Keçmişə gələcək naminə
2014-2022-ci illərdə tərcümə
işinin vəziyyəti:
Azərbaycan Yazıçılar
Birliyinin nəşrləri əsasında
Məruzə
Hörmətli
sədr!
Hörmətli
xanımlar və cənablar!
Dəyərli
həmkarlar, dostlar!
İş elə gətirib biz tərcümə
işinin vəziyyəti ilə bağlı
üçüncü dəfə məruzə edirik və
bununla da məlum olur ki, sən demə, bir çaya nəinki
iki dəfə, hətta üç dəfə və bəlkə
sonsuza qədər girmək olarmış. Görünür, nə
vaxtsa həyat bütün misalları, aforizmləri, məcazları
sınağa çəkə, onların şərtiliyini
asanca göstərə bilər və bu həqiqi
yaradıcılığın, yazının kimə aid
olduğunu nişan verə bilərmiş.
2014-2022-ci illərdə
tərcümə işinin vəziyyətini əhatə edən
bu məruzəyə keçməmişdən və onun
“prinsiplərini” ifadə etməmişdən əvvəl biz
ölkəmizin mədəni mühiti üçün əlamətdar
olan iki hadisə və iki nəşr haqqında məlumat verəcəyik.
Bu
dövrün ilk əlamətdar hadisəsi bu idi ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 24
avqust və 30 dekabr 2007-ci il tarixli sərəncamları
(“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
Azərbaycan dilində 150 cildliyinin nəşri”) icra olundu və
150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” silsiləsindən
bütün kitablar nəşr edildi (bu prosesin necə getməsi,
nəşrlər, tərcüməçilər barədə
biz ötən məruzəmizdə əsasən bəhs
etmişdik).
İkinci
əlamətdar hadisə isə yenə də Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 16 may tarixli 169 nömrəli Fərmanı
ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin əsasnaməsinin təsdiq olunması idi ki,
indi də həmin struktur Azərbaycan Dövlət Tərcümə
Mərkəzi kimi fəaliyyət göstərir və fəaliyyətinin
bir istiqaməti Azərbaycan ədəbiyyatı nümunələrinin
dünya xalqları dilinə, dünya xalqları ədəbiyyatı
nümunələrinin Azərbaycan dilinə tərcüməsidir.
Məruzənin əhatə elədiyi dövrün ilk əhəmiyyətli
nəşrinin hələlik yalnız birini
xatırlayacağıq, Azərbaycan Tərcümə
Ensiklopediyasını. Xalq yazıçısı, Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə
hazırlanan və universitetin nəşri kimi rəngli
illüstrasiya və şəkillərlə “Mütərcim” nəşriyyatında
işıq üzü görən ensikilopediya Azərbaycan
elmi və ədəbi-mədəni mühiti üçün
bir ilk və unikal hadisə olub tərcümənin fəlsəfi
əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə
tarixinin mühüm məqamları, habelə nəzəri-praktik
məsələləri və tərcümə işində
xidməti olan personaliyaları əhatə edir. 600 səhifəlik
nəşrin əvvəlində Kamal Abdullanın Ümummilli
lider Heydər Əliyevin Azərbaycan
Yazıçılarının VII qurultayındakı nitqindən
bir hissə ilə başlayan giriş yazısı, daha sonra
ardıcıllıqla “sərəncamlar və sənədlər”
bölümü, “tərcümə elm sahəsi kimi”
(M.Nağısoylu, L.Əliyeva), “tərcümənin nəzəri
və praktik prinsipləri” (R.Əliyev), “tərcümənin fəlsəfi
əsaslarına dair” (A.Rüstəmov), “tərcüməşünaslığın
predmeti və problematikası” (A.Ələkbərli) və “Azərbaycanda
tərcümə ədəbiyyatının tarixi”
(M.Nağısoylu) kimi dəyərli məqalələr, 475 səhifəlik
bir hissədə isə tərcüməçilər barədə
məlumatlar verilib. Sonda isə tərcümə
terminləri lüğəti təqdim olunub.
Ensiklopediyanın redaksiya heyətinə Kamal Abdulla, Anar, Leyla
Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm
Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli,
Afaq Məsud, Azər Mustafazadə, Möhsün
Nağısoylu və Tofiq Nağıyev daxildirlər, rəyçiləri
sırasında isə prof. Cəlil Nağıyev, prof.
Aydın Ələkbərov, prof. Lidiya Qranovskaya və
f.ü.f.d. Etibar Əliyevin adları var. Nəşrin redaktoru
Əliş Mirzalıdır. Hal-hazırda
ensiklopediyanın yenilənmiş II nəşri
hazırlanır.
Belə bir girişlə başladığımız,
2014-cü ilin ikinci yarısı və 2022-ci ilədək olan
bir dövrü əhatə edən məruzənin strukturu və
prinsipləri barədə qısaca deyək ki, biz yalnız və
yalnız Azərbaycan Yazıçılar Birliyinin mətbu
orqanları (!)
- “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnalları və “Ədəbiyyat
qəzeti”nin səhifələrində dərc edilmiş tərcümələr, həmçinin
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin fəaliyyəti,
mərkəzin nəşri kimi işıq üzü görən
“Dünya ədəbiyyatı” dərgisi, nəşr etdiyi
kitablar, gerçəkləşdirdiyi layihələr barədə
danışacağıq; çünki ayrı-ayrı müəlliflərin,
nəşriyyatların, strukturların, elm və təhsil müəssisələrini
çap etdirdiyi tərcümə
kitabları barədə ən azı statistik baxımdan
danışmalı olsaydıq, buna bəlkə də günlər
tələb olunardı; üstəgəl, bu statistika
toxunmağı düşündüyümüz tərcümə
problemlərinin sırasına heç nə əlavə etməyəcəkdi.
Statistika demişkən, məruzənin
qarşısında duran əsas məqsədlərdən biri
də ilk növbədə statistik mənzərəni yaratmaq,
hesabat verməkdir ki, yalnız bu halda ümumiləşdirilmiş
əqli nəticələrə gəlmək olar; həmin
fikirləri zamanı gəldikcə sizinlə bölüşəcəyik.
AYB-nin
ən “qalın” və
qədim nəşri - “Azərbaycan” jurnalı...
“Azərbaycan”
jurnalının 2014-cü ildəki
saylarında Yevgeni Yevtuşenko (Siyavuş Məmmədzadə),
Mixail Nüaymə (Mahir Həmidov), Taufik Aydi (Azər Abdulla),
Marsel Qaliyev (Azər Abdulla), Sergey Kozlov (Knyaz Qoçaq, Məmməd
Oruc), Vladimir Pu (Məsudə Əvəzqızı), Fyodr
Tütçev (Ağasəfa), Frans Kafka (Vilayət Hacıyev)
və Alyə əl Asuaninin (Xumar Ələkbərli) şeir,
hekayə və yazıları rus, ərəb və alman dillərindən
çevrilərək dərc edilib.
Jurnalın
2015-ci ildəki saylarında İvan Şelokov, İrina Ryabi,
Dmitri Mizqulin (Məmməd
Kazımoğlu), Pavel Serkaşin ( Knyaz Qoçaq, Siyavuş Məmmədzadə),
Sergey Yesenin (Eyvaz Borçalı), Vasili Belov (Elçin
Hüseynbəyli), Robert Yevdayev (Dayandur Sevgin), Fəzlullah Nəimi (Çinarə
Nüsrətli), Sulvey Kristov (Səlim Babullaoğlu), Afanasi Fet
(Həyat Şəmi), Ataol Bəhramoğlu (Bəsti Əlibəyli),
Patrik Züskind (Əziz Rzazadə) və Ales Badokun (Kamran Nəzirli)
şeir, hekayə, roman və pyesləri əsasən rus,
türk, alman və ingilis dillərindən çevrilərək
dərc edilib.
