Şərqşünaslıq İnstitutunda
Hidayət Orucovla görüş olub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şair-dramaturq, diplomat Hidayət Orucovla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a İnstitutdan məlumat verilib. Bildirilib ki, görüşdə AMEA-nın
vitse-prezidenti vəzifəsini
icra edən, Şərqşünaslıq İnstitutunun
baş direktoru akademik Gövhər Baxşəliyeva görkəmli
ziyalı, şair-dramaturq
və ictimai-siyasi xadim Hidayət Orucovun Azərbaycan dövlətçiliyinə və
ədəbiyyatına böyük
xidmətlər göstərdiyini
deyib, onun hərtərəfli istedadlı
bir şəxs olduğunu söyləyib.
Gövhər Baxşəliyeva qonağa
Orucova Şərqşünaslıq
İnstitutunun fəaliyyəti
və uğurları barədə məlumat verib.
Şərqşünaslıq İnstitutunun Mərkəzi
Asiya ölkələri
şöbəsinin aparıcı
elmi işçisi, dosent Rauf Qarayev
Hidayət Orucovun həyat yolu, ictimai-siyasi fəaliyyəti
barədə görüş
iştirakçılarına ətraflı məlumat verib. Onun poeziya, publisistika,
nəsr, tərcümə
kitablarından danışıb,
ədəbiyyat, incəsənət,
kitab mədəniyyəti
məsələləri, millətlərarası
münasibətlər, din, milli-mənəvi
dəyərlərimiz, tarixi
keçmişimiz, türk
xalqlarının deportasiyası
və soyqırımlarına
həsr olunmuş çoxsaylı məqalələrin
müəllifi olduğunu
qeyd edib.
İnstitutun icraçı direktoru dosent Ruhəngiz Cümşüdlü Hidayət
Orucovun bədii yaradıcılığından danışıb. Hidayət Orucovun görkəmli şair, nasir, dramaturq, publisist, tərcüməçi və
ictimai xadim kimi tanındığını
deyən R.Cümşüdlü
onun vətəni və milləti üçün zəkasını,
intellektual potensialını
əsirgəməyən, milli
ruhlu və vətəndaş qeyrətli
ziyalı olduğunu vurğulayıb. Hidayət
Orucovun qələmə
aldığı bədii,
elmi-publisistik əsərlərdə
bu gün siyasi xəritədə olmayan, lakin Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycanın
ən yeni tarixinin canlı səhifələrinin vərəqləndiyini,
ictimai-siyasi hadisələrin
hərtərəfli təhlilinin
verildiyini qeyd edib.
O, Hidayət Orucovun şeirlərini oxuyarkən
Qərbi Azərbaycanın
zəngin toponimik coğrafiyasına səyahət
imkanı əldə edildiyini bildirib, ədibin epik lövhələrlə Azərbaycanın
qədim torpaqlarının
tarixi kitabını yaratdığını diqqətə
çatdırıb: “Millətim
zirvəli dağlardan
uca” deyən Hidayət Orucov elə bu təfəkkürlə
hələ İrəvanda
yaşayıb-yaradarkən Azərbaycan
xalqını təmsil
etdiyinin məsuliyyətini
daşıyır. Öz tərcümeyi-halını
mənsub olduğu xalqın tarixindən ayırmayan şair, ictimai-siyasi xadim Hidayət Orucov Azərbaycan xalqının
genetik yaddaşının
qorunmasında müstəsna
xidmətlər sahibidir”.
Görüşdə çıxış edən
Hidayət Orucov Şərqşünaslıq İnstitutunun
vaxtilə Sovet İttifaqının aparıcı
şərqşünaslıq mərkəzlərindən biri
olduğunu, burada dünyaşöhrətli alimlərin
elmimizə böyük
töhfələr verdiyini
deyərək, bu gün də həmin məktəbin ənənələrinin davam
etdiyini müşahidə
edərkən qürur
duyduğunu söyləyib.
Hidayət Orucov Prezident İlham Əliyevin fəaliyyətinin, müdrik
siyasətinin Qırğızıstanda
və ümumiyyətlə
bütün Mərkəzi
Asiya regionunda çox yüksək dəyərləndirildiyini xüsusi
qeyd edib. O, Qırğızıstan
və Azərbaycan xalqlarının qardaşlığının,
əlaqələrin möhkəmliyinin
özünü 44 günlük
Vətən müharibəsi
günlərində və
ondan sonrakı dövrdə qırğız
xalqının və dövlətinin Azərbaycana
dəstək münasibətində
xüsusi göstərdiyini
vurğulayıb. O, həmçinin
AMEA-nın Şərqşünaslıq
İnstitutunun Qırğızıstanın
elmi müəssisələri
ilə əməkdaşlıq
qurması imkanlarından
danışaraq, bunun hər iki tərəfə
faydalı olacağını
qeyd edib.
Vüqar Məmmədov
Ədəbiyyat qəzeti.- 2022.-
25 iyun.- S.11.