Mən səndən bu eşqi
istəmədim ki
Donmuş
xəyalımda ilk simasan
sən,
O yerə gedirəm xəyalım xəstə.
Orda ilk sevgimi dəfn etmişəm mən,
Gedirəm sevgimin məzarı üstə.
Verdiyin ümiddən kədər toxundu,
Sevgi badələri həsrətlə doldu.
İlk sevgi nəğməsi ağı oxundu,
Şirin kəlmələrin göz yaşı oldu.
Baxıb ağlayaraq xəyallarımdan
Umuram tez ötüb keçən baharı.
Çələng bağlayaraq xəyallarımdan
Ziyarət edirəm bax o məzarı.
Mən səndən bu eşqi istəmədim ki,
Yetimtək bu sevgi bəslənsin deyə.
Mən sevgi nəğməsi bəstəmədim ki,
Bir vaxt ağı olub səslənsin deyə.
Bəsimdir
Boyun bükdüm bəzən alın yazıma,
Həsrət düşdü baharıma,
yazıma.
Ləkə salıb bəzən
ağ kağızıma,
Yaza-yaza
qocalsam da, bəsimdir!
Bu dünyaya kor-koranə baxırlar,
İşıq gələn yerə
barmaq taxırlar,
Bir sel kimi hey yalana
axırlar,
Bu axından bac
alsam da, bəsimdir!
Bu cah-calal, bu var-dövlət
bir hədər,
Bu dünyanın bütün
yolu dərd, kədər,
Mən demirəm, mən ucayam dağ qədər,
Təpə qədər ucalsam da, bəsimdir.
Elə yaşayaq ki
Elə yaşayaq ki, keçmişdən qaçıb
Kədərə düşməyək biz ağlayanda.
Ömrün yaddaşını kitabtək
alıb
Ötən günlərini varaqlayanda.
Elə yaşayaq ki, əməlimizlə
Hünər meydanında bir qala tikək.
Həyat
yollarında öz əlimizlə
Səadət gülləri, xoşbəxtlik
əkək.
Ömrün tilovunda tez tutulmayaq,
Qoymayaq yerimiz bizsiz boş qalsın.
Elə yaşayaq ki, unudulmayaq,
Bizim yerimizi izimiz alsın.
Barış həyatınla üzü
dönəndə,
Barış ki, kədəri baltək yeyəsən.
Oxuyub bu şeiri ruhum
önündə,
Bəlkə bircə dəfə rəhmət deyəsən.
Utandım
Bir
kötük dibində göbələk kimi
Bitmədim kölgədə, kölgəsiz
olum.
Yazdılar şeytanı bir
mələk kimi,
Ağladı qələmim, tutuldu qolum.
Kim qələm
götürdü, bir şair oldu,
Əvəzsiz yazarlar oxunulmadı.
Qəzetlər, jurnallar boş
sözlə doldu,
Əsil şeirəsə toxunulmadı.
Hər
misram göyərdi alın tərimdə,
Qəlbimin sözünü qələmə
aldım.
Sənət oyun oldu nadan əlində,
Şeir yazdığıma bir vaxt utandım.
Hər gecə
Qəm
daşıyır ömrün yorğun karvanı,
Gül bağımın
xəzan olub
bağbanı.
Qəti
gəlib ömrümün
tam fərmanı,
Bu fərman qəlbimi dəlib hər gecə,
Baxıb məzəmmətlə gülüb
hər gecə.
Baxmışam
həyata haqq aynasında,
Yatmışam kədərin qəm
laylasında,
Çapmışam atımı söz dünyasında,
Kədər göz yaşımı
silib hər gecə,
Ahımı dörd divar görüb hər gecə.
Batmışam
həsrətə qəflət selində,
Solub arzularım xəzan əlində,
Soyumuş odam mən odlar əlində,
Kədər buludlarım dolub
hər gecə,
Tənhalıq qonağım olub hər gecə.
Eyləsin
Bu
dünya yolunu tamam dəyişib,
Yıxılan uşaqtək daşa
ilişib,
Düz əməl azalıb, yalanlar şişib,
Düz deyən yıxılıb qalar, neyləsin?!
Çətin
dost tapıla dünyada indi,
Çoxu üzə gülər, qəlbisə kindir.
Qorxudan lal olub azdırar
səni,
Agzına su alıb durar,
neyləsin?!
Çoxu
nur sandığı zülmətə çatır,
İndi
o nurdan da zülmət
yaranır,
Dünyanın ağı da qara boyanır,
Rəngləri qarışıb, qara neyləsin?!
Həyat
çirkabıyla sular saralar,
Durğun
bulaqlar da indi bulanar,
Lil dalğalar gələcəyə
yol alar,
Həyat çirkabdırsa, dalğa
neyləsin?!
Yazıqdır
Mütalib, yaralı bu can,
Sənin bu şeirinlə kimdir oyanan?!
Zülmət bir həyatdan nura boylanan
Həyat yaradırsa, yara neyləsin?!
Səni gözlədim
Gecələr
həsrətlə səni gözlədim
O yanan çırağa mən baxa-baxa.
Sakitcə qəlbimdə səni
səslədim
Həsrətli qəlbimə dərd yaxa-yaxa.
O yalan
çırağım bir anda söndü,
Qanadsız quş kimi çırpındım
yenə.
Sanki gündüzüm də gecəyə döndü,
Səni mən zülmətdə gözlədim yenə.
Sənsiz
hər yanımı çovğun taladı,
Mən səni
yanımda görmək
istədim.
Göz yaşım gözümdə
şaxta bağladı,
Dondurdu yavaşca
məni həsrətin.
Gözlədim
mən səni hər axşam, səhər,
Sakitcə qəlbimdə mən qan ağladım.
Gəlmədin, gözlədim yenə
birtəhər,
Taleyin hökmünə
mən bel
bağladım.
Mütalib TAHİROĞLU
Ədəbiyyat qəzeti.- 2022.-
11 iyun.- S.27.