“Azərbaycan”
jurnalının 2016-cı ildəki saylarında Aleksandr Kerdan
(Məmməd Oruc, Knyaz Qoçaq), Kate Copin (Sevil Gültən),
Jao Ma (Sevil Gültən), Kenzaburo Oe (Əyyub Qiyas), Qabriel
Qarsia Markes (Mehman Musabəyli), Yuri Trifonov (Zahid Sarıtorpaq),
Haynrix Böll (Vilayət Hacıyev),
Antuan de Sent Ekzüperi (İbraham İlyaslı), Frensiz Skott Ficerald (Əziz Rzazadə)
və Sergey Kozlovun (Məmməd
Oruc) şeir, roman və hekayələri rus, ingilis, alman dillərindən
çevrilərək çap edilib.
Jurnalın
2017-ci ildəki saylarında Kurt Vonnequt (Sevil Gültən),
Bernard Şou (Elçin), Oleq Amigin (Məmməd
İsmayıl), Yuri Şerbakov (Səyavuş Məmmədzadə),
Süheyr əl Qulamavi (Xumar Ələkbərli, Hənəfi
bin İsa (Xumar Ələkbərli), Vasili Belov (Elçin
Hüseynbəyli), Marianna Qruber (Vilayət Hacıyev), Tatyana
Sivets (Könül Arif), Miksat Kalman (Vilayət Quliyev), İlze
Ayxinger (Vilayət Hacıyev), Andrey Rastorquyev (Knyaz Qoçaq) və
Henri Fildinqin (Elçin) şeir, hekəyə, povest və
pyesləri rus, alman və ingilis dillərindən tərcümə
edilərək dərc olunub.
“Azərbaycan”
jurnalının 2018 və 2021-ci illərdəki saylarında
Radek Knapp (Vilayət Hacıyev), Zeynalabdin Makaş (Qardaşxan
Əzizxanlı), Bəxtiyar Aslan (Tarənə Vahid), İvan
Şelokov (Knyaz Qoçaq),
Ötkür Rəhmət (Dayandur Sevgin), Qabriel Qarsia
Markes (Aynur Quliyeva), İvan Bunin (Azər Abdulla), Puşkin
(Eyvaz Borçalı), Mo Yan (Aqşin Əliyev), Uluqbəy
Esdövlət (Akif Əhmədgil), Slavomir Mrojek (Mehman Musabəyli)
, Sait Faik Əbasıyanıq (Əjdər Ol), Bertold Brext
(Fidan Rzayeva), İvan Korotkov (Məmməd Oruc), Sadiq Hidayət
(Əziz Rzazadə), Yeremey Aypin (Məmməd Oruc), Yuri Solovyov
(Məmməd Oruc), İmdat Avşar (Təranə Vahid), Leonid İvanov (Məmməd Oruc),
Yukio Mişima (Azad Yaşar) və Van Veyin (Aydın Talıbzadə)
şeir, hekayə, roman, pyes, esse və sənətşünaslıq
yazıları türk, rus, fars,
ingilis dillərindən tərcümə edilərək
çap olunub. Qeyd edək ki, məruzənin
yazı variantında tərcüməçilərin adı
mötərizə içərisində verilib.
Tərcüməçi-yazar
Günel Natiqin “Ədəbi talelər” rubrikasında
Çarlz Dikkens, Anatol Frans, Luici Pirandello, Lev Tolstoy, Gi de
Mopassan, Andrey Platonov, Ernest Heminquey, Toni Morrison, Qoqol, Mixail
Bulqakov və Jan Pol Sartr kimi dünya klassikləri barədə
publisistik yazı və esseləri məruzə dövründə
“Azərbaycan” jurnalında çap olunan dəyərli
materiallar sırasındadır.
Gənclik jurnalı “Ulduz”...
“Ulduz”
jurnalı 2014-2021-ci illərdəki saylarında Mixail
Şoloxovun “Ailəli adam” hekayəsi (Hicran Hüseynova), Con
Steynbekin “Asayiş keşikçisi” hekayəsi (Əli Şirinov), Mixail
Saltıkov-Şedrinin “Vicdanın itkin düşməyi” hekayəsi və böyüklər
üçün nağılları (Araz Gündüz), Ernest
Heminqueyin “Körpüdəki qoca”, “Bir günün
nigarançılığı” hekayələri (Təvəkkül
Zeynallı), Maksim Qorkinin “Ana” hekayəsi (Hicran Hüseynova),
Mar Bayciyevin “Təbəssüm”,
“Mənim çörəyim” və
“Dost axtarırıam” hekayələri (Məlahət Qənbərova),
Slovakiya şairlərinin şeirləri (Səyavuş Məmmədzadə),
Herman Hessenin “Kitab adam” essesi (Rüfət Əhmədzadə),
Puşkinin “Mən sizi sevirdim” şeiri (Eyvaz Borçalı),
Mixail Lermontovun şeirləri (Nəsir Əhmədov),
Konstantin Simonovun “Gözlə məni” şeiri (Xəlil Rza
Ulutürk), Mark Tvenin “San-Fransiskoda müxbirlərə
yazılmış şikayət” hekayəsi (Aqşin
Mustafayev), Andrey Şerbak-Jukovun şeirləri (Knyaz
Qoçaq), Rey Bredberinin “Məhəbbət hekayəsi” (Təhminə),
Aleksandr Vatın şeirləri (Rəfail Tağızadə),
Haruki Murakaminin “Tərcümə edilmək və tərcümə
olunan yazara çevrilmək” essesi, Mariya Okuneva, Dalmira
İbragim, Muhamedcan Raşid, Əhməd Emin Atasoy, Altay
Burağan, Nəsrin Erbil, Demet Çizmeli, Esad Bayram, Baki Ayhan,
Onur Bəhramoğlu, Şərəf Bilsəl, Məmmədəli
Mahmudov, Sanjar Yamşev, Kunlar Çertlikol, Mehmet Ömer
Kazancı, Arif Ali Albayrak, Şövkət Öznur, Tatyana
Baymunduzova, Zeynep Hüseyn, Agim Rifat Yeşeren, Erdoğan Saracaoğlu, Mətin
Turan, Natalya Axpaşeva, Tozan
Alkan və Ayderbek Sarmanbetovun şeir, hekayə, esse və məqalələri,
Qoşa Qvasalianinin “Şeyxin şahini” hekayəsi (Cambul Məmmədli),
Rey Bredberinin “Dünyanın sonudur” hekayəsi (Zeynəb
Əliqızı), Xulio Kortasarın “Nəfəsli alətlər
orkestri” hekayəsi (Kifayət Haqverdiyeva), Aleksandr Blokun
şeirləri (Əlizadə Nuri) Yuliya Kristevanın “Gənc
yazıçılar üçün nəzəriyyə dərsi”
essesi , Edqar Po “Xanım Liqeya” və Ömər Seyfəddinin “Çirkinliyin sirri” hekayələri
(Məti Osmanoğlu), Hötenin şeirləri (Qardaşxan),
Yonas Bilyunasın “Səadət nuru” hekayəsi (Mahir Həmzəyev),
Orxan Kamalın “İki lirə yarımlıq” hekayəsi, Yalçın Tosunun “Damdakı”
hekayəsi (Zəka Vilayətoğlu), Peter Rozeggerin “Ata
sözü naminə” hekayəsi (Talehə Əliyeva), Kreyq
Kansidin “Rumi və Emerson-Qərb dünyası ilə islam
dünyası arasında körpü” məqaləsi (Elman
Vüqarlı), Saodat Muhammədovanın “Azərbaycan poeziyasının
özəllikləri” məqaləsi (Arifə Arifqızı),
