Kənddə gülümsəyir
dağım da mənə
Təbiət insandan çox
istiqanlı,
Kənddə gülümsəyir dağım
da mənə.
Ögey
sayılmıram, doğmadan
artıq,
Mehriban yanaşır
bağım da mənə.
Kəndin
istisi də, soyuq qışı da,
Ayağım altını əzən daşı da.
Ocaqlar üstündə bişən
aşı da,
Çox ləzzət eləyir doğrudan mənə.
Kəndin
çay-suları gözümə
güzgü,
Tərifini özüm verirəm düzgün.
Gec-gec getdiyimdən kənd məndən küskün,
İradın bildirdi yaxından mənə.
Yayda çay qırağı,
xoş istirahət,
Edərək o yerdə görürəm
cənnət.
Qovaq ağacımı qoru, təbiət,
Yadigardı keçmiş çağımdan
mənə.
Yazığın gəlsin
Kədərin qoynuna atılan
qadın,
Səhv düşüncələrlə yanılan qadın.
Ürəyi qayadan yonulan qadın,
Ağlayan sevgimə yazığın
gəlsin.
Başını tumarla, nazla, əzizlə,
Ovqatın xoş elə bal, şəkər sözlə.
Bir gözündən olub, indi bir gözlə,
Ağlayan sevgimə yazığın
gəlsin.
Unutma, önündə duran insandır,
Necə söndürmüsən gəl
odu yandır.
Vicdanlı ol barı,
az məni dondur,
Ağlayan sevgimə yazığın
gəlsin.
Məhəbbət bilmirdin heç
mənə qədər,
İndi sevgim sənə olubdu zəhər.
Gözümdə qaynayır sular
hər səhər,
Ağlayan sevgimə yazığın
gəlsin.
Hamını himayə edənin
özü,
Görür hər bir şeyi
Allahın gözü.
Gözəl vətənimin ziyalı
qızı,
Ağlayan sevgimə yazığın
gəlsin.
Fuad BİLƏSUVARLI
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.31.