Şəkillərim
Düzdüm şəkilləri masanın
üstə,
Baxdım şəkillərə, baxdım
birbəbir.
Şəkillər ömrümdən keçən
günləri
Rəngli çalarlarla mənə göstərir.
Fəsillər əks olur şəkillərimdə,
Hər şəkil
bir yazmış, bir qışmış demək.
Bir vaxtlar ömrümə sığa bilməyən
Zaman şəkillərə
sığışmış, demək.
Hər biri xatirə... Gözüm önündən
Keçir bircə-bircə gözlərim
dolur.
Niyə də dolmasın?
Dünən gördüyüm
Bu gün mənim
üçün görünməz
olur.
Niyə də dolmasın?
Dünən yanımda
Dayanan insanlar bu gün yoxdursa.
Niyə də dolmasın?
Yaş ilə yaşın,
Dünənlə bu günün fərqi çoxdursa.
Hər şəkil ömrümün
bir mərhələsi,
Keçir ömür yolum şəkillərimdən.
Baxdıqca hər şəklə
geridə qalan,
Yaşanmış ömrümə qayıdıram
mən.
Ax, uşaqlıq şəklim. Döndüm
bir anda,
Həmin dəcəlliyim, şıltaqlığıma.
Ağlıma gəlməzdi uşaq
olanda,
Şəkildən baxacam uşaqlığıma.
Bu ki məktəb vaxtı, əvəzedilməz,
O günlər, görəsən,
nə tez dəyişdi?
Sinif yoldaşlarım, müəllimlərim,
Hamısı birbəbir yadıma düşdü.
Bu filan şəkildir, bu filan yerdir,
Təzə yaşanılıb bunlar elə bil.
Nələri geridə buraxdığımı,
Mənə asta-asta göstərir şəkil.
Zamanın hökmüdür - dəyişər
günlər,
Zamanın hökmünə hər kəs baş əyir.
Bir zaman ömürdə yaşanan anlar,
Bir şəkil
diliylə "əlvida"
deyir.
Ömrünün cızdığın cizgilərindən,
Danışar şəkillər, dinər
şəkillər.
Vaxt keçər, gün gələr, hansısa zaman
Şirin xatirəyə dönər
şəkillər.
Kök
Bizim gördüyümüz geniş
dünyada
Hər şeyin
bir kökü var əzəlindən.
İstər yaxşı olsun,
istər pis olsun,
Yetişər öz kökü, öz təməlindən.
Fikrin də kökü var, hissin də
kökü,
Kökdən qıdalanır düşüncələr
də.
Bəzən üzüləndə ümidlər belə
Yenidən boy atar kök olan
yerdə.
Günlər aya dönür,
aylar il
olur,
Zaman öz ömrünə başlar
kökündən.
Dünənin kökündən yarandı
bu gün,
Sabah boy atacaq bugünkü
gündən.
İnsan
da elədir, onun kimliyi,
Kökündən başlayır, kökdən
yaranır.
Onun varlığı da, əməlləri də,
Yenə də sonunda kökdə dayanır.
Kökünü unutma, həyatda
səni
Xoşbəxt eyləyərsə ömrün
hər çağı.
Bir çevril, arada kökünə boylan,
Səni yetişdirən kökün
var axı.
"Ağac bar verəndə başını əyər"
Bu dövrü-qədimdən belə deyilir.
Ağac
bar versə də kökü unutmur,
O, həm də kökünə doğru əyilir.
Gövdəni calama başqa gövdəyə,
Fərq etməz hardasa yaşasan da sən.
Sənin
öz kökün var, dana
bilməzsən
Sən o kök
üstündə bitən
gövdəsən.
Başqa
kök üstündə
gövdəyə calaq
Vurulan meyvənin
dadı dad olmur.
Necə
ki, qartaldan qartal törəyər,
Sərçədə qartaltək qol-qanad olmur.
Kök - bizim əzəli başlanğıcımız.
Kök - həyat
yolunda salınan izdir.
Kök
- bizim dünyada biz olmağımız,
Kök - varlığımızdan
nişanəmizdir.
Başa düşmür
Südə əl qatıblar,
yağı az
çıxır,
Qaymaq başa düşür, yağ başa
düşmür.
Bostanın suyunu başdan kəsiblər,
Qarpız başa düşür, tağ başa düşmür.
Bir söz ki, sifətə
dəysə sillətək,
Günahkar söz deyil, günahkar ürək.
Dumanı
dağlara gətirər
külək,
Duman başa
düşür, dağ
başa düşmür.
Sözdən duymayana sözlər nə etsin?
Tükətmə sözünü, söz boşa getsin.
Torpağı xarabdır, gül necə bitsin?
Bağban başa düşür, bağ başa düşmür.
Günahkar günahı özgədən
bilir,
Haqsız
haqq olanın üstündən silir,
İnsan
insanlığa qənim
kəsilir,
Ölü başa düşür, sağ başa düşmür.
Giley-güzar
Giley-güzar dünyasıdır,
Torpaq daşdan
gileylənir.
Qış havası duyulduqca,
Payız qışdan gileylənir.
Ürək dözmür göynəyəndə,
Bir toxunan söz deyəndə.
Yerində işlənməyəndə,
Ağıl başdan gileylənir.
Ağacdan bir meyvə düşür,
Bağ köksünə
qüssə düşür.
Göz üstünə kölgə
düşür,
Kirpik qaşdan
gileylənir.
Qocalır insan, qocalır,
Gəncliyini seyrə dalır,
Zaman bir kənarda qalır,
Ömür yaşdan gileylənir.
Zaur İLHAMOĞLU
Ədəbiyyat qəzeti.- 2022.- 11
iyun.- S.25.