Zabit hekayəsi
Görsən ki, bayraqlar tıxac yaradıb
Kəndin o başından, evimizəcən.
Bizi qapısından qovalayanlar
Taxıb qalstukun gəlib bizəcən.
Hiss etsən isladır al yanağını
Nigaran gözünün kədər yığını.
Tez uşaqları bir otaqda gizlət,
Görməsinlər sənin ağladığını.
Yubanma, həyətdə gözləyənin var,
Qayıdıb cəbhədən həyat yoldaşın.
Amandı, boynumu qucaqlama ha,
Qanlı paltarıma batar üst-başın.
Ümid edirəm ki, bağışlayarsan
Bir gecə yanında məni görməsən,
Üstünü örtməsəm yatandan sonra.
Bilirəm gözün bir məni görürdü
Rəhmətlik anandan, atandan sonra.
Tökmə gözlərinin yaşını
yerə
Razı deyiləm ki, qəmə batasan.
Bir az qürurlu
ol, bir az
möhkəm ol
Sən indi həm ana, həm
də atasan.
***
Yıxmağa çox çalışdılar
Deyə-deyə - aş! Kəsdilər...
Qurumamışdı qabığım,
Budağımı yaş kəsdilər.
Baxın!
Yaxşı-yaxşı baxın!
Mən külüyəm
bir ocağın.
Didib ürəyimin dağın,
Qəbrim üçün daş kəsdilər.
Ölüm e, bir söz demirəm
Torpağı insanlar bəslər.
Yadındadı sentyabr?
Bitti bütün atəşkəslər,
Mənim
yol çıxdığım
kəslər,
Dava edib, baş kəsdilər.
Ev dustağı
Sərt
karantin rejimi
Hamı
öz evində əsirdi indi,
Heç kimin "gecikmə" deyəni yoxdu.
Hamı
pəncərədən baxır
günəşə
Həsrətin ki, bundan o yanı
yoxdu.
Uşaqlar qaçışmır toz-tozanaqda,
Analar yumağa
kir tapa bilmir.
Metronun tinində dilənən qoca,
Daha dilənməyə
yer tapa bilmir.
Daha dilənməyə yer yox, adam
yox,
Hara boylanasan, hara
qaçasan?
Kimə and verəsən əzizlərini?
Kimin ciblərinə
ağız açasan?
Ey qoca dilənçi, səndən qorxurlar
Əlin kirli deyə, ağzın lüt deyə.
Kimə
yaxınlaşsan dodağın
büzər,
Kimə
yaxınlaşsan çəkil
get deyər.
Əslində hamımız dilənçiyik
biz,
Hamı
doğulduğu gündən
dilənir
Sən bu boş şəhərdən
çörək umursan,
Evdə gözləyənin səndən
dilənir.
Səni
gözləyənin qarnı
ac qalar,
Səni Yaradandan əlini üzsən.
Sənin
nəfəsini eşidər
Allah,
Sən yağış altında
çox islanmısan,
Yəqin,
hamımızdan bir az təmizsən.
Yaxşısı budur ki, Allahdan dilən,
De ki, "sən
böyüksən, de ki,
sən təksən!
Açsın hamımızın bağlı
qapısın
Yoxsa ki, sən kimə dilənəcəksən?
Daşdan adamlar
Köhnə iş yoldaşlarına
və digər yaxşı adamlara ithaf
Ağac
qocalanda başını
əyir
Torpağa təşəkkür etməkdən
ötrü.
Neçə budağını qurban
verərdi
Neçə meyvəsini yerə
salardı
Haçansa yenidən bitməkdən ötrü.
Qocaldı yanında olan adamlar
Birinin gözünün ağı
qocaldı
Birinin ağzında dili qocaldı
Birinin getdiyi qatar
dönmədi
Birinin əlində gülü qocaldı
Dünya
qarasına, ağına
baxmır
Qocaldı, əzizim, hamı qocaldı.
Biri yağış üçün
dua edəndə
Birinin evinin damı qocaldı
Sən də qocalmısan vaxtsız, vədəsiz
Hardan gəlib keçdi bu ömür bu gün
Yəqin
ki, bir xeyli
peşman olmusan
Bu qoca dünyaya
gəldiyin üçün.
Səni
qocaldıbdır bu daş binalar,
Əyibdi qəddini dikəltdiklərin.
Ovcunda içində qabar yaratdı
Alnından süzülüb düşəndə
tərin.
Bəlkə heç bu sənin bəxtin deyilmiş,
Bəlkə qismətini özgəsi yedi.
Hətta
asılqandan təzə
adıyla
Asdığın köynək də toz içindədi.
Utanma ey qoca, daşdan
utanma
Utansın suyu şor olan dənizlər
Utansın günəşi gizlədən
dağlar
Öləndə hamını daşa
tapşırıb
Hamının başına daş salacaqlar.
Öləsən
Bir gün qələmin sına,
Yox olasan, öləsən.
Səssiz-səssiz bir küncə
Sıxılasan, öləsən.
Mən axı gün görmədim,
Nə qəribə
həyatdı.
Allah məni yaratdı,
Doğulasan, öləsən?
Heç
xəbərin olmaya,
Qarasından, ağından.
Bir gecə yatağından,
Yıxılasan, öləsən.
Bəsdir
oyuncaq oldun,
Bu dünyanın nazına.
Ananın
ağ saçını
Keçirib boğazına,
Boğulasan, öləsən.
Ağrıkəsici
Nə sən soruş, nə mən deyim
Nə haldayam,
nə gündəyəm.
Dünəndən heç nə yemirəm,
Boyat dərdin
üstündəyəm.
Bir ağrıkəsiciyə görə
Bədən üzvlərim dalaşır.
Əllərim "Antarktida",
Başım "dünyanın o başı".
Nəfəsim keçər burnuna,
Bir-iki addım at geri!
Həyəcan təbili çalır
Boynumdakı kəndir yeri...
And olsun yarı canıma,
Getməyə bir yerim olsa,
Tüpürərəm dabanıma.
Əvəzimə üzr istəyən
Hicablı bir qadın ola.
Əlini
aça Allaha:
"İlahi, bağışla
onu
al canın, bəsidir daha"...
Əlimdən yapışdığım
İnsanlar böyüdülər
Qollarımdan vurdular.
Ayağımı çəkdilər,
Ürəyimi qırdılar.
Adamlar ilan kimi
Zəhər sancdılar mənə.
Dedim - Allaha gedim,
o çarə qılar mənə.
Allah öldürdü məni,
Ayağımı çəkənlər
qəbrimə kimi qazdı.
Başıma daş salanlar
Başdaşımı ucaltdı,
üstünə söz də yazdı.
Bu adamlar gör necə
Abırsız, həyasızdı.
Dizlərinə vurdular,
Gözucu
ağladılar,
Beş gün gün verməyənlər
Qırx gün yas saxladılar.
Həsən KÜR
Ədəbiyyat qəzeti.- 2022.-
18 iyun.- S.10.