Oskar Uayldın aforizmləri (Pəri Mirzəliyeva), Oğuz Atayın”Təhlükəli
oyunlar” hekayəsi (Ziyad Quluzadə), Sergey Zolotovun şeirləri
(Səyavuş Məmmədzadə), Mixail Nüaymənin
şeirləri (Mahir Həmidov), Afanasi Fetin şeirləri (Həyat
Şəmi), Çeslav Miloş, Radomir Andriç, Mihay
Eminesku, Tomas Tranströmer və Nikolay Spetarunun şeirləri (Səlim Babullaoğlu), Tatyana
Uvarovanın şeirləri (İbrahim İlyaslı), Livelin
Voqan Linin “Aşiq və Məşuq”, Rene Genonun
“Quşların dili” və Lev Priqovun “Postmodernistlər: Stalin əmr
verdi!” məqalələri (Elmar Vüqarlı) , Bob Marley və
Stefan Frunun aforizm və fikirləri (Pəri Mirəliyeva), Mario Varqas Lyosanın “Kiçik
qardaş” hekayəsi (Əyyub Qiyas), Dmitri Mizqulinin şeirləri
(Səyavuş Məmmədzadə), Camal
Karabülbülün şeirləri,
Semih İpəyin “Şəki paxlavası” (Həyat
Şəmi), Edqar Allan Ponun “Oğurlanmış məktub”
hekayəsi (Ayişə Nəbi), Pablo Pikasso, Pol Sezan və
Salvador Dali barədə yazılar (Pəri Mirzəliyeva), Yuri
Şerbakovun şeirləri (Səyavuş Məmmədzadə),
Hüsaməddin Olğunun şeirləri (Aida Aysa), Hüseyin
Məhərrəm Aratın şeirləri (Kəmalə
Umudova), Cəmil Kavukçunun “Tut” hekayəsi (Cavid
Zeynallı), Mar Bayciyevin
“Oğru” və “Səhv” hekayələri (Nəsibə
Əbilova), Sergey Yeseninin şeirləri (Əlizadə Nuri),
Frans Petrarka ilə bağlı yazı (Səxavət Sahil),
İzabel Alyendenin yazısı (Məmməd Məmmədli),
İhsan Abdül Qüddusün “Dilənçilərin
etirazı” hekayəsi (Mahir Həmidov),Tomas Tranströmerin
şeirləri (Cavanşir Yusifli ), Kouiks Xristosun şeirləri
(Fərid Hüseyn), Frans Kafkanın “Hibrid” yazısı (Taleh
Eminoğlu), Ayqiz Baymuxametova və Valentina Yerofeyevanın mətnləri
(Knyaz Vüsal, Aygün Yaşar), Füruğ Fərruxzadın
şeirləri (Məhəmməd Nuri), Geri Snayderin şeirləri
(Ramiz Abbaslı), Mariana Həmzəqızının “Sənsiz olmaz” yazısı (Arifə
Arifqızı), Fikrət Çeli və Sabit Mədliyevin
şeirləri (Əyyub Qiyas), Ernest Jozef Simonsun “Tolstoyun əsərlərinə
giriş” məqaləsi (Müşfiq Şükürlü),
Həsən Özqılıncın hekayələri (Oqtay
Hacımusalı), Marina Svetayevanın “Dəfnə çələngi”
şeiri və Yevgeni Zamyatinin “Şir” heakəysi (Xatirə
Nurgül), Quri Otobaianın şeirləri (Rafiq Hümmət),
Haynrix Böllün “Mənim bahalı ayağım”
yazısı (Taleh Eminoğlu), Pol Osterin “İnsan həmişə
özünü təəccübləndirməyə
çalışır” yazısı (Mənsur Matt), Yuliya
Aleyçenkonun şeirləri (Nilufər Şıxlı),
Fermin Maksansın “Bütün sənətlər musiqi
olmağa can atır” yazısı (Cavanşir Yusifli), Ko Ununun
şeirləri və barəsində yazı (Samirə Məmmədli),
Məhəmməd ibn Seyfi Rahbinin şeirləri (İmamverdi Həmidov,
Mahir Həmidov), Qustavo Adolfo Bekkerin “Ay işığı” (Məmməd
Məmmədli), Rza Bərahəninin şeirləri (Pərvanə
Məmmədli), Ernest Heminqueyin “Yazıçı işi”
yazısı (Ağadddin Babayev), Nuran Dündar
Şeyxoğlunun şeirləri (Uğur Olqar), Haynrix Haynenin
şeirləri (Yusif Savalan), Razil Vəliyevin şeirləri (Həyat
Şəmi), Lui Ferdinand Selinin
“O zaman ölməyə haqqın çatır”
başlıqlı müsahibəsi və Konstantin
Viskontinin müsahibəsi (Samirə
Əşrəf), Kazuo İşiquronun “Qərib və bəzən
də hüznlü” hekayəsi (Sevinc Quliyeva), Ötkür Rəhmətin şeirləri
(Dayandur Sevgin), Məhəmməd Şirinzadə, Şatır
Abbas Səbuhi və başqa müasir fars şairlərinin
şeirləri (Məhəmməd Nuri), Dilqəm Madakın
şeirləri (Aytac Quliyeva), Mustay Kərim və Gülnaz
Kutuyevanın şeirləri (Baloğlan Cəlil), Çingiz
Aytmatovun şeirləri (Mehman Həsən), Mahmud Foxurinin
şeirləri (Mahir Həmid), Migel Ernandesin şeirləri (Səxavət
Sahil), Qönçə Özmənin şeirləri (Günel
Şamilqızı), Nikolay Luginovun
“Əfsanə” hekayəsi, Remi Meir, Andrey Vasilevski,
Dilşad Zülfüqarova və Xasiyyət Rüstəmovanın
şeirləri (Afaq Şıxlı), Gi de Mopassannın
“Madmauzel Koko” və Raif Henri Barbaourun “Ölüm
yatağında etiraf” hekayələri, eləcə də Paulo Koelyonun “İbrətamiz
hekayələr”i (Sevil Gültən),
İmdat Avşarın hekayəsi və Özcan
Ünlünün şeirləri (Təranə Vahid), Canər
Gökçəkoğlunun şeirləri (Furqan), Rey Bredberi
“Dadli Stounun təəccüblü ölümü” (Dinar Həmidova),
Ömər Seyfəddinin “Kürəkçi” hekayəsi
(İbrahim İlyaslı),
Ömər Küçükməhməddoğlunun hekayəsi
(Eyvaz Zeynalov), Sedar Dəlioğlunun şeirləri (Humay
Yılmaz), Linda Maria Barosun şeirləri (Cavanşir Yusifli),
Yelena Bezrukovanın şeirləri (Səyavuş Məmmədzadə,
Məmməd Oruc və Knyaz Qoçaq), Todur Zanetin şeirləri
(Ramiz Əsgər), Xuan Rulfonun hekayəsi (Məmməd Məmmədli),
Lukresiya Barledeanunun mətni və Vasili Belovun “Atlar” hekayəsi
(Elçin Hüseynbəyli), Dilək Yüksəlin “Pompeyi
sevərkən” hekayəsi (Aslan Quliyev), Helen Bannermanın hekayəsi
(Zəhra Namaz), Yucin Onilin hekayəsi (İlham Abbasov) və
Martin Prebudilanın mətnləri (Lalə Əliyeva) dərc
edilib. Əsərlər türk, ingilis, alman, rus, ispan, ərəb,
Litva və fars dillərindən çevrilib ki,ümumi
mətn kütləsinin arasında adıçəkilən
orijinal dillərdən tərcümələr diqqət
çəkir. Yenə də qeyd edək ki, məruzənin
yazı variantında tərcüməçilərin adı
mötərizə içərisində verilib.
