Professor Vüqar Əhməd Beynəlxalq

Elmlər Akademiyasının akademiki seçilib

 

İyunun 18-də Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının (BEA) Azərbaycan Bölməsinin Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı baş tutub.

İclasda BEA-nın prezidenti, professor Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib.

Sonra Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin fəxri prezidenti, akademik Ziyad Səmədzadənin giriş nitqi dinlənilib. Həmçinin Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin prezidenti, professor Elçin Xəlilov qurumun hesabatını təqdim edib.

Daha sonra BEA-nın Azərbaycan Bölməsinin 20 illiyinə həsr olunmuşSərhədsiz elm. Elmi məruzələrkitabının təqdimat mərasimi gerçəkləşib, BEA-nın həqiqi müxbir üzvlüyünə seçkilər keçirilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.

Yeni üzvlərə diplom Qızıl döş nişanı” professor Valter Kofler tərəfindən təqdim olunub.

Professor Valter Kofler elmin innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara bir sıra nüfuzlu alimlərə BEA-nın sertifikatlarını mükafatları təqdim edib.

Sonda BEA-nın Azərbaycan Bölməsinin rəhbər orqanlarına seçkilər keçirilib. Professor Elçin Xəlilov yenidən BEA-nın Azərbaycan Bölməsinin prezidenti seçilib.

 

Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.25.