Mədəniyyət Nazirliyi Vətən
müharibəsindəki tarixi
zəfərə ithaf
olunan ədəbi müsabiqə elan edir
Müsabiqənin
təşkilində əsas məqsəd:
Azərbaycanın
hərb salnaməsinə və dövlətçilik tarixinə
qızıl hərflərlə yazılmış “Dəmir
yumruq” əməliyyatı nəticəsində qazanılmış
şanlı qələbinin gələcək nəsillər
üçün bədii mətnlər vasitəsilə əbədiləşdirilməsi,
Vətən müharibəsindəki böyük zəfərin
bədiiləşdirilməsi və İkinci Qarabağ
müharibəsinin qəhrəmanlarının
obrazlaşdırılması və dünya ictimaiyyətini ədəbi
əsərlər vasitəsilə məlumatlandırılması.
Əsərlərdə
Vətən müharibəsinin təsviri, 44 gün ərzində
hərb meydanında, arxa cəbhədə, beynəlxalq arenada
yaşanan proseslərin əks etdirilməsi arzuolunandır.
Müsabiqə
3 ədəbi janr üzrə keçirilir:
Roman
Dram
Mənzum
hekayə
Müsabiqənin
şərtləri:
•
Müsabiqədə yalnız peşəkar yaradıcı
şəxslər (tanınmış imza sahibləri)
iştirak edə bilərlər.
• Əsərlər
orijinal və daha əvvəl heç yerdə çap
olunmamalı və yayımlanmamalıdır.
• Hər
bir müəllif müsabiqəyə yalnız bir əsər
təqdim edə bilər.
• Əsərlər
Azərbaycan Respublikasının dövlət dilində
yazılmalıdır.
• Əsərlər
bir şəxs tərəfindən yazılmalıdır.
Müştərək iş qəbul olunmur.
• Əsərlərdə
tarixi faktlar təhrif olunmamalıdır.
• Əsərlərin
həcminə dair məhdudiyyət yoxdur.
• Hər ədəbi
janr üzrə bir qalib elan olunacaq.
• Əsərin
üz qabığında (ilk səhifədə) müəllif
özü haqqında məlumatı, əlaqə vasitəsini
(Telefon nömrəsi və e-mail), hansı ədəbi janr
üzrə iştirakçı olduğunu qeyd etməlidir.
• Əsərin
mətni üçün tələblər - şriftin
qarnituru “Arial” 12, sətirlər
arası interval 1, MS Word faylı
Müsabiqənin
mükafat fondu:
Roman
janrı üzrə qalib
10 000 min
manat pul mükafatı və Şuşanın 270 illiyi
münasibətilə təsis olunan “Xatirə nişanı” ilə
təltif olunacaq
Dram
janrı üzrə qalib
5 000 manat
pul mükafatı və müsabiqənin fəxri diplomu ilə
təltif olunacaq
Mənzum
hekayə janrı üzrə qalib
5 000 manat
pul mükafatı və Nazirliyin fəxri fərmanı ilə
təltif olunacaq
Qalib əsərlərlə
bağlı görüləcək işlər:
• Qalib
roman 1000 tirajla çap olunacaq və ingilis dilinə tərcümə
ediləcək. Eyni zamanda nəşrin 300 nüsxəsi müəllifə
hədiyyə ediləcək və hədiyyə nüsxələrin
respublika üzrə satışı təşkil ediləcək.
• Qalib
dram əsərinin tamaşası hazırlanacaq və
nümayiş etdiriləcək
• Ən
yaxşı mənzum hekayələr toplu şəklində
çap olunacaq
Qaliblərin
seçilməsi proseduru
Müsabiqəyə
təqdim olunan bütün əsərlər və müəlliflər
şifrələnəcək. Əsərlərin qiymətləndirilməsi
iki mərhələdən keçəcək.
Əsərlər
Ekspertlər Şurası və Komissiya üzvləri tərəfindən
oxunacaq, onların mövzu, bədii və peşəkar
yaradıcılıq baxımından dəyərləndirilməsi
aparılacaq.
Ekspertlər
Şurası tərəfindən ən yaxşı əsərlərin
qısa siyahısı tərtib olunub Komissiyaya təqdim ediləcək.
Ekspertlərin
müəyyən edəcəyi qısa siyahı Komissiyaya təqdim
olunmaqla yanaşı, ictimai müzakirəyə
çıxarılacaq. Hər janr üzrə qısa
siyahı 5 əsərdən ibarət olacaq.
Müsabiqənin
müddəti:
Müsabiqəyə
romanların qəbulu 30 dekabr 2022-ci il tarixində sona
çatacaq.
Müsabiqəyə
dram əsərlərinin qəbulu 30 noyabr 2022-ci il tarixində
sona çatacaq.
Müsabiqəyə
mənzum hekayələrin qəbulu 30 oktyabr 2022-ci il tarixində
sona çatacaq.
Müsabiqə
şərtlərinə cavab verməyən əsərlər
Ekspertlər Şurası tərəfindən qəbul edilməyəcək.
Əlavə
məlumat üçün müraciət edə bilərsiniz:
Tel.: (012)
493 06 80
İştirakçılar
tərəfindən əsərlər n.azakov@culture.gov.az
elektron poçt ünvanına göndərilməlidir:
Ədəbiyyat qəzeti.- 2022.- 25
iyun.- S.32.