Bu illər
ərzində dərgidə tanınmış ədəbiyyatşünas
alim İlham Abbasovun təqdimatında hazırlanan “Ədəbiyyat
üzrə Nobel mükafatı laureatları”
rubrikasında Knut Hamsun, Anatol
Frans, Con Qolsuorsi, Romen Rollan, Siqrid Unset, Vladislav Reymont, Marten
dü Qar, Verner fon Heydenstam, Xasinto Benavente, Uilyam Batler Yeyts,
Bernard Şou, Anri Berqson, İvan Bunin, Tomas Mann, Karl Gellerup,
Luici Pirandelllo, Karl Şpitteler və Qratsiya Deleddanın barəsində
yazılar, adıçəkilən müəlliflərin əsərlərindən,
fikirlərindən tərcümə olunmuş parçalar təqdim
edilib.
Eyni
zamanda tanınmış alim və yazar, publisist, fikir adamı
Cəlal Bəydilinin (Məmmədov) təqdimatında
“Qısa fikirlər xəzinəsi” rubrikasında isə
Stanislav Yeje Lets, Jül Renar, Cəmil Meriç, Klod Levi-Stros,
Artur Şopenhauer, Nikolay Berdyayev. Martin Haydegger, Vasili Nalimov,
Yuri Lotman, Benjamin Franklin, Ralf Emerson, Avraam Linkoln, Mark Tven,
Bernard Şou, Rünoske Akutaqava, Albert Eynşteyn, Xorxe Anhel
Livraqa, Yulian Tuvim, Arif Nihat Asya, Karlos Kastaneda, Fyodor Dostoyevski,
Seyyid Hüseyn Nasr, Lev Tolstoy, Anton Çexov, Qabriel Lanv və
Umberto Ekonun fikirləri, onların barəsində təqdimat
yazıları da yer alıb.
Xüsusi
diqqət çəkən bir məqam da yazıçı, tərcüməçi
və ədəbiyyatşünas Məti Osmanoğlunun təqdimatında
ardıcıl dərc edilən
“Gənc yazarlar üçün nəzəriyyə dərsi”
rubrikasıdır ki, bu rubrikada da
Boris Tomaşevski, Yuliya Kristeva,
Yohan Hoyzinqa, Alfred Adler və b. müəlliflərin esse
və məqalələri dərc edilib.
Bu
müddət ərzində “Ulduz”un saylarında
tanınmış yazıçı, şair, tərcüməçi,
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin
tərcüməsində Akutaqava Runoskenin (“Meşədə”),
Vladimir Nabokovun hekayələri dərc olunub, həmçinin
Laroşfukonun və Jan de
Labruyerin aforizmləri, düşüncələri əsasında
variasiyaları işıq üzü görüb ki, bunlar da
diqqətçəkən materiallardır.
Qədim və cavan “Qobustan” sənət toplusu...
Məruzənin
əhatə etdiyi dövrdə “Qobustan” sənət toplusunda
tanınmış yazıçı-publisist, dramaturq,
“Qobustan” sənət toplusunun keçmiş baş redaktoru
Vaqif Əlixanlının tərcüməsində Roje
Qarodinin “İslamın aynası” kitabından səhifələr,
İmam Qəzzalidən seçmələr, Eyen İoneskonun
“Dərs” pyesi, Mo Yanın “Çaxırıstan” hekayəsi,
Lev Qumilyovdan seçmələr, Alber Kamünün
“Ağıl kəsməyən” pyesi və “Sizif haqqında əsatir”
essesi, Fridrix Nitsşenin “Zərdüşt belə söyləmiş”
əsərindən hissələr, Vasili Bıkovun “Müharibə
nə tez yaddan çıxdı?” adlı son müsahibəsi,
“Daonun yiyəsi Lao” başlığı ilə seçmələr, Əziz Nesinin “Ürəkdən
ürəyə yol var” əsəri, “İslam vurğunu Yeva de
Vitrau-Myeroviç” yazısı, Camal Aydının
“İslamın gülər üzünü görən
xanım” məqaləsi, Tennesi Uilyamsın “Odda boğulub
ölən Simurğ”, “Tarakan dərmanı və yaxud
Çexovun kölgəsi” birpərdəli pyesləri, Mişe
Səlimoviçin “Dərviş və ölüm” romanı əsasında
pyes (iki dəfəyə çap olunub), Yavuz Akpınarın
“Nuru Paşanın bildirişi” əsərləri dərc
edilib. Həmçinin Nazim Hikmətin həbsxanadan Orxan Kamala
yazdığı məkubları (Nizami Zöhrabi), Fernando
Arrabalın “Həftəsonu” pyesi (Həmzəli İlyas),
Stiven Kinqin “Yazı sənəti” essesi (Kazım Səlimov),
Yegeni Yevtuşenkodan bədii mətnləri və Fransuaza
Saqanın “Huşunu itirmiş at” pyesi (Ağaddin Babayev). İmdat
Avşarın “Ernest Heminqueyin və Pyer Lotinin İstanbulu”
yazısı” və başqa tərcümə materialları dərc
edilib.
Əsasən rus və türk dillərindən tərcümə
edilən mətnlərin seçimi müqayisədə xeyli
özünəməxsusdur.
Hər həftə gözlədiyimiz
“Ədəbiyyat qəzeti”...
“Ədəbiyyat
qəzeti” 2014-cü ilin II yarısında Doris Lessinq, Denis Kuper, Uolter Benjamin,
Boris Akunin, Sergey Yesenin, Söhrab Sipehri, Çingiz Aytmatov,
Covanni Verqa, Haruki Murakami, Pyer Bualo və Tom Narsejak ,
Antonella Amendola, Pol Valeri,Vladimir
Vısotski, İppolit Ten, Anna Axmatova, Alber Kamü, Alekdandr
Blok, Petro Qoretski, Herman Hesse, Ziya Göyalp, Stefan
Svayq, Ernst Yandl, Tomas Sternz Eliot və Jiqmond Morits kimi
dünyanın bir çox şair, yazıçı, sənətşünas,
filosof və esseistlərinin əsərlərini Elcan
Salmanqızı, Ağaddin Babayev, Qoca Xalid, Məsiağa Məhəmmədi,
Mehman Həsən, Cəmşid Cəmşidov, Məti
Osmanoğlu, Günel Eyvazlı, Əlizadə Nuri, Nilufər Məmmədzadə,
Ülviyyə Kərəmqızı, Zakir Abbas və Rəna
Cahangirli kimi tərcüməçilərin təqdimatında-
ingilis, türk, alman, rus, italyan,
fars və macar dillərindən
çevrisində təqdim edib.
