Mirzə Baxış irsinə yeni baxış
Böyük Füzulinin adını daşıyan Əlyazmalar
İnstitutunun ikinci xeyriyyə nəşriylə
rastlaşanda (üz qabığında qürbətə
çəkilmiş Nadim
simasıyla görüşəndə)
yüngülləşdim. İnandım ki, ömrünü şeirə, sənətə
həsr eləmiş həmin sahənin mücahidlərindən də
heç kəs nə unudulur, nə də yaddan çıxır.
Həm də Füzulinin adını daşıyan Milli Elmlər Akademiyamızın
həmin sahədə
xilaskara çevrilmiş
bir institutunun fəaliyyətini qəlbən
alqışladım. Füzuli əbasından
bir qəzəlxanı
da işıq üzünə çıxardıqlarına
sevindim.
Onu da deyim ki, unudulmağa
qoymadıqları, nakam
Mirzə Baxış Nadimin birinci kitabıyla tanışlığım
vardı. Nadim xeyirxah insanlardan hesab elədiyim qələm dostum, şair-filosof Sabir Cümşüd öz irsə hörmət, bizdən ayrı düşənlərə səmimiyyət
dolu məqaləsiylə
buna səbəb ola bilmişdi.
(Həmin məqalə
nakam bir ömrə, onun poetik irsinə uzanan yolda xeyirxah
bələdçimə çevrilmişdi).
Son zamanlar muğamlarımıza
(onların ifa materiallarından qəzəllərə)
dövlət səviyyəsində
necə qiymət verildiyi göz qabağındadı. Birinci kitabından sonra
nakam məllifin qəzəllərinin ifaçılarımızın
diqqətini cəlb edib-etmədiyindən xəbərsizəm.
Amma hər iki kitaba
ciddi alimlərimizdən
Paşa Kərimovun, Raqif Kərimovun tutarlı rəy yazmasından həmin müəllifin qəzəllərinin
gec-tez səslənəcəyindən
ümidim yaranır.
Bunun həqiqətə
çevriləcəyinə müəllifin deyimiylə
inanıram:
Xəlq
edibdi səni xəllad ibadət qılasan,
Biləsən həqqini-həqdir ora taət qılasan.
Mirzə
Baxış Nadim kimi müəlliflərin ədəbi irsinə səmimi münasibət hm də nakam
müəlliflərimizə ən böyük hörmət və xidmət ola
bilər. Azərbaycan qələm əhlindən
ən çox qurban vermiş məmləkətlərdəndi.
Repressiyalar zamanı demək olar ki, özünün
bir intibah dövranın Nargin adasında qızıl gülləyə gətirtmiş,
Sibir şaxtalarında
insan sırsıralarına
döndürmüş, dondurmuşdu.
Repressiyaya qurban getmiş sənətkarlarvari sosializm
dövründə "həbs"
olmuş ənənəvi
ədəbi janrlarımız
da olmuşdu. (Bunun da ən
birincisi qəzəl olmuşdu.)
Ə.Vahidi əbəs deyil ki, XX əsrin Füzulisi adlandırmışlar. Bir tək
nə qədər çalışsalar da, onun qəzəl selinin sosializm senzurası ilə qabağını kəsə
bilməmişlər. Vahidin qəzəlləri səslənmiş,
tək əldən və dildən səs çıxarmağı
bacarmışdı.
Vahidin müasirləri
(nəşrdən məhrumlar)
onun başına yığışıb sinələrini
boşaltmaqla təskinlik
tapırdı. Müasiri olsaydı yəqin
ki, hər iki kitabının nəşrinə qədər
Nadim də belə bir təskinliklə
kifayətlənməli olardı.
Qəzəlxanların tək bir qəzəli
onların sənətkarlığından
xəbər verir. Əruzda yazılan
(muğama həmin musiqisiylə ilkin uyğun gələn) həmin nümunələr
həm də ən çətin janrın sınağından
keçir.
Qəzəlləri ilə tanışlıqdan
onların peşəkar
müəllifin qələmindən
çıxdığı məlum olur. (Yəqin ki, Ə.Vahid qulaq yoldaşına çevrilsəydi,
həmin qəzəllərə
xeyir-duasını verərdi).
Mənəm ol Leyliyi-biçarə
Qeys üçün aşiq,
Qeysi-qeys məğər
eyləməzdi Leylini
yad!
Xəyalı Firqəti-Şirin olmasaydı
əgər,
Tapardı şöhrəti aləmdə
Kuhkən Fərhad.
İlahi
Nadimi-biçarəni bəxş
elə sən,
Bihəqqi-Əhmədi-mürsəl və Alihil-əmsad.
Nadim kimi yaradıcılarımızın yaradıcılığını illərlə xalqından uzaq düşmüş (torpaq altda axıb
özünə yol açmaq istəyən) seçməyə bənzətmək
olar.
Qəzəllərinin çoxunda haqqa güvənən şair axır ki, haqq
vəhdətinə qovuşa
bilmişdi. Xalqının haqq elçiləri
tapılıb, həmin
çeşmənin yolunu
açmışlar.
Bu gün çoxşaxəli
poeziyamızın yolu
üstə öz ədəbi irsiylə Mirzə Baxış Nadim bulağı da qaynamağındadı.
Ümidvarıq ki, həmin çeşmədən oxucular
(muğam ifaçıları)
yan keçməyəcək.
Qədirbilən alimlərimizin "qazıb"
üzə çıxardığı
nakam Nadimin bulağından su içəcəklər.
Doğma
yurdunda çeşmə
kimi çağlamağı
da nakam şairin ruhunu şad edəcək:
Ruzi-ələst eylədiyin sən
vətəni gör,
Əhdi-vəfadı niyyəti "qali-bəlanı"
gör.
Vaqif Nəsib (Sarıhüseynoğlu)
Ədəbiyyat qəzeti.-
2022.- 25 iyun.- S.27.