyün qırmızı xətti,
Yanar,
yaxar, səddin aşmaz...
Səmtinə
Ay yovuşmaz,
Ulduzlar
yaxınlaşmaz...
Yer də
belə;
Yersizlər
də ki, yerdə
Yerini
tapmır hələ...
Qırmızı
xəttə qıjananların;
Əli
qanların
qanniyyət
əməlindən köz tuturam.
Qanrılıb
qırmızı
sifətlərinə üz tuturam:
Milli,
Elli
birlik,
Əməlli,
Təməlli
dirilik.
Dövlətçilik,
Müstəqillik.
Aliməqam şəhidlik.
Yaman
gözlərdən iraq,
Bir kərə
yüksəlib, bir kərə enməz
Üçrəngli
bayraq -
Qorunmağa
cəhd;
Qətiyyətli qət.
Burdadır
Qırmızı Xətt...
Bura qədər
hər
şey mümkün.
Öncəliklə
ilkin
dirisidir
Vətən
əlbirlik, canbirlik,
qanbirlik
adlı mülkün.
Qırmızı
xəttin üstündədir bunlar:
Həm
milli-mənəvi,
Həm
dünyəvi qanunlar...
Utanıb-qızarmaz
tarix önündə
"Qırmızı"nı duyanlar.
Qırmızının
qırımında
Qırmızıya
qırmızını andırmaq gərək;
Qırmızı
həndəvərində
Qırmızını
dayandırmaq gərək!..
Bu
dünyada qıpqırmızı adlar,
Qırmızı
fəryadlar,
Qırmızı
təamlar, dadlar da var,
Özünü
dost göstərən
qırmızı
yadlar da var...
Qırmızıya
yaxın buraxma hər rəngi,
Qırmızı xətdir həqiqətin ahəngi.
Qırmızı
xətdir
Yurdun, Ölkənin
qüruru-qurğunu
durdururu...
Qırmızı
xətt - qanunların qan surəsi,
"Dayan" və "oyan" işarəsi.
Ümidlərin
bir-birinə söykənc kürəkləri,
Sözümüzün sərhəd dirəkləri.
"Olmaz"ların
qoruq talası,
Namus qalası.
Qırmızı
xətti keçməzlər -
Bu,
söndürmək olar
yanan
qırmızı ocağı.
"Qırmızı"da
soğular
arabamın
yanacağı,
"Qırmızı"da
itər
ərkimin
umacağı...
Tükənər
qırmızıda bütün xahişlər,
Tələblər, əmrlər.
Qırmızıda
bitər ömürlər...
Eh, kiri,
qırmızı sözüm, kiri,
Ömür bitsə də,
Bitməz qırmızı xəttin şeiri!..
Yusif
NƏĞMƏKAR
Ədəbiyyat qəzeti.- 2022.- 11
iyun.- S.20-21.