2015-ci ildə
“Ədəbiyyat qəzeti” Herman
Hesse, Salvatore Kvazimodo, Şəhruz Rəşid, Zair Asım,
Vasili Kazantsev, Vadim Muratxanov, Frans Kafka, Aleksandr Soljenitsın,
Rene Genon, Yalçın Tosun, Jan Pol Sartr, İvan Bunin, Taksiki
Sivasankara Pillai, Lüdviq Van Bethoven, Yuhan Borgen, Məzahir Şəhamət,
Nikolay Rubtsov, Dino Butsatti, Elen
Beatris Potter, Salvador Dali, Umberto
Eko, Çingiz Aytmatov, Luici Kapuana, Oljas Suleymenov, Federiko Qarsia
Lorka, Yuri Kuznetsov, Sven Nurdkvist, Zülfü Livaneli, Deziderius
Erazmus, Çingiz Aytmatov, Virciniya Vulf, Fyodor Tütçev, O.Henri, Yaqub Qədri
Qaraosmanoğlu, Nazim Hikmət, Oldos Haksli, Mixail Nüaymə,
Siyavuş Kəsrayi, Espen Hovardsholm, Şarl Bodler, Nəcib
Fazil Qısakürək, Sem Makbratni, Orxan Kamal, Taras
Şevçenko, Tomas Mann, Boris Pasternak, Jozefina Pasternak,
Yılmaz Erdoğan, Selma Lagerlöf,
Visento Blasko İbanes, Con Kristofer, Rolan Bart, İvan Melej,
Frensis Bekon, Fabian Dobles, Sunay
Akın, Çezare Paveze, Milenko Yerqoviç, Viktor Hüqon,
Jorj Sand ,Viktor Hüqo, Peter Handke, Orxan Pamuk, Reh Qad, Cek London,
Ğadət Səmmən, Afanasi Fet, İtalo Kalvino, Ueda
Akinari,
Qalaktion
Tabidze, Daq Sulstad, Qabriel Qarsia Markes,
Filippo Marinetti, Volter,Hilbert Çesterton, Uilyam Batler Yeyts,
Devid Herbert Lorens, Yuri Trifonov, Artur Lundkvist, Sabit Dosanov, Rayner Maria Rilke, Alber Kamü, Leon Felipe
Kamino, Qabriel Selayya, Rotterdamlı Deziderius Erazmus, Vasili
Qolovaçev, Mirzə Kazım bəy, Haynrix Hayne, Kakinomoto
Xitomaro, Orxan Kamal, Con Apdayk,
Valter Briqqs, Con Qolsuorsi, Fridrix Dürrenmatt, Haynrix Böll,
Zeynalabdin Makas, Arəş Sai, Bulud Muradi, Edqar Po, Jan Rişar Blok, Şərifə,
Anatoli Peredreyev, Geri Snayder, Haluk Oral, Coys Kerol Outs, Svetlana
Aleksiyeviç, Sergey Yesenin, Canni Rodari, Sait Faiq
Əbasıyanıq, Çulpan Zarif, Məhəmməd Zefzaf,
Yamabe Akaxito, Milena Yesenskaya,
Müriel Spark, Uilyam Qoldinq,Stefan Svayq, Lev Tolstoy, Əziz
Nesin, Yusuf Atılqan, Ataol Bəhramoğlu, Yevgeni Yevtuşenko,
Ziqmund Freyd, Əsməray, Baltasar Qrasian, Orest Pinto, Yevgeni
Meşeryakov, Samuel Bekket, Viktor Şklovski, Ümit Yaşar
Oğuzcan kimi dünyanın fərqli miyqaslı müəlliflərininin
- şair, yazıçı, esseist, filosof, sənətşünas,
ədəbiyyat nəzəriyyəçisinin
əsərlərini-hekayə və novella, müsahibə və
esse, şeir və poema, xatirə, memuar və ədəbiyyatşünaslıq
yazılarını Zakir
Abbas, Cəmşid Cəmşidov, Məsiağa Məhəmmədi,
Oqtay Hacımusalı, Qoca Xalid, Cəlal Məmmədov, Zəka
Vilayətoğlu, Şükür Şənol, Günel
Eyvazlı, Xanım Zairova, Sevinc Nuruqızı, Mehman Həsən,
Akif Əhmədgil, Suğra İbrahimqızı, Aynurə
Paşayeva, Dilsuz, Mahir Həmid, Cavidə Məmmədova, Fərid
Hüseyn, Ayişə Nəbi, Mirmehdi Ağaoğlu, Abbas
Abdulla, Zahid Sarıtorpaq, Müqəddəs Şahbazov, Kənan
Hacı, Əsgər Zeynalov, Fazil Güney, Xanım Aydın, Həmzəli
İlyas, Azər Abdulla, Elxan Zal, Ağaddin Babayev,
İsmayıl Umudlu, Təranə Turan Rəhimli, Ramiz
Abbaslı, Qardaşxan Əzizxanlı, İlham Qəhrəman,
Cavid Zeynallı,Telman Vəlixanlı, Əyyub Qiyas və Məti
Osmanoğlu kimi ədbilərimizin əsasən rus və
türk, amma eyni zamanda ingilis, alman, italyan,fransız, ispan, ərəb, fars və macar
dillərindən çevrisində təqdim edib.
2016-ci ildə
“Ədəbiyyat qəzeti” Konstantinos Kavafis, Fazil Hüsnü
Dağlarca, Anatoli Ryasov, Kasımxan Beqmanov, Kazıbek
Şaxanov, Sülli Prüdom, Yavuz Bülənd Bakilər,
Teodor Momzen, Radomir Andriç, Ərzurumlu Əmrah, Gi de
Mopassan, Börnsterne Börnson,
Frederik Mistral, Pir Sultan Abdal, Çingiz Aytmatov, Xose
Eçerqaray, Qaracaoğlan, Con Boynton Pristli, İvan Bunin,
Haynrix Senkeviç, Yunus Əmrə, Ernest Heminquey, Antoni Libera,
Cozue Karduççi, Hasan Bülənt Kahraman, Henri Miller,
Mişel Monten, Cozef Redyard Kiplinq, Migel Vitaqliano, Corc Oruell, Deyl Karnegi, Elfrida Yelinek, Doktor Bess
Harris, Odisseas Elitis, Haynrix Böll, Selma Lagerlöf, Nikolay Yelin,
Vladimir Kaşayev, Blas de Otero, Mişel Uelbek, Paul Heyse,Nəcib
Məhfuz, Filippo Marinetti, Suntszı, Moris Materlink, Marina
Svetayeva, Herhard Hofman, Andrey
Tarkovski, Anna Axmatova, Robindranat Taqor, Stanislavski, Cek London, Romen
Rollan, İnqmar Berqman, Xulio Kortasar, Sesar Valyexo, İtalo Kalvino,
Karl Heydenştam, Moris Blanşo, Antonio Tabukki, Karl Gellerup, Mark
Tven, Ximenes, Edit Luiza Situell, Stiven Spender, Haynrix Pontopidan, Oldos Haksli, Karl
Şpitteler, Lesya Mudrak, Paulo Koelyo, Dorris Lessinq, Gilbert Kit
Çesterton, Knut Hamsun, Anri Barbüs, Füruğ Fərruxzad, İlhan Berk, Fransua Moriak, Samuel
Bekket, Tomas Sternz. Eliot, Anatol Frans, Henri Devid Toro, Herman Hesse,
Xasinto Benavente-İ-Martines,Bertold Brext, Şervud Anderson, Herman
Melvill, Sergey Yesenin, Yukio Mişima, Qrem Qrin, Uilyam Batler Yeyts,
Vladislav Reymont, Ambroz Birs, Oleq
Amiqin Sidorov, Jorj Simenon, Keyt Şopen, Ralf Ualdo Emerson, Bernard
Şou, Somerset Moem, Henri Miller, Lui Araqon, Haruki Murakami, Karel
Çapek, Con Steynbek, Vasili Qoloçaev, Yerışev, Sprints,
Qrasiya Deleda, Siqrid Unset, Xorxe Luis Borxes, Tomas Mann, Nikolay Rubtsov,
Nazim Hikmət, Milan Kundera,
Sinkler Luis, Aleksandr Soljenitsın, Gertruda Aterton, Erik Aksel
Karlfeldt, Yılmaz Güney, Con Qolsuorsi, Ceyms Coys, Mixail Baxtin,
Viktor Hüqo, Elif Şafaq, Mixail Sinelnikov, Kristin Xanna, Luidci
Pirandello, Valter Skott, Sunay Akın, Bədri Rəhmi Eyuboğlu,
Lüdmila Jukova, Güzel Yaxina, Roje Marten dü Qar, Canan Tan,
Serqo Tsutsumiya, Məhəmməd İqbal, Aleksandr Qritsenko, Mixail Solovyov,
Əhməd Səlcuq İlkan və Ejen İonesko kimi kimi
müxtəlif xalqların müəlliflərinin - şair,
yazıçı, esseist, filosof, sənətşünas,
kinorejissor, dramaturq və ədəbiyyat nəzəriyyəçisinin əsərlərini-hekayə
və novella, müsahibə və esse, şeir və poema,
xatirə, memuar və ədəbiyyatşünaslıq yazılarını
Xalq yazıçısı Elçin, Vilayət Hacıyev, Məmməd İsmayıl, Günel Eyvazlı,
Dilsuz, Ə.Abbasov, Elxan Zal, Əyyub Qiyas, Səlim
Babullaoğlu, Şamil Zaman, Nərgiz Cabbarlı, Ağaddin Babayev, Əlisahib
Əroğul, Nərmin Cahangirova, Pəri Mirəliyeva, Camal
Yusifzadə, Güllü Yoloğlu,
Zakir Abbas, Mişel Uelbek, Xatirə Nurgül, Samirə
Əşrəf, Şahin Xəlilli, Varis, Könül Həsənqulu,
Cəmşid Cəmşidov, Məhəmməd
Nuri, Ayişə Nəbi, Zahid Sarıtorpaq, Əlizadə Nuri,
Kənan Hacı, Məti Osmanoğlu, Nərmin Cahangirova,
İlham Qəhrəman və Mirmehdi Ağaoğlu kimi fərqli
ədbilərimizin əsasən rus və türk, amma eyni
zamanda ingilis, alman, italyan, fars və fransız dillərindən
çevrisində təqdim edib.
2017-ci il ərzində
“Ədəbiyyat qəzeti” Nadejda Mandelştam, Can Yücəl, Perl Bak, Mariko Sumikura,
Orxan Vəli, Vladimir Vıstoski, Sunay Akın, Əhməd Həmdi
Tanpınar, Xanya Yanaqixara, Qabriela Mistral, Hakan
Bıçakcı, Zəki Müren, Arif Nihat Asya, Herman Hesse,
Ceyms Coys, Andre Jid, Bernar Verber, Cahid Küləbi, İmdat
Avşar, Tomas Eliot, Atilla İlhan, Gülsen
Kılıçaslan, Artur Rembo, Məhmət Əroğlu,
Behcet Kamal Çağlar, Nelli Zaks, Necati Cumali, Uilyam Folkner,
Şandor Petefi, Ettore Rossi,
Rüfət Araz, Erix Mariya Remark, Cahid Sıtkı
Tarancı, Per Legervist, Orxan Şaiq Gökyay, Yevgeni
Yevtuşenko, Şarl Bodler, Əsəd Selişıq, Pəyami
Səfa, Arkadi Averçenko, İppolit Sokolov, Fransua Moriak, İlze Ayxinqer, Behcət Aysan, Bob
Dilan, Orest Pinto, Karina Sarsenova,
Semih Gümüş, Ömər Zülfü Livaneli, Dostoyevski, Afşar Timuçin,
Çeslav Miloş, Ernest Heminquey, Kamal Varol, Nərmin
Cahangirova, Osip Mandelştam, Robert Şnakenberq, Alber Kamü,
İbrahim Tənəkəçi, Marina Svetayeva, Özdəmir
İncə, Laksness Halldor,
Nadejda Teffi, Özdəmir Asəf, Ximenes, Yavuz Sultan Səlim,
Bayron, Sigbörn Obstfeller, Şebnem İşıqgözəl,
Gültən Akın, Pavel
Zaqrebalnı, Yılmaz Odabaşı, Boris Pasternak,Turqut Uyar,
Xose Orteqa-i-Qasset, Onore dö Balzak, Deyl Karnegi, Camal Sürəya,
Sesilya Ahern, Yaroslav Qaşek, İosif Brodski, Ağgün
Ağova, Fermin Maksans, Arəş Əhmədli, Aleksandr Kuprin,
İbrahim Gülüstan, Nərmin İldırım, Anna
Axmatova, Salvatore Kvazimodo, Əhməd
Arif, Sen Jon-Pers, Aleksey Filimonov, Ruhsati, Edqar Po, Ales
Karlyukeviç, Haruki Murakami, Əbdürrəhim Qaraqoç,
Velimir Xlebnikov, İvo Andriç, İbrahim Sədri, Aleksandr Kuprin, Con Steynbek, Nikolay
Dabija, Nuri Can, Kərim Özcan,
Frederik Star, Aydın Əfəndi,
Kazuo İşiquro, Oğuzkan Bölükbaşı,
Tahir Çelikbağ, Yorqos Seferis, Gürsel Korat, Oldos Haksli,
Dmitro Çistyak, Jan Pol Sartr, Lui Bazən, Cemil Meriç, Tayfun Pirsəlimoğlu,
Sənail Ozkan, Yılmaz Ərdoğan, Marqerit Düras,
Aydın Hatiboğlu, Mixail Şoloxov, Rolan Bart, Şmuel Aqnon,
Ceyhun Atuf Kansu, Jeton Kelmendi, Məhəmmədhüseyn
Şəhriyar, Nazim Hikmət,
Zedi Smit, Hakan Bıçakçı, Conatan Cons və Andrey
Rubanov kimi dünya xalqlarının bir çox bilinən və
müxtəlif çaplı ədiblərinin- şair,
yazıçı, esseist, filosof, dramaturq və sənətşünaslarının
xüsusən irihəcmli olmayan və çox fərqli
janrlardakı əsərləri- hekayə və novella,
müsahibə və esse, şeir və poema, xatirə, memuar və
ədəbiyyatşünaslıq yazıları Vilayət
Hacıyev, Məmməd İsmayıl, Vilayət Quliyev, Xatirə
Sadıqova, Dilsuz, Əyyub Qiyas, Qoca Xalid, Mirmehdi
Ağaoğlu, Ülvi Babasoy, Nərmin Cahangirova, Xatirə
Nurgül, Eyvaz Zeynalov, Zahid Sarıtorpaq, Ağasəfa, Cəmşid
Cəmşidov, Ağaddin Babayev, Salam Sarvan, Eşqanə
Babayeva, Xuraman Hüseynzadə, Xanım Aydın, Nurafiz, Kənan
Hacı, Cavanşir Yusifli, Məti Osmanoğlu,
Şükür Şənol, Gülafət Davudova, Səlim
Babullaoğlu, Günel Eyvazlı, İlham Qəhrəman,
Cahanxanım Seyidzadə, Nəriman Qasımoğlu, Kamran Nəzirli,
Ziyad Quluzadə, Samirə Əşrəf, Taleh Eminoğlu,
Afaq Şıxlı, Səbuhi Şahmursoy, Məcid Əsri,
Günay Rzalı və Ümid Nəccari kimi tərcüməçilərimizin
yenə də əsasən rus və türk, amma eyni zamanda
ingilis, alman, italyan, fransız,
ispan, ərəb, fars və macar dillərindən
çevrisində təqdim edib.
2018-ci ildə
“Ədəbiyyat qəzeti” Bəxtiyar
Aslan, Sergey Yesenin, Migel Anhel Asturias, Yasunari Kavabata, Fermin Maksans,
Samuel Bekket, İvan Qoll, Anton Çexov, Aleksandr Soljenitsın,
Con Mann, Yuri Mosenkis, Elister Suk, Robert Şnakenberq, Mişel
Uelbek, Səadəddin Yıldız, Höte, Pablo Neruda, Eliot,
Haynrix Böll, Pavel Zaqrebalnı, Qriqori Vieru, Fernando Pessoa,
Şarl Bodler, Con Riçardson, Cəlaləddin Rumi, Patrik Uayt,
Conatan Cons, Eyvind Yunson, Artur Zifeld-Simumyaqi, Lev Kvitko, İqor Dolqopolov,
Georgi Kekelidze, Allen Ginzberq, Eucenio Montale, Vintsas Kreve, Vladimir
Nabokov, Edqar Po, Sol Bellou, Baxıtjan Kanapyanov, Visente Aleysandre,
Svetlana Aleksiyeviç, Nizar Qəbbani, Aleks Dançev, Ketrin
Mansfield, İsaak Başevis Zinger, Andre Giyo, Odiseas Elitis, Edmund
Spenser, Çeslav Miloş, Ezra Paund, Şarl Bodler, İv
Bonfua, Anton Çexov, Tecelli Sercan Sırma, Muhsin Kadıoğlu, Moris Meterlink,
Adonis, Rilke, Markes, Vladimir Sokolov, Ucal Haqverdiyev, Uilyam Qoldinq,
Pablo Neruda, Luici Pirandello, Yaroslav Seyfert, Siracəddin Seyyid,
Fernando Pessoa, İsmihan Yorğançı, Andre Morua,
Özkür Rəhmət, Klod Simon, İon Deakonesku, Əhməd
Şamlu, Həsən Hüseyn Qorxmazgil, Vole Şoyinka, Şəms
Ləngərudi, Atilla Balaj, Frensis Şpoldinq, Heydər Bayat,
Covannino Quaresku, İosif Brodski, Nəcib Məhfuz, İvan
Bunin, Məhəmmədqul Həzrətqulov, Valentin Qaft, Stefan
Svayq, Fəranək Fərid İpək, Əhmədrza Əhmədi,
Henri Fildinq, Kamilo Xose Sela, Oktavio Pas, Bela Keburia, Rəsul Yunan,
Alper Canıgöz və Valentin Rasputin kimi dünya
xalqlarının bir çox bilinən ədiblərinin şeir, hekayə, esse, məqalə
və başqa bədii yazılarını Elçin, Sabir
Rüstəmxanlı, Məmməd İsmayıl, Təranə
Vahid, Səyavuş Məmmədzadə, Əyyub Qiyas, Sayman
Aruz, Cavanşir Yusifli, Məti Osmanoğlu, Kamran Nəzirli,
Günay Rzalı, Həmid Piriyev, Zahid Sarıtorpaq, Gülafət
Davudova, Qəşəm İsabəyli, Xeyrulla Xəyal, Nərmin
Cahangirova, Neli Məmmədova, Mahir Həmzəyev, Nadir Qocabəyli,
Ümid Nəccari, Sevil Gültən, Xanəhməd Novruzov, Təvəkgül
Boysunar, Telman Nəzərli, Ağaddin Babayev, Bəsirə
Əzizəli, Qoca Xalid, Səlim Babullaoğlu, Samirə
Əşrəf, Dövranbəy Tacəliyev, Günel, Şəhla
QasImova, Şahməmməd Dağlaroğlu, Dilsuz, Dayandur
Sevgin, Kənan Hacı, Esmira Fuad,
İlqar Əlfi, Şahista Kamranlı, İmir Məmmədli,
Nəzrin Mustafayeva kimi tərcüməçilərimizin yenə
də əsasən rus və türk, amma eyni zamanda ingilis,
gürcü, franslz, fars və macar dillərindən
çevrisində təqdim edib.
2020-ci ildə
“Ədəbiyyat qəzeti”ndə
Georgi Konstantinov, Abdulkadir İnaltəkin, Nadejda Raina,
Nassira Nezzar, Marina Svetayeva, Daniil Xarms, Xulio Kortasar, Qöncə
Özmən, Risotto Kanuko, Nikolay İvanov, Sergey Qlovyuk,
İrina Kovalyova, Valeri Latınin, Anatoli Yexalov, Viktor
Kiryuşin, Yuri Kozlov, Svetlana Makarova, Aleksey Vitakov, Aleksandr
Trapeznikov, Yorqos Seferis, Kooseul Kim, Donq Coi, Vladimir Soroçkin,
Safo, Erhan Gənc, Alvare de Kompuş, Mişel Bütor, Anton
Çexov, Natalya Qonçarova, Bertold Brext, İosif Brodski,
Kimberli Reynolds, Lourens Blok, Seyid Hüseyn Nasr, Pyer Emanuel,
Röne Şar, Jak Prever,Anri Mişö, Pyer Koran, Jan-Piyer
Lömer, Artur Şopenhauer, İmdat Avşar, Rafael Alberti,
Korney Çukovski, Svetlana Boym, Qoşqar Nərqabil, Gajca Nurvəs,
Linda Maria Baros,İlza Helbih, Antonio Fian, Rəhmət Babacan,
Sergey Yesenin, Jorj Polti, Mahmud Dərviş, Abay, Abdulrauf Fitrət,
Çeslav Miloş, İsabel Korqo Kole, Peter Poulsen, Nikolay
Qumilyov, Gülsüm Cengiz, Laura Qaravaglia, Xasiyyət Rüstəm,
Nikolae Spetaru, Bojidar Proroçiç, Rutger Kopland, Joze Saramaqo,
Aleksandr Korotko, Boris Finkelşteyn,
Uliyam Batler Yeyts, Aleksandr Səlimov, Boris Maruna, Dritero
Aqoli, Ana Blandiana, Çezare Paveze, Mario Benedetti, Yannis Ritsos,
Ömer Küçükməhmədtoğlu, Xose Emilio
Paçeko, Eliot, Adonis, İnqibörq Haraldsdöttir, Zbiqnev
Herbert, Raymon Karver, Nima Yuşic, Ceyms Rayt, Rocer Robinson, Vergili,
Derek Uolkott, Aqneşka Koşinska, Volfanq Borxert, Tsun Yuan və
Yevgeni Reynin bədii mətnləri çap olunub. Tərcümələri
əsasən rus və türk dillərindən Həmid
Piriyev, İslam Sadıq, İbrahim İlyaslı,
Şükür Şənol, Adil Cəmil, Məmməd
İsmayıl, Nurhafiz, Cavanşir Yusifli, Zakir Abbas, Afaq
Şıxlı, Şahin Xəlilli, Məsiağa Məhəmmədi,
Təhminə Bədəlova, Cəlal Bəydili, Suğra
İbrahim, Səfa Vəli, Sevinc Nuruqızı, Fərid
Hüseyn, Rəhmət Babacan, Səlim Babullaoğlu, Elxan Zal,
Yaşar Qasımbəyli, Suğra İbrahimqızı, Zakir Abbas,
Tural Cəfərli, Əjdər Ol, Nəcibə
Bağırzadə, Dürdanə İbrahimova, Məqsəd
Nur, Qismət və Günel Şamilqızı icra ediblər.
2021-ci ildə
“Ədəbiyyat qəzeti”ndə
Jak Prever, Yurkki İhalaynen, Tomi Kontio Kalevi, Nikolae Spetaru,
Con Qolsuorsi, Metin İlhan, Metin Cengiz, Salvatore Kvazimodo, Pyedad
Bonnet, Robert Valzer, Vislava Şimborska, Məhəmməd
İqbal, Əlişir Nəvai, Həcər Fərhadi,
Apolliner, Tumas Tsanströmer, Mehmet Can Doğan, Qriqore Kiper,
Aydın Əfəndi, Şarl Bodler, Boris Finkelşteyn, Slobodan
Vukanoviç, Oskar Uayld, Luiza Qlük, Angela Karter, Adam Zaqayevski,
Ceyms Coys, Oktavio Pas, Alfonso Reyes, Xayme Sabines, Amado Nervo, Nizar Qəbbani,
Abdulla Oripov, Besik Xaranauli, İvo Andriç, Bəsir
Ayvazoğlu, Aldo Palasesski, Spasiani, Tonino Querra, Patrisia Valduqa, Fəxxar
Zaman, Riçard Makkeyn, David Diop, Orxan Vəli, Mariya Stepanova,
Sol Bellou, Ustan Hü Oden, Şelli, Mihay Eminesku, Yeşim
Ağaoğlu, Mişel Uelbek, Federiko Qarsia Lorka, Selimir
Raduloviç, Sezai Karakoç, Alen Mabanku, Füruğ Fərruxzad,
Marqareta Kurtesku, Xuana de İbarburu, Etqar Keret, Tankarai Kikaku,
Tüyö Fukuda, Qleb Qorbovski, Xalina Posvyatovskaya, Ximenes, Xuarros,
Məhəmməd İqbal, Vasıl Stus, Umar Turmanauli, Karver,
Svetlana Koronenko, Dmitro Kremin, Yelena Dorfiyevskaya, Anna Moliqon, Vano
Kruger, Daliya Ravikoviç, Timur Kibirov, Bəxtiyar Aslan,
Abdurrazzak Gurnah, Robert Frost, Azalais de Porkayraqas, Konstantin Manassi,
Maki Starfild, Qordan Çampar, Didmar fon Ayts, Pyer Paulo Pazolini, Xoca
Yəsəvi, Veysəl Çolak, Atilla Balaj, Aslıhan Tüylüoğlu,
Dilək Özkan, Safo, Bodler və Frenk Okonnorün fərqli
janrlı bədii yazıları
Səlim
Babullaoğlu, Kamran Nəzirli, Həmid Piriyev, Tahirə Cəfərova,
Cavanşir Yusifli, Elxan Zal, Sona Səlimli, Məsiağa Məhəmmədi,
Zakir Abbas, Şamil Zaman, Məqsəd Nur, Fuad Cəfərli,
Tural Cəfərli, Nargis, Günel Məmmədli, Rəhmət
Babacan, Rəbiqə Nazimqızı, Aygün Ələkbərova,
Mərcan Sofiyeva, Jalə İsmayıl, Günel Musa, Ümid Nəccari,
Məmməd İsmayıl, İmir Məmmədli və Oqtay
Hacımusalının tərcüməsində dərc edilib.
Göründüyü
kimi “Ədəbiyyat qəzeti” xalqlar və müəllifləri
əhatə dairəsinə görə də, mətnlərin
həcminə və maraqlılığına,
çağdaş ədəbi mətnlərin tərcüməsinə
daha çox yer ayırdığına görə də AYB nəşrləri
arasında xüsusi yer tutur. Birliyin “ən mütəhərrik” nəşri
kimi “Ədəbiyyat qəzeti” tərcümə mətnlərinə
geniş yer verməsi ilə eyni zamanda səhifələrində
“yer almağa can atan boz mətn kütləsi”nin də
qarşısını almış olub.
Məqamıdır, girişdə söylədiyimiz
ikinci nəşri, kitabı xatırladaq. “Ədəbiyyat qəzeti”nin
məruzə dövrü saylarında tanınmış
şair və yazıçı, tərcüməçi
Əyyub Qiyasın tərcüməsi və təqdimatında
ardıcıl olaraq “Ədəbiyyat üzrə Nobel
mükafatçıları” rubrikasında adıçəkilən
mükafatları almış ədiblərin haqlarında məlumat
və yazılar, müxtəlif janrlardakı əsərlərindən
parçalar dərc edilmişdi ki, sonradan bu materiallar “Ədəbiyyat
üzrə Nobel mükafatçıları” antologiyasında
toplandı, ““Ədəbiyyat qəzeti” yayınları””
seriyasında dərc edildi. 1901- 2017-ci illər arasında
mükafatı almış 115 ədibin barəsində məlumatlar
və əsərlərdən parçaların
toplandığı kitab (və kitabın tərcüməçisi)
2016-cı ildə qəzetin təsis etdiyi, bir çox
tanınmış ədiblərimizə təqdim edilən
“Əli bəy Hüseynzadə” mükafatına layiq
görüldü.
Məruzənin
bu yerində AYB nəşrlərində tərcümə mətnlərinə
geniş yer verən baş redaktorlara- Azər Turana, Vaqif
Əlixanlıya, Qulu Ağsəsə və İntiqam
Qasımzadəyə böyük təşəkkürlər
etmək fikrimizcə yerinə düşərdi.
Yeri gəlmişkən,
müxtəlif janrlı orijinal tərcümə mətnləri
ilə yanaşı
tərcüməşünaslıq və tərcümənin
elmi-nəzəri, praktik məsələlərinə
yalnız bir nəşr, bir jurnal - “Mütərcim” jurnalı
(o eyni zamanda AYB-nin nəşri sayılır) xüsusi yer
ayırır ki, son illər məlum səbəblərdən
onun nəşrində də fasilələr yaranır.
Davamı gələn
sayımızda
Səlim BABULLAOĞLU
Azərbaycan Yazıçılar
Birliyinin beynəlxalq
əlaqələr və tərcümə məsələləri üzrə
katibi
Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.18-20.